AzTehsil.com


Xəbərlər
22 oktyabr 2016
17 341


Məleykə Abbaszadə - 9-cu sinifdən kolleclərə getmək istəyən şagirdlər buraxılış imtahanlarını mütləq verməlidirlər ....



                           

Məleykə Abbaszadə - 9-cu sinifdən kolleclərə getmək istəyən şagirdlər buraxılış imtahanlarını mütləq verməlidirlər ....

 

                                      9 illik buraxılış imtahanında tətbiq ediləcək dəyişikliklər açıqlanıb 
2017-ci ildə ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanında tətbiq ediləcək yeni qaydalar açıqlanıb. APA-nın Qərb bürosunun məlumatına görə, yeni qaydalarla bağlı Gəncə şəhərində keçirilən seminarda iştirak edən Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, 9-cu sinif şagirdlərinin bilik və bacarıqlarını qiymətləndirmək üçün yeni qaydalar hazırlanıb.

Onun sözlərinə görə, gələn ildən 9 illik üzrə buraxılış imtahanları II mərhələdə keçiriləcək: "I mərhələ fevral-mart aylarında keçiriləcək. I mərhələdə Azərbaycan dili və Riyaziyyat fənlərindən açıq test tapşırıqları tətbiq olunacaq. Artıq neçə ildir ki, 5-ci sinifdən başlamaqla hər bir fəndən bu nümunələri dərc edirik. Bu il 9-cu sinfə aid olan nümunələr "Abituriyent” jurnalında qaydalarla birgə dərc olunacaq. Hazırda biz müəllimlər üçün seminarlar keçiririk”.

DİM-in Direktorlar Şurasının sədri bildirib ki, yeni qaydalara əsasən, I mərhələdə qiymətləndirmə kifayət qədər vaxt aparacaq: "Çünki yazı işlərini müəllimlər yoxlayacaq. Qiymətləndirməyə heç kim təsir edə bilməyəcək. Artıq bu texnologiya bizim keçirdiyimiz monitorinq imtahanlarında tətbiq olunub. Bu il 9-cu sinifdə oxuyan 113 min şagirdin 60 mindən çoxu bizim monitorinq imtahanlarına qatılıb. 4 il ərzində monitorinq imtahanlarının nəticələri məktəblərə göndərilib, müəllimlər nəticələrlə tanışdır. Düzdür, nəticələr uşaqların qiymətləndirməsinə təsir göstərməyib. Biz hazırda bu imtahanlara tam elmi-metodiki cəhətdən hazırıq. Təqdim etdiyimiz tapşırıqlar imtahana hazırlaşan uşaqların səviyyəsində olacaq”.

M. Abbaszadə qeyd edib ki, I mərhələnin nəticələri 3 ay ərzində yoxlanılacaq: "II mərhələ iyun ayında keçiriləcək. II mərhələdə şagirdlərə yalnız qapalı testlər təqdim olunacaq. I mərhələdə şagirdlər maksimum 70 bal toplaya bilər. I və II mərhələnin nəticələrini üst-üstə hesablasaq maksimal bal 100 edir. Bundan başqa, I mərhələdə şagirdlərə Azərbaycan dilindən esse təqdim olunacaq. Esseni istəyən şagird yazmaya da bilər, amma esseni yazmayan şəxs bilməlidir ki, esseni yazmamaqla 11-ci sinfi bitirəndə qızıl və ya gümüş medal, xüsusi attestat almaqda məhrum olacaq. Buna görə də esseni yazmaq mütləqdir”.

Bu ildə 9 illik baza üzrə orta ixtisas müəssisələrinə (kolleclərə) qəbulun buraxılış imtahanlarının nəticəsinə əsasən aparılacağını da qeyd edən M. Abbaszadə valideynlərə müraciət edib: "9-cu sinifdən kolleclərə getmək istəyən şagirdlər buraxılış imtahanlarını mütləq verməlidirlər ki, müsabiqədə iştirak etsinlər. Mən valideynlərin narahatlığını yaxşı başa düşürəm. Lakin narahatlıq üçün heç bir əsas yoxdur. Biz bu uşaqların biliyinə bələdik. Çünki biz 5-ci sinifdən onların biliyini yoxlamışıq. Buraxılış imtahanında istifadə ediləcək tapşırıqlar da onların səviyyəsinə uyğun hazırlanıb. Valideynlərə tövsiyəm odur ki, ilk olaraq yeni qaydalarla tanış olsunlar. Çünki çox zaman onlar kiminsə şifahi izahatına əsasən qərar qəbul edirlər”



Загрузка...
Həmçinin oxuyun:
TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Buraxılış imtahanında iştirakı nəzərdə tutulan 31256 şagirddən 318 nəfəri imtahana gəlməyib

Buraxılış imtahanında iştirakı nəzərdə tutulan 31256 şagirddən 318 nəfəri imtahana gəlməyib

Bu gün Bakı şəhərində neçə məzun buraxılış imtahanında iştirak etdi - ?

Bu gün Bakı şəhərində neçə məzun buraxılış imtahanında iştirak etdi - ?

2017-ci il Buraxılış imtahanlarında yeniliklər gözlənilir

2017-ci il Buraxılış imtahanlarında yeniliklər gözlənilir

Nazirlikdən açıqlama - "Buraxılış imtahanlarının nəticələri ötən il ilə müqayisədə yaxşılaşıb "

Nazirlikdən açıqlama - "Buraxılış imtahanlarının nəticələri ötən il ilə müqayisədə yaxşılaşıb "

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

Cəbhə bölgəsində yerləşən bəzi məktəblərin şagirdləri buraxılış imtahanından azad edilib.

Cəbhə bölgəsində yerləşən bəzi məktəblərin şagirdləri buraxılış imtahanından azad edilib.

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

DİREKTOR olmaq istəyənlər üçün yeni müsabiqə başlandı

DİREKTOR olmaq istəyənlər üçün yeni müsabiqə başlandı

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Təhsildə islahatları “kim” və “niyə” bəyənmir?

Təhsildə islahatları “kim” və “niyə” bəyənmir?

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb

Müəllimlərin İŞƏ QƏBULU müsabiqəsi başladı

Müəllimlərin İŞƏ QƏBULU müsabiqəsi başladı

Təhsil Naziri hesabat verdi..“Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” hesabat tədbirindən..

Təhsil Naziri hesabat verdi..“Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” hesabat tədbirindən..

3 mərhələdə keçirilmiş Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb

3 mərhələdə keçirilmiş Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb

Bizim almanlardan fərqimiz nədir? Alman xalqını formalaşdıran təhsil sistemi

Bizim almanlardan fərqimiz nədir? Alman xalqını formalaşdıran təhsil sistemi

Dərsləri müşahidə edərkən....Kurikulum üzrə mütəxəssisin fikirləri

Dərsləri müşahidə edərkən....Kurikulum üzrə mütəxəssisin fikirləri

PEDOQOJİ ŞURANIN  İLLİK FƏALİYYƏT PLANI       ( lahiyə )

PEDOQOJİ ŞURANIN İLLİK FƏALİYYƏT PLANI ( lahiyə )

Bizdə bu qiymətləndirmə mexanizmində çox böyük səhvlər var..EKSPERT RƏYİ

Bizdə bu qiymətləndirmə mexanizmində çox böyük səhvlər var..EKSPERT RƏYİ

İş  yerini dəyişmək istəyən 2107 müəllimdən yalnız 345 nəfəri növbəti mərhələyə keçə bilib

İş yerini dəyişmək istəyən 2107 müəllimdən yalnız 345 nəfəri növbəti mərhələyə keçə bilib