AzTehsil.com


Xəbərlər
24 oktyabr 2017
3 090


“İmtahan-imtahan” oyunundan imtina etməliyik



Buraxılış imtahanından 300 balın nəzərə alınmasından sonra artıq tərəflər biri-birini ittiham etməyəcək.


Böyük ehtimalla yeni model də məhz buna hesablanıb 2019-cu ildə tətbiqi nəzərdə tutulan buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq.


Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin sözlərinə görə, buraxılış imtahanında iştirak edənlər üçün maksimum bal 300-dür. M.Abbaszadə qeyd edib ki, abituriyentlər qəbul imtahanında 3 fəndən maksimum 400 bal toplaya biləcək, yekunda ən yuxarı bal 700 olacaq.


DİM sədrinin açıqlamasını şərh edən təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, qiymətləndirmə zamanı buraxılış imtahanlarının nəticələrinin nəzərə alınması və 300 bal həcmində müəyyənləşdirilməsi müsbət addımdır:


"Əvvəllər də qeyd etmişəm ki, buraxılış imtahanları ilə qəbul imtahanlarının bir-biri ilə əlaqəli olmaması Təhsil Nazirliyi ilə TQDK arasında "soyuq müharibə”yə səbəb olurdu. Yəni orta məktəbi bitirən şagirdlərin arasında təxminən 200 nəfəri buraxılış imtahanlarında maksimum nəticəni göstərir, medalla təltif olunur. Qəbul imtahanlarında isə ən çoxu 14-15 abituriyent maksimum nəticə göstərir. Orta məktəbi "əla” qiymətlərlə bitirən şagird ali məktəblərə qəbul imtahanlarına "3”ə bərabər nəticə göstərir. Bu zaman da Təhsil Nazirliyi Dövlət İmtahan Mərkəzini, DİM də orta məktəbləri "günah keçisi” elan edir. İstənilən halda isə hər iki imtahandan birində qeyri-obyektivlik var. Yeni model məhz bu cəhətdən faydalıdır ki, yekun qiymətləndirmə zamanı həm buraxılış imtahanlarının, həm də qəbul imtahanlarının nəticələri nəzərə alınacaq. Həm də bu dəyişikliklər təkpilləli imtahan sisteminə keçid üçün stimul rolu oynayacaq”.


Buraxılış və qəbul imtahanlarında yeni mexanizmlərin tətbiqinin dövrün tələbi olduğunu vurğulayan təhsil ekspertinin yeni modelə ictimai münasibəti birmənalı olmasa da, vəziyyəti həddən artıq dramatikləşdirməyə lüzum yoxdur: "Fənn seçimi ilə bağlı müxtəlif iradlar, mülahizələr, rəylər, təkliflər var ki, bunu da təbii qəbul etmək lazımdır. İstənilən halda narazı kəsim olur. Hətta ən mükəmməl təhsil sistemi belə tətbiq edilsə, yenə də müəyyən təbəqəni qıcıqlandıracaq bir nüans tapılacaq.


Yəni "Kimyanın yerinə informatika olsa daha yaxşı olar”, "Xarici dil lazım deyil” kimi etirazlar formal xarakterlidir. Etiraf etməliyik ki, bu model nisbətən ağlabatandır. Bu mənada yeni imtahan mexanizmində nəsə bir mürəkkəblik və ya hansısa bir mənfi təzahür axtarmağa ehtiyac qalmır. Əksinə, belə bir yanaşma prosesin daha da sadələşməsinə və obyektivliyinə xidmət edə bilər. Bu vaxta qədər mövcud olan buraxılış və qəbul imtahanlarının nəticələrinin proporsional bölgüsündəki ziddiyyətləri aradan qaldırar. 300-400 bal məsələsinin tətbiqindən sonra artıq tərəflər biri-birini ittiham etməyəcək. Düzdür, bu model də bir o qədər təkmil deyil. Amma əvvəlki modellə müqayisədə daha məqsədəuyğundur. Şübhəsiz ki, buraxılış və qəbul imtahanlarının yüngüllük və ağırlıq dərəcələri də nəzərə alınacaq, çünki məzunların heç də hamısı təkcə ali məktəblərə sənəd vermir”.


Təhsil ekspertinin sözlərinə görə, bu dəyişikliklər son deyil. Sistem tam oturuşana qədər bu cür dəyişikliklər qaçılmaz olacaq.


Dünya ölkələrində təkpilləli vahid imtahanın tətbiq olunduğunu vurğulayan N.İsrafilovun sözlərinə görə, Azərbaycan təhsilində də bu sistemə keçid məsələsi uzun illərdir müzakirə predmeti olaraq qalır. Hesab edirəm ki, biz də tədricən "imtahan-imtahan” oyunundan imtina etməliyik. Ehtimal ki, yeni model də məhz buna hesablanıb. 


