Buraxılış imtahanı bir, qəbul imtahanı bir neçə dəfə keçiriləcək - YENİ MODEL
"Yeni imtahan modelinə əsasən abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcək. Lakin iki ildən sonra keçiriləcək buraxılış və qəbul imtahanlarının cədvəllərini indidən açıqlamaq mümkün deyil”.
Aztəhsil.com apa-ya istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, yeni modelə əsasən buraxılış imtahanları əvvəlki illərdə olduğu kimi, bir dəfə aparılacaq. Qəbul imtahanlarında isə abituriyentlərə bir neçə dəfə iştirak etmək imkanı veriləcək.
M. Abbaszadə qeyd edib ki, imtahan cədvəlin 2 ildən sonra necə olacağına indidən demək çətindir:
"2019-cu ildə keçiriləcək qəbul və buraxılış imtahanı cədvəllərini ilin əvvəlində elan edəcəyik".
2019-cu ildə tətbiqi nəzərdə tutulan buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq.
Məleykə Abbaszadə bildirib ki, buraxılış imtahanında iştirak edənlər üçün maksimum bal 300-dür.
Abituriyentlər qəbul imtahanında 3 fəndən maksimum 400 bal toplaya biləcək, yekunda ən yuxarı bal 700 olacaq.
DİM sədri deyib ki, hazırda Dövlət İmtahan Mərkəzində bütün fənlər üzrə elmi-metodiki seminarlar keçirilir. Həmin seminarlarda keçirilmiş imtahanların nəticələri, yeni model əsasında qəbul və buraxılış imtahanları ilə bağlı elmi-metodiki müzakirələr aparılır.
Onun sözlərinə görə, yeni imtahan modeli ilə bağlı Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin yaratdığı müvafiq işçi qruplar mütəmadi birgə iclaslar keçirir.
M. Abbaszadə qeyd edib ki, bu həftənin üçüncü günü ilk belə iclas keçirilib:
"Gələn həftə ekspertlər səviyyəsində müxtəlif iclaslar olacaq. Bu il X sinifdə oxuyan şagirdlər üçün sınaq imtahanlarının keçirilməsi də nəzərdə tutulub. Onlar üçün sınaq imtahanları yalnız X sinfin proqramı çərçivəsində hazırlanacaq. Yeni imtahan modellərinin tətbiqindən əvvəl bir neçə dəfə sınaq və monitorinq imtahanı keçirəcəyik ki, indi X sinifdə oxuyanların hansı səviyyədə olduğunu, onlardan XI sinifdə nəyi soruşa biləcəyimizi və bu suallara hansı səviyyədə hazırlaşdıqlarını müəyyənləşdirək”.
Yeni modelə əsasən buraxılış imtahanı bir, qəbul imtahanı bir neçə dəfə keçiriləcək
Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - 3 fəndən imtahan veriləcək - VİDEO
Test imtahanı ləğv edilir: Məleykə Abbaszadə açıqladı
“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR
Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq- Ancaq...
Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı
Universitetlərə qəbulda MÜHÜM YENİLİK - fənlərin sayı 3-ə endirildi, buraxılış imtahanı isə...
Qəbul imtahanlarında hansı ixtisaslara dəyişiklik olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA
Buraxılış imtahanlarında ediləcək dəyişikliklər açıqlanıb
TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..
Məleykə Abbaszadə nə etmək istəyir – deputatdan ŞƏRH
Yeni qəbul imtahanı MODELİ: İlkin mərhələdə bir çoxları ciddi yanaşmayacaq
2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA
"Əvvəlki ilə müqayisədə “Yeni model” daha sadə, müasir və mütərəqqidir…"
Məleykə Abbaszadə - 9-cu sinifdən kolleclərə getmək istəyən şagirdlər buraxılış imtahanlarını mütləq verməlidirlər ....
Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb
Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI
Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı
Yeni qəbul imtahanı MODELİ - EKSPERTLƏRDƏN CİDDİ XƏBƏRDARLIQ - VİDEO
Abituriyentlərə xoş xəbər - Pulsuz elektron sınaq imtahanı
Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq
İlk qəbul imtahanında iştirak edəcək abituriyentlərə buraxılış vərəqəsinin verilməsinə başlanılıb
Aprelin 1-dən abituriyentlər üçün ödənişli elektron sınaq imtahanları keçiriləcək
Qəbul imtahanlarında 700 bal sistemi ləğv olunur?