AzTehsil.com


Xəbərlər
14 mart 2020
1 509


Yalan məlumatlar virus qədər təhlükəlidir – ŞƏRH



Yalan məlumatlar virus qədər təhlükəlidir – ŞƏRH

 

Dünyada yayılan və pandemiya halına gələn koronavirusla (COVID-19) əlaqədar Azərbaycan hökuməti hərəkətə keçib.

Martın 13-də Nazirlər Kabinetinin yanında operativ qərargahın yaydığı məlumatda Azərbaycanda bir ay müddətinə tətbiq ediləcək bəzi sosial izolyasiya tədbirləri açıqlanıb.

Həmin siyahıya nəzər yetirəndə görürük ki, Azərbaycan hökumətinin əhalinin sağlamlığının qorunması istiqamətində kompleks tədbirlər planı bütün sahələri əhatə edir.

Bir ay müddətinə kütləvi tədbirlərin təxirə salınması ilə bağlı qabaqlayıcı tədbirlər planına toyların və yasların qadağan edilməsi (dəfn mərasimi istisna olmaqla), ölkə üzrə kinoteatrların, muzeylərin, teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyətinin dayandırılması daxildir.

Həmçinin restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilir və müvafiq dövlət strukturları tərəfindən bu məkanlar üçün açıqlanacaq qaydalara riayət olunması mütləqdir. Restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili qadağan olunur.

Saat 21:00-dan sonra fəaliyyət göstərən klubların və barların fəaliyyəti dayandırılır.

Bununla yanaşı, bir çox ölkələr üçün ayrı-ayrı dövlətlərlə təmasların minimallaşdırılması və ya ümumiyyətlə, dayandırılması, ölkə daxilində ictimai həyata, davranışa sərt məhdudiyyətlərin tətbiq edilməsi səciyyəvi hal alıb. Bu baxımdan Azərbaycan İran və Gürcüstanla sərhədləri müvəqqəti bağlayıb.

Prezident İlham Əliyev martın 3-də Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında deyib ki, koronavirusla mübarizə üçün əlavə 10 milyon manat vəsait ayrılıb. Məqsəd lazımi tədbirlərin görülməsinin daha da sürətləndirilməsidir.

Qabaqlayıcı tədbirlərin nəzəriyyədən praktiki müstəviyə daşınması onu göstərir ki, Azərbaycan dövləti üçün vətəndaşların layiqli həyat şəraitinin, onların təhlükəsizliyinin təmin edilməsi və hazırkı qlobal problemin təsirindən müdafiəsi ən vacib və prioritet məsələdir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri bəyan edirlər ki, Azərbaycan hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir. Hökumətin addımları infeksiyanın xaricdən daxil olmasını minimum səviyyəyə endirmək və ya sıfırlamaq məqsədi daşıyır.

Bildirək ki, Azərbaycan hökuməti əhalinin sağlamlığının etibarlı qorunması və virusun yayılmasının qarşısının alınması üçün həyata keçirdiyi tədbirlərin əhatə dairəsini daha da genişləndirərkən ÜST-ün tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alıb.

Belə məqamlarda ictimaiyyət arasında çaşqınlıq yaradan, ictimai rəyi neqativ məcraya yönəldən yalan məlumatlar özü də virus qədər təhlükəlidir. Məqsədli şəkildə ictimaiyyət arasında süni ajiotaj yaratmaq, insan psixologiyası üzərindən manipulyasiyalar etmək, bununla auditoriya toplamaq qəbuledilməzdir.

Nazirlər Kabineti yanında operativ qərargah xəbərdarlıq edib ki, hazırda aidiyyəti orqanlar tərəfindən şayiə yayan şəxslərin aşkarlanması və onların barəsində hüquqi məsuliyyət tədbirləri görülməsi üçün müvafiq iş aparılır.

Bu xəbərdarlıq həmin şayiələrə inanan və şayiənin "metastaz” verərək miqyasının böyüməsinə şərait yaradan insanlara da bir mesajdır.

Buna görə də, əhali rəsmi xəbərlərə etibar etməli, hər ağızdan deyilən sözlərə inam bəsləməməlidir.