Əvvəllər buraxılış imtahanlarını Təhsil Nazirliyi, qəbul imtahanlarını isə TQDK keçirirdi, amma son illər şahidi oluruq ki, hər iki imtahan bir mərkəzdən idarə edilir:

 

"Bir də ki, belə bir təcrübə dünyanın bir sıra ölkələrində, o cümlədən qonşu Rusiyada və Türkiyədə neçə ildən artıq bir müddətdir ki, uğurla tətbiq olunur. Deməli, belə bir modeli tətbiq etmək və təkmilləşdirməklə yaxın gələcəkdə buraxılış və qəbul imtahanlarını birləşdirmək yolu ilə təkpilləli vahid imtahan sisteminə keçidə zəmin yarada bilərik. Bu isə öz növbəsində həm də məzunlarımızın fiziki və psixoloji yükünü və deməli, gərginliyini xeyli azaltmış olar”.


Artıq Azərbaycanda da təhsilin hamı üçün əlçatan olması kursunun əsas götürüldüyünü qeyd edən N.İsrafilovun sözlərinə görə, qəbul imtahanlarının ildə bir neçə dəfə keçirilməsi də məhz buna hesablanıb. Xarici ölkələrlə müqayisədə adam başına düşən ali təhsillərin sayına görə bir xeyli geridəyik. Bu geriliyi aradan qaldırmaq üçün artıq universitetlərdə hazırlıq kursları da yaradılıb”.




Загрузка...
Həmçinin oxuyun:
Qəbul imtahanında maksimum 400 bal olacaq- YENİ MODEL AÇIQLANDI

Qəbul imtahanında maksimum 400 bal olacaq- YENİ MODEL AÇIQLANDI

"Buraxılış və qəbul imtahanlarında yeni mexanizmlərin tətbiqi dövrün tələbidir"

"Buraxılış və qəbul imtahanlarında yeni mexanizmlərin tətbiqi dövrün tələbidir"

"Əvvəlki ilə müqayisədə “Yeni model” daha sadə, müasir və mütərəqqidir…"

"Əvvəlki ilə müqayisədə “Yeni model” daha sadə, müasir və mütərəqqidir…"

Buraxılış imtahanı bir, qəbul imtahanı bir neçə dəfə keçiriləcək - YENİ MODEL

Buraxılış imtahanı bir, qəbul imtahanı bir neçə dəfə keçiriləcək - YENİ MODEL

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - 3 fəndən imtahan veriləcək - VİDEO

Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - 3 fəndən imtahan veriləcək - VİDEO

Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq- Ancaq...

Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq- Ancaq...

Yeni qəbul imtahanı MODELİ: İlkin mərhələdə bir çoxları ciddi yanaşmayacaq

Yeni qəbul imtahanı MODELİ: İlkin mərhələdə bir çoxları ciddi yanaşmayacaq

Qəbul imtahanlarında 700 bal sistemi ləğv olunur?

Qəbul imtahanlarında 700 bal sistemi ləğv olunur?

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

Yeni modelə əsasən buraxılış imtahanı bir, qəbul imtahanı bir neçə dəfə keçiriləcək

Yeni modelə əsasən buraxılış imtahanı bir, qəbul imtahanı bir neçə dəfə keçiriləcək

Universitetlərə qəbulda MÜHÜM YENİLİK - fənlərin sayı 3-ə endirildi, buraxılış imtahanı isə...

Universitetlərə qəbulda MÜHÜM YENİLİK - fənlərin sayı 3-ə endirildi, buraxılış imtahanı isə...

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

Bundan sonra imtahandan 700 bal yığmaq mümkün olmayacaq

Bundan sonra imtahandan 700 bal yığmaq mümkün olmayacaq

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Ali məktəblərə qəbullla bağlı yenilik edildi - Bilməli olduğunuz 7 əsas nüans - TƏHLİL

Ali məktəblərə qəbullla bağlı yenilik edildi - Bilməli olduğunuz 7 əsas nüans - TƏHLİL

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

Qəbul imtahanlarında hansı ixtisaslara dəyişiklik olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA

Qəbul imtahanlarında hansı ixtisaslara dəyişiklik olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA

Test imtahanı ləğv edilir: Məleykə Abbaszadə açıqladı

Test imtahanı ləğv edilir: Məleykə Abbaszadə açıqladı

Qəbul imtahanında daha bir YENİLİK: İki qrup üzrə imtahan vermək mümkün olacaq

Qəbul imtahanında daha bir YENİLİK: İki qrup üzrə imtahan vermək mümkün olacaq

Məleykə Abbaszadə - 9-cu sinifdən kolleclərə getmək istəyən şagirdlər buraxılış imtahanlarını mütləq verməlidirlər ....

Məleykə Abbaszadə - 9-cu sinifdən kolleclərə getmək istəyən şagirdlər buraxılış imtahanlarını mütləq verməlidirlər ....

Qəbul imtahanında yeni modelə keçidin səbəbləri

Qəbul imtahanında yeni modelə keçidin səbəbləri