AzTehsil.com


Xəbərlər / Cəmiyyət
27 sentyabr 2017
4 970


Qəbul imtahanlarında 700 bal sistemi ləğv olunur?



 

2019-cu ildə həyata keçiriləcək qəbul qaydalarına əsasən, ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə qəbul imtahanlarında imtahan fənlərinin sayı 5-dən 3-ə endiriləcək və buraxılış imtahanlarının nəticələri ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınacaq.


O zaman 700 bal sistemi də ləğv oluna bilərmi? 

Təhsil eksperti Kamran Əsədov açıqlamasında məsələyə aydınlıq gətirib.


"Testin müəyyən bal şkalası ilə qiymətləndirilməsi nisbidir. Ortada istənilən minimum və maksimum qiymət ola bilər. Məsələn,dünyanın mindən çox ali təhsil müəssisəsinə qəbul olunmaq üçün yetərli olan İELTS imtahanının maksimum toplanılan balı 9 (doqquz)-dur. Və ya bütün dünyada nüfuzlu və qəbul edilən SAT imtahanında maksimum bal 1400-dür. 


2019-cu ildə Azərbaycanda tətbiq ediləcək sistemdə də 25 ildir tətbiq olunan 700 bal sistemi qorunub-saxlana bilər. Bunun üçün həm buraxılış, həm də qəbul imtahanlarında toplanan balların ümumi cəmi 700 ola bilər. Yəni onun müəyyən hissəsi buraxılış imtahanlarında (misal üçün 200 bal), digər hissəsi (misal üçün 500 bal) qəbul imtahanlarında toplana bilər”. 


Ekspert qəbul imtahanlarında 5 fənnin 3-ə endirilməsi, amma orta məktəblərin buraxılış imtahanları da nəzərə alındıqda, ümumilikdə 6 fəndən imtahan verilməsi haqda deyilənləri belə şərh edib: "Dövlət İmtahan Mərkəzi (DİM) bir neçə gün bundan öncə məlumat yaydı ki, bundan sonra ixtisas qruplarında 5 fənn yox, 3 fənn olacaq, amma buraxılış imtahanlarında da 3 fəndən imtahan veriləcək. İlkin olaraq 6 fənn görüntüsü yaranıb. Düşünmürəm ki, belə olacaq. Hesab edirəm ki, qəbul imtahanlarında vərdiş etdiyimiz ixtisas qurupları daha olmayacaq, əvəzində istiqamətlər olacaq. Buraxılış imtahanlarında olan fənlər qəbul imtahanında təkrar olunmayacaq (Azərbaycan dili istisna olmaqla). Qəbul və buraxılış imtahanlarında abituriyentlərə dil qaydalarından əzbər tipli - əvvəlki illərdə olduğu kimi, faktoloji (buna uyğun olaraq, faktlara əsaslanan məntiqi, izahedici, müqayisə tipli və s.) test tapşırıqları təqdim edilməməlidir.


Yeni tədris poqramlarının (kurikulum) tələblərinə görə, Azərbaycan dili şagirddə dörd bacarıq (dinləmə, anlama, oxu, yazı) yaratmalıdır ki, dil qaydaları (təriflər və izahlar) məhz həmin bacarıqların daha yaxşı və səmərəli formalaşmasına şərait yaratsın. Yəni şagird düzgün yaza, oxuya, danışa, fikir bildirə, fikrini əsaslandıra bilirdisə, deməli, o, dövlət tələblərini yerinə yetirir. Bunun üçün abituriyentə təqdim olunmuş sual kitabçalarında dil qaydaları üzrə təriflərdən- əzbərçilikdən imtina edilməli, praktiki sualların çəki əmsalı artırılmalıdır. Və həmin modellər - hansı ki 2019-cu ildə qəbul və buraxılış imtahalarında istifadə olunacaq - bu ildən tam açıqlanmalıdır. Nəzərə alsaq ki, buraxılış imtahanlarında iştirak edənlərin heç də hamısı qəbul imtahanında iştirak etməyəcək, ona görə də buraxılış imtahanında dövlət üçün daha əhəmiyyətli olan fənlərdən şagirdlərin bilik və bacarıqları yoxlanılmalıdır.


Güman edirəm ki, XI sinifin buraxılış imtahanlarında riyaziyyat fənni olmayacaq. Ona görə ki, onlar iki il əvvəl, IX sinifdə oxuyanda riyaziyyatdan imtahan veriblər. Ona görə də iki il sonra yenidən imtahan edilməsi anlaşılan olmaz”.


Dövlət İmtahan Mərkəzi yaxın günlərdə məsələ ilə bağlı daha geniş açıqlama veriləcəyini bildirib. 

