AzTehsil.com


Xəbərlər / Abituriyent
28 mart 2020
1 782


Ali məktəblərə qəbul qaydaları: NƏLƏR DƏYİŞƏ BİLƏR



 

Koronavirus infeksiyası ilə bağlı 2020-ci il aprelin 20-nə qədər orta və ali məktəblərin, məktəbəqədər təhsil müəssisələrinin tətil müddəti uzadılıb.

 

Eyni zamanda, Dövlət İmtahan Mərkəzi tərəfindən 5, 12 və 19 aprel tarixlərində keçirilməsi nəzərdə tutulan buraxılış imtahanları, 19 apreldə keçirilməli olan rezidenturaya qəbul imtahanı təxirə salınıb.

 

Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı dəyişdirilib.

 

Digər bir məsələ isə repititor yanına gedən abituriyentlərlə bağlıdır ki, infeksiya səbəbindən hazırlıq prosesi dondurulub.

 

Təbii, ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri davam etdirilir.

 

İddialara görə, imtahanların təxirə salınması məsələsi gündəmə gələ bilər. Çünki pandemiyanın bitmə vaxtı bəlli deyil.

 

O zaman hazırlıqların məlum səbəblərə görə dondurulduğu bir vaxtda abituriyentlərin bilik səviyyəsi necə tənzimlənəcək?

 

Ümumiyyətlə, ağır müharibələr, infeksiyaların yayıldığı dövrlərdə bu cür məsələlər necə idarə olunur?

 

2020-2021-cilləri əhatə edəcək qəbul imtahanları ləğv edilə bilərmi?

 

Modern.az olaraq oxucuları da narahat edən bu və ya digər suallara cavab axtarmağa çalışdıq.

Ali məktəblərə qəbul qaydaları: NƏLƏR DƏYİŞƏ BİLƏR

 

 Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, təhsil eksperti Nadir İsrafilov mövzu barədə saytımıza bunları deyib.

 

Dövlətin tam nəzarətindədir

 

Fövqəladə hallarda yaranmış şəraitin qiymətləndirilməsi ilə əlarədar öncəgörənlik etmək fikrindən uzağam və belə bir fikrə düşməyi heç kəsə də tövsiyə etməzdim. Hər şeydən əvvəl ona görə ki, belə bir geniş miqyaslı hadisə ilə ilk dəfə üzləşirik və proqnozların özünü nə dərəcədə doğruldub- doğrultmayacağı bizim iradəmizdən deyil, daha çox hadisələrin sonraki gedişindən asılıdır. Digər bir məsələ ondan ibarətdir ki, vəziyyət dövlətin tam nəzarətindədir, o cümlədən imtahanların vaxtı, keçirilib-keçirilməyəcəyi, keçirildiyi təqdirdə formatı belə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

 

Keçid ballarının aşağı salınması təklif oluna bilər

 

Ekspert abituriyentlərin tədris prosesindən ayrı düşməsinin təsirsiz ötüşməyəcəyini də qeyd edib:

 

Bununla belə təhsillə bağlı istənilən baş verə biləcək yenilik və dəyişiklik geniş ictimaiyyətin böyük diqqət və maraq dairəsində olduğundan bu istiqamətdə müxtəlif subyektiv mülahizələr, rəy və təkliflərin irəli sürülməsi də təbii qarşılanmalıdır. Xeyli texniki imkanların olmasına, elektron dərs metodlarının tətbiqinə baxmayaraq, təhsilalanların bilavasitə tədris prosesindən kifayət qadər ayrı düşməsi heç şübhəsiz ki, onların bilik, bacarıq və vərdişlərinə təsirsiz ötüşməyəcək. Bu baxımdan aralıq müddətdə keçilməyən materialların imtahan suallarına salınmaması, ixtisaslar üzrə keçid ballarının aşağı salınması və s. bu kimi güzəştlərə gedilməsi barədə təkliflərə yəqin ki, anlaşıqlı yanaşmaq lazım gələcək.

 

"İkihakimiyyətliliyə” son qoyulub

 

Nadir İsrafilov imtahanların ləğv olunmasının tərəfdarı olmadığını da vurğulayıb:

 

O ki, qaldı mənim subyektiv fikrimə, imtahanların tamamilə ləğv olunmasının tərəfdarı deyiləm, baxmayaraq ki, bu kimi təkliflərin də sayı az deyil. Əgər vəziyyət sabitliyə doğru gedərsə, həyat öz əvvəlki axarına düşərək, aktiv proseslərə başlanılarsa kompensasiya stimulu kimi buraxılış və qəbul imtahanlarını birləşdirməklə təkpilləli vahid imtahan prosesinə keçid etmək olar. Razılaşaq ki, dünya təcrübəsində uzun illərdən bəri tətbiq olunan təkpilləli vahid imtahan sisteminə keçid bizdə ona görə ləngiyib ki, əvvəllər buraxılış imtahanları Təhsil Nazirliyinin, qəbul imtahanları isə TQDK-nın səlahiyyətində idi. Artıq belə bir problem yoxdur, çoxdandır ki, "ikihakimiyyətliyə” son qoyulmaq yolu ilə öz həllini tapıb. Yəni, hər iki imtahanı vahid bir qurum TQDK, sonradan isə səlahiyyətləri daha da genişləndirilən və DİM adlandırılan eyni qurum həyata keçirir. Belə bir modeli tətbiq etməklə məzunlarımızın fiziki və psixoloji yükünü və deməli gərginliyini azaldar, eyni zamanda vətəndaşları da, dövləti də əlavə xərclərdən azad edə bilər, gəncləri əlavə stressdən, bir ay ərzində iki dəfə psixoloji təzyiqə məruz qoymaqdan çəkinmək kimi zəruri bir məsələni həll edə bilərik. Bir də ki, təhsilalanların yekun qiymətləndirilməsinin yeni qaydalarının hazırlanması ilə bağlı rəsmi anons hələ bir neçə il bundan qabaq verilmişdi. Artıq, alternativ təhsil alma və imtahan tətbiq etmə metodları barədə düşünməyin zamanıdır.




