AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
20 aprel 2020
9 058


Elm və təhsil komitəsinin sədr müavini: “Dərs ilinin müddəti uzadıla bilər”



 

IX və XI siniflər üçün nəzərdə tutulan buraxılış imtahanları karantin rejimi ilə əlaqədar ləğv edilib. Azərbaycanda karatin rejimi mayın 4-nə qədər uzadılıb. 

Maraqlıdır, orta məktəblərin buraxılış imtahanlarının, ali məktəblərə sənəd qəbulunun, eləcə də yaz qəbul imtahanlarının mayda keçirilməsi mümkündürmü?

Məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, deputat Musa Qasımlı may ayında buraxılış imtahanlarının keçirilməsinin mümkün olduğunu deyir:
"Koronavirus pandemiyasının yaratdığı ağır şərait hamıya bəllidir. Amma o da bəllidir ki, hökumət strukturları bu dönəmdə kifayət qədər çevik işlədilər. O cümlədən Təhsil Nazirliyi məsafədən təhsilin, dəsrlərin keçirilməsini təşkil edə bildi. Təbii ki, uzaq məsafədən təhsilin keyfiyyəti birbaşa auditoriyadakı təhsilin keyfiyyəti ilə müqayisə edilə bilməz. Amma hər halda biz bu vəziyyətdən çıxdıq.  

May ayında dərslər daha yaxşı səviyyədə təşkil ediləcək və ötən bir ayda itirilənlərin və ya zəif olanların yeri doldurulacaq. Əgər vəziyyət belə olarsa, buraxılış imtahanlarını keçirmək mümkün ola bilər. Keçilməyən materialları bu bir ayda tədris etmək mümkün olmasa, dərs ilinin müddətinin uzadılması barədə də düşünmək olar”.

Təhsil eksperti Elçin Əfəndi isə deyir ki, 20-25 günlük bir müddətə həm ərizə qəbulunu, həm də imtahanları sığdırmaq mümkün deyil:
"Dövlət İmtahan Mərkəzi may ayında bir sıra imtahanları keçirməliydi. Bunlar digər bölmələr üçün Azərbaycan dili imtahanı (4 may), I və IV qruplar üzrə blok imtahanı (11 may) və II və III qruplar üzrə blok imtahanı (17 may) idi. Amma hazırkı durumda bu imtahanların keçirilməsi mümkün deyil. Ona görə ki, 4 may tarixi ölkədə karantinin bitəcəyi son gün olaraq qeyd olunub. Amma 4 mayda digər bölmələr üçün Azərbaycan dili imtahanın keçirilməsi qeyri-mümkündür. Gələk digər imtahanlara: 11 və 17 may imtahanları da keçirilə bilməz. Ona görə ki, ali məktəblərə ərizə qəbulu hələ başlanmayıb. Başlanması da 4 maydan sonraya mümkün ola bilər. Belə olan halda 20-25 günlük bir müddətə həm ərizə qəbulunu, həm də imtahanları sığdırmaq mümkün deyil.

Amma Dövlət İmtahan Mərkəzi vəziyyət stabilləşərsə və irəliləyiş əldə olunarsa may ayının 10-dan sonra 9 illik üzrə  buraxılış imtahanlarını bitirə bilər. Bu imtahanların keçirilməsi uğurlu ola bilər. O baxımdan ki, vaxt qazanılacaq. Şagirdlər üçün də uğurlu tərəfi onların da vaxt qazanmasıdır. Suallar zatən mart ayında keçirilməsi nəzərdə tutulan imtahan suallarıdır və həmin suallaın düşdüyü mövzuların tədrisi aparılıb. Ona görə burada narahatçılıq görmürəm”.Modern.az 



Загрузка...
Həmçinin oxuyun:
Buraxılış və qəbul imtahanları yalnız bu tarixlərdə keçirilə bilər

Buraxılış və qəbul imtahanları yalnız bu tarixlərdə keçirilə bilər

Buraxılış və qəbul imtahanları onlayn formada  keçirilə bilər? – “Real görünmür”

Buraxılış və qəbul imtahanları onlayn formada keçirilə bilər? – “Real görünmür”

Keçiriləcək imtahanların tarixləri haqqında məlumat

Keçiriləcək imtahanların tarixləri haqqında məlumat

İlk qəbul imtahanları niyə apreldə keçirildi?..

