AzTehsil.com


Xəbərlər / Ekspert
22 sentyabr 2017
3 656


"Əvvəlki ilə müqayisədə “Yeni model” daha sadə, müasir və mütərəqqidir…"



 

"Artıq məlum olduğu kimi 20 sentyabr 2017-ci il tarixində Dövlət İmtahan Mərkəzində Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, DİM-in digər məsul işçiləri və təhsil nazirinin müavini Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilmişdir.

Görüşdə 2019-cu ildə tətbiqi nəzərdə tutulan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modelinin yekun müzakirəsi keçirilmiş və ümumi razılıq əldə edilmişdir. Məsələyə tanınmış təhsil eksperti Nadir İsrafilov münasibət bildirərkən deyib ki, kurikulum əsasında təhsil alan uşaqların iki ildən sonra yeni model üzrə aparılacaq buraxılış və qəbul imtahanlarında müəyyən dəyişikliklərlərin konkret olaraq nədən ibarət olmasına hesab edirəm ki, DİM sədri Məleykə Abbasadə son açıqlamasında kifayət qədər sadə və anlaşıqlı şəkildə aydınlıq gətirib.

Yəni 2019-cu ildə də buraxılış imtahanlarında fənlər builki buraxılış imtahanındakı fənlər olacaq. Bunlar ana dili, riyaziyyat və xarici dil fənləridir. Buraxılış imtahanının formatı necə olubsa, yenə həmin formatda nəzərdə tutulub. O ki qaldı qəbul imtahanlarına, indiyədək qəbul imtahanlarında eyni balı toplayan uşaqlar bir yerdə müsabiqədə iştirak edirdilərsə, ikinci mərhələdə ikinci kriteriya kimi attestat balı nəzərə alınırdı.Yeni modelə əsasən isə nəzərdə tutulur ki, buraxılış imtahanında şagirdlərin topladığı nəticələr həmin ilin qəbul imtahanlarında topladığı nəticələrin üstünə gəlsin, ümumi nəticə əldə olunsun. "Misal üçün, buraxılış imtahanında topladığı bal 300 baldırsa, o bal qəbul imtahanında topladığı nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir. Abituriyentlərə qəbul imtahanlarında beş fənn üç saat ərzində təqdim olunurdu. 2019-cu ildə qəbul imtahanında hər qrup üzrə üç fənn təqdim olunacaq. Təbii ki, orda yalnız qapalı testlər yox, yeni növ tapşırıqlar da əksini tapacaq. Yeni növ tapşırıqlar o deməkdir ki, onların cavabı olmayacaq. Abituriyent o cavabı özü yazmalıdır”.

Göründüyü kimi imtahan prosesinə belə bir yanaşmada nəsə bir mürəkkəblik və ya hansısa bir mənfi təzahür axtarmağa lüzüm yoxdur. Əksinə belə bir yanaşma prosesin daha da sadələşməsinə və obyektivliyinə xidmət edə bilər. Bu vaxta qədər mövcud olan buraxılış və qəbul imtahanlarının nəticələrinin proporsional bölgüsündəki ziddiyyətləri aradan qaldırar. Bu prosesə məzunların hazırlığı istiqamətində qabaqlayıcı tədbirlərin də görülməsini nəzərə alsaq ümid etmək olar ki, bu istiqamətdə elə də narahatedici məqamlarla rastlaşılacağı gözlənilmir.

Bir də ki, belə bir təcrübə dünyanın bir sıra ölkələrində, o cümlədən qonşu Rusiyada beş ildən artıq bir müddətdir ki, uğurla tətbiq olunur. Hesab edirəm ki, əvvəlkinə nisbətən daha optimal və məqbul hesab ediləcək bu medelə keçilməsində biz hələ müəyyən qədər ləngimişik. Belə bir modeli tətbiq etmək və təkmilləşdirməklə yaxın gələcəkdə təkpilləli vahid imtahan sisteminə keçidə zəmin yarada bilərik.Əlbəttə tam dəqiqləşdirilməyə ehtiyacı olan müəyyən məqamlar var ki, bunlarla əlaqədar növbəti həftə üçün vəd edilmş geniş açıqlamadan sonra daha konkret fikir söyləmək olar.
Nadir İsrafilov, təhsil eksperti
 
Moderator.az



Загрузка...
Həmçinin oxuyun:
Qəbul imtahanlarında hansı ixtisaslara dəyişiklik olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA

Qəbul imtahanlarında hansı ixtisaslara dəyişiklik olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Universitetlərə qəbulda MÜHÜM YENİLİK - fənlərin sayı 3-ə endirildi, buraxılış imtahanı isə...

