Xəbərlər / Ziyalılar / Müəllim
29 aprel 2020
1 534


Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası keçirilib

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası keçirilib

 

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın (İŞ) onlayn iclasını açan şuranın məsul katibi fəlsəfə doktoru İlqar Orucov COVİD-19 pandemiyası ilə əlaqədar yaranmış reallığa müvafiq olaraq məsafədən müzakirənin təşkil edilməsini və cəmiyyəti narahat edən təhsil məsələləri ilə bağlı İŞ-nın mövqeyini ictimaiyyətə çatdırmağın vacibliyini diqqətə çatdırdı.

Xüsusilə insanları narahat edən başlıca məqam koronavirusla əlaqədar ölkəmizdə həyata keçirilən qabaqlayıcı və eləcə də növbəti mərhələdə karantin rejiminin tətbiqi ilə ənənəvi təhsildə yaranmış fasilə, bununla bağlı məsafədən təhsilə start verilməsi zamanı yaranan problemlərdir. Belə ki, Təhsil Nazirliyinin "Dərs vaxtı” və "Virtual məktəb” layihələrinin tədrisdə yaranmış boşluğun aradan qaldırılması üçün atılmış çevik addımları təqdir etməklə yanaşı, təhsil alanların məsafədən təhsili zamanı ənənəvi qiymətləndirmənin keçirilə bilinməməsi yaxın perspektivdə baş tutacaq imtahanlarda öz mənfi təsirini göstərə bilər. Beləliklə, koronavirus təhlükəsinin yaratdığı psixoloji gərginlik abituruyentlərdə və onların valideynlərində də əlavə narahatçılıq yaratmışdır. Məsələ ilə bağlı şura sədri professor Şahlar Əsgərov, üzvlər – professor Hikmət Əlizadə, professor Mayis Əliyev, fəlsəfə doktorları Ülviyyə Mikayılova, Elmina Kazımzadə, əməkdar müəllim Asif Cahangirov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxış edərək münasibətlərini ifadə etdilər.
Bununla bağlı Şura üzvləri həm yaxın, həm də uzaq perspektiv üçün aşağıdakı təkliflərlə çıxış edir:

1. DİM-nin bu ilki buraxılış və qəbul, eləcə də ali təhsil müəssisələri (ATM) semestr imtahanlarında mart ayından tədris ilinin sonunadək olan dövrü əhatə edən mövzulara dair sualların çətinlik dərəcəsində dəyişiklik edilməsi və ya bu mövzuların imtahan sualları sırasına ümumiyyətlə daxil edilməməsi;

2. Ümumi təhsilin dövlət standartlarında və onun əsasında tərtib edilmiş tədris proqramlarında yer almamış istənilən mövzunun (o cümlədən, koronavirusla bağlı mövzunun) imtahan suallarına daxil edilməməsi;

3. Növbəti illərdə ölkəmizdə həyata keçirilən imtahanların format və məzmununda zəruri hesab edilən təkmilləşdirmələrin DİM, Təhsil Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə birgə müzakirəsinin təşkili;

4. Bununla yanaşı, ölkədə qəbul edilmiş yeni məşğulluq strategiyasına uyğun olaraq ATM-lərin təhsil proqramlarının və qiymətləndirməyə yanaşmalarının müasir əmək bazarının tələblərinə uyğunlaşdırılması üçün fəaliyyət planın qəbul və icra edilməsi.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyi yanında İctimai Şuraya sədr seçiləcək  ,müavin və məsul katib bilinəcək

Təhsil Nazirliyi yanında İctimai Şuraya sədr seçiləcək ,müavin və məsul katib bilinəcək

İctimai Şuranın növbəti iclası keçirilib

İctimai Şuranın növbəti iclası keçirilib

Təhsil Nazirliyi yanında İctimai Şuraya seçilən üzvlərin ADLARI- Eksklüziv

Təhsil Nazirliyi yanında İctimai Şuraya seçilən üzvlərin ADLARI- Eksklüziv

İctimai Şura üzvləri UNEC-də distant dərs prosesini izləyiblər

İctimai Şura üzvləri UNEC-də distant dərs prosesini izləyiblər

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şura təhsil ictimayyətinə müraciət edib

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şura təhsil ictimayyətinə müraciət edib

Təhsil Nazirliyi İctimai Şuraya keçirilən seçkilərlə bağlı narazılıqlara münasibət bildirdi

Təhsil Nazirliyi İctimai Şuraya keçirilən seçkilərlə bağlı narazılıqlara münasibət bildirdi

İctimai Şuraya namizədlərin qeydiyyatı başa çatıb

İctimai Şuraya namizədlərin qeydiyyatı başa çatıb

İctimai Şuranın 2019-2020-ci illər üzrə Fəaliyyət Planı təsdiqlənib

İctimai Şuranın 2019-2020-ci illər üzrə Fəaliyyət Planı təsdiqlənib

Şagirdlər üçün teledərslər

Şagirdlər üçün teledərslər

İçtimai Şuranın katibi İlqar Orucov: “Ənənəvi dərsi əvəz edə bilməsə də hazırki vəziyyət üçün teledərslər vacib addımdır”

İçtimai Şuranın katibi İlqar Orucov: “Ənənəvi dərsi əvəz edə bilməsə də hazırki vəziyyət üçün teledərslər vacib addımdır”

Təhsil Nazirliyi yanında yaradılmış İctimai Şuranın təşəbbüsü ilə müzakirə keçirillib

Təhsil Nazirliyi yanında yaradılmış İctimai Şuranın təşəbbüsü ilə müzakirə keçirillib

Lənkəranda  İctimai Şura üzvləri ilə görüş

Lənkəranda İctimai Şura üzvləri ilə görüş

BDU-da tədrisin məsafədən təşkili davam etdirilir

BDU-da tədrisin məsafədən təşkili davam etdirilir

Təhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb

Təhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb

ADNSU-da Elmi Şuranın iclası keçirilib

ADNSU-da Elmi Şuranın iclası keçirilib

“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans

“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans

Elm və təhsil komitəsinin sədr müavini: “Dərs ilinin müddəti uzadıla bilər”

Elm və təhsil komitəsinin sədr müavini: “Dərs ilinin müddəti uzadıla bilər”

Şahlar Əsgərov: “Koronavirusdan qəbul imtahanına sualların salınması yolverilməzdir”

Şahlar Əsgərov: “Koronavirusdan qəbul imtahanına sualların salınması yolverilməzdir”

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

Elçin Əfəndinin mövcud vəziyyətlə bağlı Təhsil Nazirliyinə və Dövlət İmtahan Mərkəzinə müraciəti

Elçin Əfəndinin mövcud vəziyyətlə bağlı Təhsil Nazirliyinə və Dövlət İmtahan Mərkəzinə müraciəti

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Buraxılış, qəbul imtahanları bu tarix və qaydalar əsasında keçirilə bilər -TƏHLİL

Buraxılış, qəbul imtahanları bu tarix və qaydalar əsasında keçirilə bilər -TƏHLİL

Təhsil müəssisələrində Pedaqoji Şura

Təhsil müəssisələrində Pedaqoji Şura

İctimai Şura üzvləri Lənkəran Dövlət Universitetində olub

İctimai Şura üzvləri Lənkəran Dövlət Universitetində olub