AzTehsil.com


Xəbərlər
01 may 2020
1 391


Rəşad Tağıyev: Hər kəs dövlətin gördüyü tədbirlərə dəstək verməlidir



Rəşad Tağıyev: Hər kəs dövlətin gördüyü tədbirlərə dəstək verməlidir

 

Koronavirus pandemiyası bütün ölkələr və cəmiyyətlər üçün tibbi, sosial, iqtisadi və humanitar baxımdan ciddi sınaq oldu.

Təəssüf ki, pandemiya ən inkişaf etmiş ölkələrdə belə gündə yüzlərlə insanın həyatına son qoyur. Qabaqlayıcı və təsirli tədbirlər görülən ölkələrdə pandemiyanın ağır fəsadlarını önləmək mümkün olsa da, hələ də bir sıra ölkələr ağır vəziyyətdən çıxa bilməyib. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanda koronavirus infeksiyasına qarşı mübarizədə Prezident İlham Əliyevin çağırışına səs verən milyonlarla vətəndaşın həmrəyliyini müşahidə etmək bu problemi mümkün olan az itkilərlə həll edəcəyimizə əminlik yaradır. Ölkəmizdə bütün resurslar əhalinin sağlamlığının qorunması və sosial məsələlərin vətəndaşların mənafeyi nəzərə alınmaqla aradan qaldırılmasına yönəldilib. Artıq ilkin müsbət nəticələr müşahidə olunur, xüsusi karantin rejiminin tələblərinə yenidən baxılır, bəzi sahələrin fəaliyyətinə icazə ilə bağlı qərarlar verilir. Bütün uğurlu nəticələrlə yanaşı, onu da qeyd etməliyik ki, bəzən müəyyənləşdirilmiş qaydalara riayət edilmədiyi də müşahidə olunur. Hər kəs qəbul etməlidir ki, görülən bütün tədbirlərlə yanaşı, müsbət nəticələrin qorunub saxlanması və inkişafı üçün hər kəsin üzərinə vətəndaşlıq məsuliyyəti düşür.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev söyləyib. O bildirib ki, hər bir vətəndaş dövlət tərəfindən mövcud təhlükənin qarşısının maksimum dərəcədə alınmasına yönəlmiş tədbirlərə bundan sonra da dəstək verməlidir. Hər kəs ancaq rəsmi məlumatlara istinad etməli, koronavirus infeksiyası ilə mübarizədə məsuliyyətini tam anlamalıdır. İnfeksiyadan qorunmaqla bağlı qoyulan qaydalara şərtsiz əməl olunmalıdır. Təqdirəlayiq haldır ki, koronavirus təhlükəsinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində təsirli qabaqlayıcı və profilaktik tədbirlərin vaxtında həyata keçirilməsi nəticəsində ölkəmizdə epidemiyanın geniş yayılmasına imkan verilmədi. Prezident İlham Əliyevin bildirdiyi kimi, qabaqlayıcı tədbirlərin görülməsi və vəziyyətə uyğun şəkildə addımlar atılması insanların həyatının, sağlamlığının qorunmasına və bu xəstəliyin geniş yayılmasının qarşısının alınmasına xidmət edir. Bu baxımdan dövlət zəruri olan bütün addımları atdı, əhalinin sosial müdafiəsi, sahibkarlıq subyektlərinin dəstəklənməsi istiqamətində səmərəli və operativ tədbirlər görüldü. Azərbaycanda koronavirus infeksiyasına qarşı vaxtında həyata keçirilən preventiv tədbirlərə rəğmən, həyatımızın bir sıra istiqamətlərində, o cümlədən təhsil sahəsində də koronavirus infeksiyası səbəbindən fasilə yaranıb. Təhsil Nazirliyi tərəfindən təqdim olunan operativ həll variantları, ənənəvi tədrisin müxtəlif vasitələrlə əvəz olunması, məktəblilərin təhsildən kənarda qalmaması üçün görülən işlər çərçivəsində biz də üzərimizə düşən vəzifələri yerinə yetiririk. Bütün imkanlar səfərbər olunub ki, onlayn və ya distant təhsil imkanları daha da artırılsın. Təqdirəlayiq haldır ki, koronavirus pandemiyası dövründə Azərbaycan məktəbi, Azərbaycan müəllimi yüksək hazırlıq səviyyəsini göstərə bildi. Bu dövr ərzində müəllimlərimizin fədakarlığı, peşəkar yanaşması, ilk günlərdən öz təşəbbüsləri ilə distant dərslər keçmələri də xüsusilə qeyd olunmalıdır. Təbii ki, bütün bunlar təsadüfi deyil. Müəllimlər üçün dövlət tərəfindən öncəki dövrdə aparılmış İKT hazırlığı təlimləri məhz bu mərhələdə özünü daha aydın şəkildə büruzə verdi. Müəllimlərin İKT bacarıqları distant və onlayn dərslərdə özünü göstərir, təhsilin fasiləsizliyi təmin olunur.