İlk qəbul imtahanları niyə apreldə keçirildi?..

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

Elçin Əfəndi: DİM ödənişin azaldılması məsələsi ilə bağlı qərar qəbul edərsə bu abituriyentlər üçün ən yaxşı imtiyaz olar

Elçin Əfəndi: DİM ödənişin azaldılması məsələsi ilə bağlı qərar qəbul edərsə bu abituriyentlər üçün ən yaxşı imtiyaz olar

“Test imtahanları ləğv edilməyəcək, təkmilləşəcək” - Təhsil Nazirliyindən açıqlama

“Test imtahanları ləğv edilməyəcək, təkmilləşəcək” - Təhsil Nazirliyindən açıqlama

Orta məktəbi Azərbaycanda oxuyan xarici vətəndaşlar qəbul imtahanını necə verəcəklər? –RƏSMİ CAVAB

Orta məktəbi Azərbaycanda oxuyan xarici vətəndaşlar qəbul imtahanını necə verəcəklər? –RƏSMİ CAVAB

"Tədris bitməmiş buraxılış imtahanı keçirmək nə dərəcə doğrudur?" -Mütəxəssisdən İRAD

"Tədris bitməmiş buraxılış imtahanı keçirmək nə dərəcə doğrudur?" -Mütəxəssisdən İRAD

Buraxılış imtahanlarının və sənəd qəbulunun vaxtı dəyişdirildi

Buraxılış imtahanlarının və sənəd qəbulunun vaxtı dəyişdirildi

DİM buraxılış, qəbul və sınaq imtahanlarının tarixlərini ELAN ETDİ

DİM buraxılış, qəbul və sınaq imtahanlarının tarixlərini ELAN ETDİ

Əvvəlki illərin məzunları ali məktəblərə necə imtahan verəcəklər?- Hamı niyə narahatdır?

Əvvəlki illərin məzunları ali məktəblərə necə imtahan verəcəklər?- Hamı niyə narahatdır?

DİM imtahan tarixlərinin dəyişdirilmə səbəblərini açıqladı

DİM imtahan tarixlərinin dəyişdirilmə səbəblərini açıqladı

2019-cu ilin ilk yarısında keçiriləcək bəzi imtahanların tarixləri - TƏQVİM

2019-cu ilin ilk yarısında keçiriləcək bəzi imtahanların tarixləri - TƏQVİM

Buraxılış imtahanı bir, qəbul imtahanı bir neçə dəfə keçiriləcək - YENİ MODEL

Buraxılış imtahanı bir, qəbul imtahanı bir neçə dəfə keçiriləcək - YENİ MODEL

DİM I-IV qruplar üzrə ilk qəbul imtahanları ilə bağlı statistik məlumatları açıqlayıb

DİM I-IV qruplar üzrə ilk qəbul imtahanları ilə bağlı statistik məlumatları açıqlayıb

DİM imtahanları təxirə saldı, sənəd qəbulunun vaxtını dəyişdirdi

DİM imtahanları təxirə saldı, sənəd qəbulunun vaxtını dəyişdirdi

Məktəblərə ərizə qəbulu başlanır – QAYDALAR

Məktəblərə ərizə qəbulu başlanır – QAYDALAR

Keçilməyən dərslər proqrama salınmayacaq

Keçilməyən dərslər proqrama salınmayacaq

Ali məktəblərə qəbul qaydaları: NƏLƏR DƏYİŞƏ BİLƏR

Ali məktəblərə qəbul qaydaları: NƏLƏR DƏYİŞƏ BİLƏR

Qəbul imtahanında ödəniş dəyişəcək? – DİM-dən AÇIQLAMA

Qəbul imtahanında ödəniş dəyişəcək? – DİM-dən AÇIQLAMA

Ali məktəblərə qəbul imtahanlarının sayı artırıla bilər

Ali məktəblərə qəbul imtahanlarının sayı artırıla bilər

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Fransa məktəblərində buraxılış imtahanları ləğv edildi

Fransa məktəblərində buraxılış imtahanları ləğv edildi