 




Загрузка...
Həmçinin oxuyun:
Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - 3 fəndən imtahan veriləcək - VİDEO

Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - 3 fəndən imtahan veriləcək - VİDEO

Qəbul imtahanlarında hansı ixtisaslara dəyişiklik olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA

Qəbul imtahanlarında hansı ixtisaslara dəyişiklik olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

"Əvvəlki ilə müqayisədə “Yeni model” daha sadə, müasir və mütərəqqidir…"

"Əvvəlki ilə müqayisədə “Yeni model” daha sadə, müasir və mütərəqqidir…"

Universitetlərə qəbulda MÜHÜM YENİLİK - fənlərin sayı 3-ə endirildi, buraxılış imtahanı isə...

Universitetlərə qəbulda MÜHÜM YENİLİK - fənlərin sayı 3-ə endirildi, buraxılış imtahanı isə...

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

Buraxılış imtahanlarında ediləcək dəyişikliklər açıqlanıb

Buraxılış imtahanlarında ediləcək dəyişikliklər açıqlanıb

Test imtahanı ləğv edilir: Məleykə Abbaszadə açıqladı

Test imtahanı ləğv edilir: Məleykə Abbaszadə açıqladı

Buraxılış imtahanlarında iştirak edə bilməyən şagirdlər əlavə imtahan verib

Buraxılış imtahanlarında iştirak edə bilməyən şagirdlər əlavə imtahan verib

Samux rayonunda buraxılış imtahanlarında olacaq dəyişiliklərlə bağlı seminar keçirilib

Samux rayonunda buraxılış imtahanlarında olacaq dəyişiliklərlə bağlı seminar keçirilib

Məzunların attestatına qiymətlər hansı qaydada yazılacaq? - DİM-dən AÇIQLAMA

Məzunların attestatına qiymətlər hansı qaydada yazılacaq? - DİM-dən AÇIQLAMA

2017-ci il Buraxılış imtahanlarında yeniliklər gözlənilir

2017-ci il Buraxılış imtahanlarında yeniliklər gözlənilir

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

Təhsil üzrə ekspert Almaz Həsrət də deyir ki, edilən dəyişiklərdən müsbət nəticələr gözlənilir:

Təhsil üzrə ekspert Almaz Həsrət də deyir ki, edilən dəyişiklərdən müsbət nəticələr gözlənilir:

Şəhadətnamə ilə kolleclərə sənəd verənlərin balı bu qayda ilə hesablanacaq

Şəhadətnamə ilə kolleclərə sənəd verənlərin balı bu qayda ilə hesablanacaq

İlk qəbul imtahanında iştirak edəcək abituriyentlərə buraxılış vərəqəsinin verilməsinə başlanılıb

İlk qəbul imtahanında iştirak edəcək abituriyentlərə buraxılış vərəqəsinin verilməsinə başlanılıb

Ali məktəblərdə hazırlıq qrupları: yeni mexanizm nə zaman işə düşür?

Ali məktəblərdə hazırlıq qrupları: yeni mexanizm nə zaman işə düşür?

"Bu il 11-ci sinfi bitirənlərin sayı ötən illə müqayisədə azalıb"

"Bu il 11-ci sinfi bitirənlərin sayı ötən illə müqayisədə azalıb"

DİM kolleclərə qəbul olmaq istəyən cari ilin məzunlarına müraciət edib

DİM kolleclərə qəbul olmaq istəyən cari ilin məzunlarına müraciət edib

Məleykə Abbaszadə nə etmək istəyir – deputatdan ŞƏRH

Məleykə Abbaszadə nə etmək istəyir – deputatdan ŞƏRH

Məleykə Abbaszadə - 9-cu sinifdən kolleclərə getmək istəyən şagirdlər buraxılış imtahanlarını mütləq verməlidirlər ....

Məleykə Abbaszadə - 9-cu sinifdən kolleclərə getmək istəyən şagirdlər buraxılış imtahanlarını mütləq verməlidirlər ....

Hamlet İsaxanlı Məleykə Abbaszadəni DƏSTƏKLƏDİ: “Mətbuat təhrif edir”

Hamlet İsaxanlı Məleykə Abbaszadəni DƏSTƏKLƏDİ: “Mətbuat təhrif edir”

Buraxılış imtahanında iştirakı nəzərdə tutulan 31256 şagirddən 318 nəfəri imtahana gəlməyib

Buraxılış imtahanında iştirakı nəzərdə tutulan 31256 şagirddən 318 nəfəri imtahana gəlməyib

Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında   fərqlənmə attestatlarının verilməsi   Qaydası

Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası