AzTehsil.com


Xəbərlər / Pedoqojitəcrübə / Direktor / Müəllim
30 noyabr 2017
2 627


“Nəyisə ləğv edib, nəyisə bərpa etmək çıxış yolu deyil” - EKSPERT



Nə az, nə çox tam 4/1 əsr ərzində ölkəmizin təhsil sistemində vahid və əvəzsiz qiymətləndirmə meyarı kimi tətbiq olunan və böyük əksəriyyət tərəfindən hədsiz sevinc və rəğbətlə qarşılanan test üsulu son illərdə heç də birmənalı qəbul edilməyərək geniş polemika və mübahisə obyektinə çevrilib. Bu da təbiidir.


Zamanın dəyişməsi, tələblərin yeniləşməsi ictimai rəyin formalaşmasına da təsirsiz ötüşmür. Bu mənada məsələyə istənilən subyektiv və ya obyektiv münasibəti nəticə olaraq cəmiyyət üzvlərinin təhsilimizin mövcud problemlərinə həssaslığının və bu sahədə fəallığının göstəricisi kimi qəbul etmək və dəyərləndirmək lazımdır. Ümumiyyətlə götürdükdə testlə bağlı mülahizələri qruplaşdırmalı olsaq tərəfdarlarla əleyhdarlar arasında əsasən iki fərqli münasibətin mövcudluğunun şahidi olururuq:

 

"Test əzbərçiliyə və şablonçulğa şərait yaradır” və "test şəffaflığı təmin edir, insan faktorundan asılılığı minimuma endirir, təhsildə rüşvət və korrupsiyanın qarşısını alır.”


Mən dəfələrlə demişəm ki, biz test üsulunun tətbiqində həddən artıq ifratçılığa yol vermişik. Bu qədərinə ehtiyac yoxdur. İndi bəyan edirik ki, "Dövlət orqanlarında katibə, kargüzar, sürücü və liftçi vəzifələrinə qəbul test imtahanı ilə aparılmayacaq və "Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nda dəyişikliklər edirik.

 

Ifrat radikallığı da qəbul etmirəm və çıxış yolunu nəyisə ləğv edib, nəyisə bərpa etməkdə görmürəm. Bəli, təhsil təkcə hansısa konkret faktiki bilik məcmusundan ibarət olmadığından test üsulu obyektiv qiymətləndirmədə yetərli vasitə hesab edilə bilməz. Lakin bu heç də o anlama gəlmir ki, testdən tamamilə və birdəfəlik imtina edilməlidir.


Əlbəttə imtahan forma və məzmunca yeniləşməli, test isə təkmilləşdirilməli və daha da mükəməlləşdirilməlidir. Məntiqlə yanaşı yazı vərdişləri və nitq qabiliyyəti də inkişaf etdirilməlidir. Elə fənnlər var ki, spesifikliyi ilə əlaqədar imtahanlar şifahi, elə fənlər var ki, yazılı, eləsi də var ki,

testlə keçirilməlidir. Məsələn postsovet məkanının inkişaf etmiş ölkələrindən olan Estoniyada imtahan üç mərhələdə - yazılı, şifahi və testlə həyata keçirilir. Dünyada qəbul edilmiş SAT, İELTS imtahanları var və s.


Yox, əgər ali təhsili hamı üçün əlçatan etmək istəyiriksə, adambaşına düşən ali təhsillilərin sayınına görə dünyanın aparıcı dövlətləri ilə rəqabət aparmaq məqsədini hədəfləmişiksə onda dünyanın bir sıra ölkələrində olduğu kimi imtahansız qəbul və ya attestat qiymətləri əsasında qəbul variantını da nəzərdən keçirmək olar, baxmayaraq ki, mən bunu o qədər də təqdir etmirəm.


Hesab edirəm ki, bütün hallarda əsas məqsəd gənclərin, məktəb məzunlarının bilik və bacarıqlarının qiymətləndirilməsi prosesini daha da təkmilləşdirmək, asanlaşdırmaq və şəffaf etməkdir. Bu mənada hələ ki, 2019-cu ildə tətbiqi nəzərdə tutulan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modeli üzərində səylərimizi cəmləşdirməli və ümumiləşdirməli, müəyyən hazırlıq işlərindən sonra tədricən buraxılış və qəbul imtahanlarının birləşdirilməsi əsasında təkpilləli vahid imtahan sisteminə keçməliyik..


Təhsildə hər hansı bir yenilik və dəyişiklik qaçılmazdır. Bununla belə Nazir Mikayıl Cabbarovun təbirincə desək "Ümumiyyətlə, təhsildə sıçrayışlar olmur, asta irəliləyiş və vektor olur.”

 

Nadir İsrafilov 




Загрузка...
Həmçinin oxuyun:
Bu vəzifələrə qəbul testlə aparılmayacaq

Bu vəzifələrə qəbul testlə aparılmayacaq

Dövlət qulluğunda işləmək istəyənlərə YENİ XƏBƏR

Dövlət qulluğunda işləmək istəyənlərə YENİ XƏBƏR

Qəbul imtahanı bundan sonra necə olacaq?-Ekspertlər açıqladı

Qəbul imtahanı bundan sonra necə olacaq?-Ekspertlər açıqladı

Dövlət qulluğuna qəbulla bağlı dəyişiklik təsdiqlənib/ekspertin dəyişikliyə yanaşması...

Dövlət qulluğuna qəbulla bağlı dəyişiklik təsdiqlənib/ekspertin dəyişikliyə yanaşması...

Test ləğv olunarsa, insanların dünyagörüşü artacaq

Test ləğv olunarsa, insanların dünyagörüşü artacaq

“Dövlət qulluğu” jurnalının 1‑ci nömrəsi satışa çıxarıldı

“Dövlət qulluğu” jurnalının 1‑ci nömrəsi satışa çıxarıldı

Dövlət qulluğuna qəbul imtahanlarının qiyməti açıqlandı

Dövlət qulluğuna qəbul imtahanlarının qiyməti açıqlandı

Hamlet İsaxanlı Məleykə Abbaszadəni DƏSTƏKLƏDİ: “Mətbuat təhrif edir”

Hamlet İsaxanlı Məleykə Abbaszadəni DƏSTƏKLƏDİ: “Mətbuat təhrif edir”

Dövlət qulluğuna qəbulda YENİLİK

Dövlət qulluğuna qəbulda YENİLİK

“Test imtahanları ləğv edilməyəcək, təkmilləşəcək” - Təhsil Nazirliyindən açıqlama

“Test imtahanları ləğv edilməyəcək, təkmilləşəcək” - Təhsil Nazirliyindən açıqlama

Qəbul imtahanında yeni modelə keçidin səbəbləri

Qəbul imtahanında yeni modelə keçidin səbəbləri

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Test şagirdlərin ümumi, hərtərəfli hazırlığına ziyan vurub

Test şagirdlərin ümumi, hərtərəfli hazırlığına ziyan vurub

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Təhsil nazirinin müavini yeni qəbul qaydaları haqqında danışdı

Təhsil nazirinin müavini yeni qəbul qaydaları haqqında danışdı

Test imtahanı ləğv edilir: Məleykə Abbaszadə açıqladı

Test imtahanı ləğv edilir: Məleykə Abbaszadə açıqladı

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

"Əvvəlki ilə müqayisədə “Yeni model” daha sadə, müasir və mütərəqqidir…"

"Əvvəlki ilə müqayisədə “Yeni model” daha sadə, müasir və mütərəqqidir…"

Qəbul imtahanları ilə bağlı dəyişilik gözlənilən ,hətda gecikmiş bir qərardır.

Qəbul imtahanları ilə bağlı dəyişilik gözlənilən ,hətda gecikmiş bir qərardır.

Test imtahanı ləğv edilir? - Mikayıl Cabbarov AÇIQLADI

Test imtahanı ləğv edilir? - Mikayıl Cabbarov AÇIQLADI

Təhsil Nazirliyi Məleykə Abbaszadənin açıqlamasını təkzib etdi: "Test imtahanları ləğv edilmir"

Təhsil Nazirliyi Məleykə Abbaszadənin açıqlamasını təkzib etdi: "Test imtahanları ləğv edilmir"

“İmtahan-imtahan” oyunundan imtina etməliyik

“İmtahan-imtahan” oyunundan imtina etməliyik

Məleykə Abbaszadə nə etmək istəyir – deputatdan ŞƏRH

Məleykə Abbaszadə nə etmək istəyir – deputatdan ŞƏRH

Yeni test modeli nə vaxt təqdim olunacaq? -AÇIQLAMA

Yeni test modeli nə vaxt təqdim olunacaq? -AÇIQLAMA