Qeyd edək ki, ən son rəsmi məlumata görə, koronavirus infeksiyasına yoluxduğu müəyyən edilmiş üç Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

Ümumilikdə, bu günə olan məlumata görə, Azərbaycanda 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib. Onlardan altı nəfəri artıq müalicə olunaraq sağalıb.
mektebgushesi.az 



Загрузка...
Həmçinin oxuyun:
Operativ Qərargah: Bu gecədən etibarən ölkə ərazisində sosial izolyasiya tədbirləri tətbiq edilir

Operativ Qərargah: Bu gecədən etibarən ölkə ərazisində sosial izolyasiya tədbirləri tətbiq edilir

Azərbaycanda Novruz şənlikləri ləğv edildi - QƏRAR

Azərbaycanda Novruz şənlikləri ləğv edildi - QƏRAR

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Naxçıvanda da dərslər martın 27-dək təxirə salınıb

Naxçıvanda da dərslər martın 27-dək təxirə salınıb

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şura təhsil ictimayyətinə müraciət edib

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şura təhsil ictimayyətinə müraciət edib

Azərbaycanda bağça, məktəb və universitetlər bağlandı - Rəsmi açıqlama

Azərbaycanda bağça, məktəb və universitetlər bağlandı - Rəsmi açıqlama

DSX-nin Xüsusi Məktəbinə qəbul imtahanı da təxirə salındı

DSX-nin Xüsusi Məktəbinə qəbul imtahanı da təxirə salındı

Məktəbdənkənar təhsil müəssisələrində dezinfeksiya işləri aparılır

Məktəbdənkənar təhsil müəssisələrində dezinfeksiya işləri aparılır

Azərbaycanda uşaqların Novruz şənliyi ləğv olundu

Azərbaycanda uşaqların Novruz şənliyi ləğv olundu

Bu hal onların sosial müdafiəsini gücləndirir - Əlilliyi olan uşaqlar üçün...

Bu hal onların sosial müdafiəsini gücləndirir - Əlilliyi olan uşaqlar üçün...

Şagirdlər üçün teledərslər

Şagirdlər üçün teledərslər

Dərslərin təxirə salınması Novruz tətilinə qədər uzadılsın - Ekspert

Dərslərin təxirə salınması Novruz tətilinə qədər uzadılsın - Ekspert

Məktəblərdə dərslər dayandırılsın? – Ekspertlər

Məktəblərdə dərslər dayandırılsın? – Ekspertlər

UNEC-də dərslər distant formada təşkil ediləcək

UNEC-də dərslər distant formada təşkil ediləcək

Polis repititor yanına gedən şagirdləri saxlayıb sorğu-sual edir? - DİN-dən REAKSİYA

Polis repititor yanına gedən şagirdləri saxlayıb sorğu-sual edir? - DİN-dən REAKSİYA

Bağça, məktəb və universitetlərin bağlanması müddəti artırıldı – Rəsmi

Bağça, məktəb və universitetlərin bağlanması müddəti artırıldı – Rəsmi

Təhsil müəssisələrində dezinfeksiya işləri intensivləşdirilib

Təhsil müəssisələrində dezinfeksiya işləri intensivləşdirilib

Təhsil Nazirliyi koronavirus təhlükəsi ilə əlaqədar qərargah yaratdı

Təhsil Nazirliyi koronavirus təhlükəsi ilə əlaqədar qərargah yaratdı

Azərbaycanda dərslər yenidən təxirə salına bilər - RƏSMİ

Azərbaycanda dərslər yenidən təxirə salına bilər - RƏSMİ

Təhsil Nazirliyi valideynlərə müraciət edərək koronavirusla bağlı bəzi tövsiyələr verib.

Təhsil Nazirliyi valideynlərə müraciət edərək koronavirusla bağlı bəzi tövsiyələr verib.

Buraxılmış dərslərin bərpa olunması ilə bağlı variantlar nəzərdən keçirilir

Buraxılmış dərslərin bərpa olunması ilə bağlı variantlar nəzərdən keçirilir

Təhsil Nazirliyinin rəsmisindən məktəblərin bağlanması tələbinə reaksiya...

Təhsil Nazirliyinin rəsmisindən məktəblərin bağlanması tələbinə reaksiya...

Qubad İbadoğludan koronovirus təklifləri – “Dərslər Novruza qədər dayandırılsın”

Qubad İbadoğludan koronovirus təklifləri – “Dərslər Novruza qədər dayandırılsın”

Koronavirusa görə orta məktəblərdə kütləvi tədbirlər

Koronavirusa görə orta məktəblərdə kütləvi tədbirlər