Universitetlərə qəbulda MÜHÜM YENİLİK - fənlərin sayı 3-ə endirildi, buraxılış imtahanı isə...

Test imtahanı ləğv edilir: Məleykə Abbaszadə açıqladı

Test imtahanı ləğv edilir: Məleykə Abbaszadə açıqladı

Buraxılış imtahanlarında ediləcək dəyişikliklər açıqlanıb

Buraxılış imtahanlarında ediləcək dəyişikliklər açıqlanıb

Məleykə Abbaszadə - 9-cu sinifdən kolleclərə getmək istəyən şagirdlər buraxılış imtahanlarını mütləq verməlidirlər ....

Məleykə Abbaszadə - 9-cu sinifdən kolleclərə getmək istəyən şagirdlər buraxılış imtahanlarını mütləq verməlidirlər ....

Məzunların attestatına qiymətlər hansı qaydada yazılacaq? - DİM-dən AÇIQLAMA

Məzunların attestatına qiymətlər hansı qaydada yazılacaq? - DİM-dən AÇIQLAMA

DİM orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini açıqlayıb

DİM orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini açıqlayıb

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

Qəbul imtahanında yeni modelə keçidin səbəbləri

Qəbul imtahanında yeni modelə keçidin səbəbləri

"Bu il 11-ci sinfi bitirənlərin sayı ötən illə müqayisədə azalıb"

"Bu il 11-ci sinfi bitirənlərin sayı ötən illə müqayisədə azalıb"

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı – Müsabiqə ŞƏRTLƏRİ

Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı – Müsabiqə ŞƏRTLƏRİ

Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərə "Buraxılış vərəqəsi"nin verilməsinə başlanıb

Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərə "Buraxılış vərəqəsi"nin verilməsinə başlanıb

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

DİM buraxılış imtahanı iştirakçılarına müraciət etdi

DİM buraxılış imtahanı iştirakçılarına müraciət etdi

Bu il kolleclərin ən yüksək və ən aşağı keçid ballı ixtisasları açıqlanıb

Bu il kolleclərin ən yüksək və ən aşağı keçid ballı ixtisasları açıqlanıb

Məleykə Abbaszadə nə etmək istəyir – deputatdan ŞƏRH

Məleykə Abbaszadə nə etmək istəyir – deputatdan ŞƏRH

“Test imtahanları ləğv edilməyəcək, təkmilləşəcək” - Təhsil Nazirliyindən açıqlama

“Test imtahanları ləğv edilməyəcək, təkmilləşəcək” - Təhsil Nazirliyindən açıqlama

Bu il abituriyentlər üçün qəbul müsabiqəsinin şərtləri necə olacaq?

Bu il abituriyentlər üçün qəbul müsabiqəsinin şərtləri necə olacaq?

9 və 11 illikdən kolleclərə qəbul ŞƏRLƏRİ AÇIQLANDI

9 və 11 illikdən kolleclərə qəbul ŞƏRLƏRİ AÇIQLANDI

Test imtahanı ləğv edilir? - Mikayıl Cabbarov AÇIQLADI

Test imtahanı ləğv edilir? - Mikayıl Cabbarov AÇIQLADI

"Əgər məktəbin gələcəyi testin nəticələri ilə qiymətləndiriləcəksə..."

"Əgər məktəbin gələcəyi testin nəticələri ilə qiymətləndiriləcəksə..."

Kolleclərə tələbə qəbulu elan edilib

Kolleclərə tələbə qəbulu elan edilib