Загрузка...
Həmçinin oxuyun:
DİM imtahanları təxirə saldı, sənəd qəbulunun vaxtını dəyişdirdi

DİM imtahanları təxirə saldı, sənəd qəbulunun vaxtını dəyişdirdi

Buraxılış imtahanlarının və sənəd qəbulunun vaxtı dəyişdirildi

Buraxılış imtahanlarının və sənəd qəbulunun vaxtı dəyişdirildi

30 mart – 27 aprel tarixlərinə nəzərdə tutulan ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salınıb

30 mart – 27 aprel tarixlərinə nəzərdə tutulan ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salınıb

“İmtahan-imtahan” oyunundan imtina etməliyik

“İmtahan-imtahan” oyunundan imtina etməliyik

"Buraxılış və qəbul imtahanlarında yeni mexanizmlərin tətbiqi dövrün tələbidir"

"Buraxılış və qəbul imtahanlarında yeni mexanizmlərin tətbiqi dövrün tələbidir"

Keçiriləcək imtahanların tarixləri haqqında məlumat

Keçiriləcək imtahanların tarixləri haqqında məlumat

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

Elçin Əfəndinin mövcud vəziyyətlə bağlı Təhsil Nazirliyinə və Dövlət İmtahan Mərkəzinə müraciəti

Elçin Əfəndinin mövcud vəziyyətlə bağlı Təhsil Nazirliyinə və Dövlət İmtahan Mərkəzinə müraciəti

"Əvvəlki ilə müqayisədə “Yeni model” daha sadə, müasir və mütərəqqidir…"

"Əvvəlki ilə müqayisədə “Yeni model” daha sadə, müasir və mütərəqqidir…"

“Nəyisə ləğv edib, nəyisə bərpa etmək çıxış yolu deyil” - EKSPERT

“Nəyisə ləğv edib, nəyisə bərpa etmək çıxış yolu deyil” - EKSPERT

İmtahanlar təxirə salındı

İmtahanlar təxirə salındı

İlk qəbul imtahanları niyə apreldə keçirildi?..

İlk qəbul imtahanları niyə apreldə keçirildi?..

Qəbul imtahanları ilə bağlı dəyişilik gözlənilən ,hətda gecikmiş bir qərardır.

Qəbul imtahanları ilə bağlı dəyişilik gözlənilən ,hətda gecikmiş bir qərardır.

"Necə olur ki, bizim məktəblərin bir neçə ilə öyrədə bilmədiyini hansısa kurslar və ya fərdi repetitorlar bir neçə aya öyrədə bilirlər?"

"Necə olur ki, bizim məktəblərin bir neçə ilə öyrədə bilmədiyini hansısa kurslar və ya fərdi repetitorlar bir neçə aya öyrədə bilirlər?"

"Təhsilimizdə eniş prosesi nə etsək də hələ bir neçə illər davam edəcək"

"Təhsilimizdə eniş prosesi nə etsək də hələ bir neçə illər davam edəcək"

İmtahanların iki dəfə keçirilməsi başlıca səbəbi, "Həm ziyarət, həm ticarət"-Nadir İsrafilov

İmtahanların iki dəfə keçirilməsi başlıca səbəbi, "Həm ziyarət, həm ticarət"-Nadir İsrafilov

“Bu qərar DİM-in qazancına xidmət edir” - ŞƏRHLƏR

“Bu qərar DİM-in qazancına xidmət edir” - ŞƏRHLƏR

“Qəbul qaydalarındakı dəyişiklik abituriyentin xeyrinədir” – Deputatlar yeniliyi dəstəklədilər

“Qəbul qaydalarındakı dəyişiklik abituriyentin xeyrinədir” – Deputatlar yeniliyi dəstəklədilər

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

"Hamıya uyğun imtahan qiyməti müəyyən etmək istəyirik" - Məleykə Abbaszadə

"Hamıya uyğun imtahan qiyməti müəyyən etmək istəyirik" - Məleykə Abbaszadə

Sürücülük imtahanlarını DİM keçirəcək? - RƏSMİ CAVAB

Sürücülük imtahanlarını DİM keçirəcək? - RƏSMİ CAVAB

Dərslərin təxirə salınması Novruz tətilinə qədər uzadılsın - Ekspert

Dərslərin təxirə salınması Novruz tətilinə qədər uzadılsın - Ekspert