Rəşad Tağıyev diqqətə çatdırıb ki, hazırda şagirdlərin distant təhsil imkanlarının artırılması istiqamətində davamlı tədbirlər aparılır. Təhsil Nazirliyinin rəhbərliyi ilə "Virtual məktəb” layihəsi çərçivəsində daha genişmiqyaslı distant təhsilin tətbiqi üçün müvafiq işlər həyata keçirilir. Artıq 100 minlərlə şagird və müəllim layihə üzrə qeydiyyatdan keçib. Koronavirus infeksiyası səbəbindən hələ fevral ayından məktəblərdə kütləvi tədbirlərin maksimum məhdudlaşdırılması, martın əvvəllərindən tədris prosesinin dayandırılması, təhsil müəssisələrində aparılan dezinfeksiya tədbirləri sayəsində ümumi təhsil müəssisələrində yoluxma halları müşahidə edilmədi. Həmçinin məktəblərdə fərdi gigiyena qaydaları və respirator xəstəliklərə qarşı hər zaman aparılan qabaqlayıcı maarifləndirici tədbirlər şagirdlərin və təhsil müəssisələri rəhbərlərinin bu məsələyə daha həssas və diqqətli yanaşmasında mühüm rol oynadı. Mövcud tibbi-profilaktik vəziyyəti nəzərə alaraq, biz də fəaliyyətimizi əsasən məsafədən təşkil edirik. Müvafiq müzakirələr onlayn qaydada təşkil olunur, zərurət olduqda videokonfranslar keçirilir. Həmçinin məktəb rəhbərləri ilə onlayn müzakirələr aparılır, onlayn sərgi və müsabiqələr təşkil olunur. Pandemiya sınağı Azərbaycandakı sarsılmaz həmrəyliyi, ictimaiyyətin ölkə rəhbərliyi ilə həmrəyliyini, xalqın birliyini bir daha nümayiş etdirdi. Dövlətimizin başçısı tərəfindən irəli sürülən "Biz birlikdə güclüyük” devizi hər addımda özünü doğruldur, xalqımız həm mənəvi, həm də maddi yardımlaşma baxımından vəhdət nümayiş etdirir.

"Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul olunmuş düzgün qərarlar sayəsində tezliklə Azərbaycanda koronavirus infeksiyasına qarşı görülən tədbirlərin müsbət nəticələri daha da genişlənəcək, həyatımızın bütün sahələrinin fəaliyyəti normal axara düşəcək”, – deyə R.Tağıyev bildirib



Загрузка...
Həmçinin oxuyun:
İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

Yaranmış vəziyyətlə bağlı pandemiyanı mümkün qədər zərərsiz adlatmaq üçün dövlətimiz tərəfindən lazım olan bütün qabaqlayıcı addımlar atılıb

Yaranmış vəziyyətlə bağlı pandemiyanı mümkün qədər zərərsiz adlatmaq üçün dövlətimiz tərəfindən lazım olan bütün qabaqlayıcı addımlar atılıb

COVID-19 pandemiyası ilə bağlı onlayn maarifləndirici seminar

COVID-19 pandemiyası ilə bağlı onlayn maarifləndirici seminar

Təhsil İdarəsi fəaliyyətini məsafədən təşkil edib

Təhsil İdarəsi fəaliyyətini məsafədən təşkil edib

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Dövlət Proqramı məzunları pandemiya ilə mübarizənin ön cəbhəsində

Dövlət Proqramı məzunları pandemiya ilə mübarizənin ön cəbhəsində

DSX-nin Xüsusi Məktəbinə qəbul imtahanı da təxirə salındı

DSX-nin Xüsusi Məktəbinə qəbul imtahanı da təxirə salındı

Tibb təhsili alan tələbələrdən nümunəvi addım - VİDEO

Tibb təhsili alan tələbələrdən nümunəvi addım - VİDEO

Məktəbdənkənar təhsil müəssisələrində dezinfeksiya işləri aparılır

Məktəbdənkənar təhsil müəssisələrində dezinfeksiya işləri aparılır

Yalan məlumatlar virus qədər təhlükəlidir – ŞƏRH

Yalan məlumatlar virus qədər təhlükəlidir – ŞƏRH

Operativ Qərargah: Bu gecədən etibarən ölkə ərazisində sosial izolyasiya tədbirləri tətbiq edilir

Operativ Qərargah: Bu gecədən etibarən ölkə ərazisində sosial izolyasiya tədbirləri tətbiq edilir

Sumqayıt Dövlət Universitetindən 50 min manat ianə

Sumqayıt Dövlət Universitetindən 50 min manat ianə

AMEA-nın rəsmi veb-portalı onlayn rejimdə fəaliyyət göstərir

AMEA-nın rəsmi veb-portalı onlayn rejimdə fəaliyyət göstərir

Dövlət İdarəçilik Akademiyasında distant tədrislə bağlı hesabat dinlənilib

Dövlət İdarəçilik Akademiyasında distant tədrislə bağlı hesabat dinlənilib

Ümumi təhsil müəssisələrində dezinfeksiya işləri genişləndirilib

Ümumi təhsil müəssisələrində dezinfeksiya işləri genişləndirilib

UNEC-də dərslər distant formada təşkil ediləcək

UNEC-də dərslər distant formada təşkil ediləcək

İlahiyyat İnstitutunda distant təhsilə start verildi

İlahiyyat İnstitutunda distant təhsilə start verildi

Təhsil müəssisələrində dezinfeksiya işləri intensivləşdirilib

Təhsil müəssisələrində dezinfeksiya işləri intensivləşdirilib

Nazirlər Kabinetindən əhaliyə ÇAĞIRIŞ

Nazirlər Kabinetindən əhaliyə ÇAĞIRIŞ

Günümüzün tələbi: elektron təhsil

Günümüzün tələbi: elektron təhsil

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Azərbaycanlı tələbələr: “Vətənə dönmək istəyirik” – VİDEO

Azərbaycanlı tələbələr: “Vətənə dönmək istəyirik” – VİDEO

Prezident İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

Prezident İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

Elçin Əfəndinin mövcud vəziyyətlə bağlı Təhsil Nazirliyinə və Dövlət İmtahan Mərkəzinə müraciəti

Elçin Əfəndinin mövcud vəziyyətlə bağlı Təhsil Nazirliyinə və Dövlət İmtahan Mərkəzinə müraciəti