AzTehsil.com


Xəbərlər / Cəmiyyət
17 fevral 2018
2 754


“Qəbul qaydalarındakı dəyişiklik abituriyentin xeyrinədir” – Deputatlar yeniliyi dəstəklədilər



 

Nazirlər Kabineti Dövlət İmtahan Mərkəzinin (DİM) təklifinə əsasən, ”Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda müəyyən dəyişikliklər edib.

Yeni təsdiq olunmuş qaydalarla abituriyentlərin seçim imkanları daha da genişləndirilib. Belə ki, abituriyentə icazə veriləcək ki, məsələn yaz imtahan sessiyasında II ixtisas qrupu, yay imtahan sessiyasında isə III ixtisas qrupu üzrə imtahanda iştirak etsin. Həmçinin abituriyent əvvəllər olduğu kimi eyni ixtisas qrupu üzrə də hər iki qəbul imtahanında iştirak edə bilər. Abituriyent seçim etməkdə sərbəst olacaq.

İndiyədək qüvvədə olan qayda isə belə idi ki, abituriyent bir tədris ili ərzində I-IV ixtisas qruplarının yalnız biri üzrə qəbul imtahanında iştirak edə bilərdi.

I-IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər qaydası da qüvvədə qalır.

Müxtəlif ixtisas qrupları üzrə qəbul imtahanında iştirak edən abituriyentlər hər iki ixtisas qrupu üzrə müsabiqə şərtini ödədikləri halda öz ixtisas seçimi ərizələrində hər iki ixtisas qrupuna daxil olan ixtisasları seçə biləcəklər. Hər hansı bir ixtisas qrupu üzrə müsabiqə şərtini ödəyən abituriyentlər isə yalnız həmin ixtisas qrupuna daxil olan ixtisasları seçə bilərlər.

Qaydalara görə, qəbul imtahanları hər tədris ilində iki dəfə – yaz və yayda keçiriləcək.

Azərbaycan Milli Məclisin deputatları bu dəfə Modern.az-a ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarına edilmiş dəyişiklik barədə danışıblar.


Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə deyib ki, ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarına edilmiş dəyişiklik abituriyentlərin imtahan vermək qabiliyyətini daha da artıra bilər.

"Bu təcrübə dünya ölkələrinin bir çoxunda var. Dəyişiklik imtahan stressini də gələcəkdə azaldacaq. İmtahan vermək abituriyentlərin məktəbdə aldıqları biliklərin təsdiqidir. Hər bir məktəbdə oxuyan şagird müvafiq qruplarla deyil, məktəbdə oxuduqları bilikləri təsdiq etməlidir. Yəni hazırlaşdığı qrupun fənnindən başqa, digərlərini də bilməlidir. Ona görə də hesab edirəm ki, yeni təsdiq olunmuş qaydalarla abituriyentlərin seçim imkanları daha da genişləndirilib. Ali məktəblərə keçirilən qəbul imtahanların pullu olması məsələsini isə müzakirə etmək olar. İmtahanların qiymətləri ölkənin sosial vəziyyətinə uyğun olmalıdır”.

 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Gövhər Baxışəliyeva ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarına edilmiş dəyişikliklərin abituriyentlərə heç bir ziyanı olmadığını bildirib.

"Dəyişiklik abituriyentlərin ali təhsil müəssisələrinə daxil olmaq imkanlarını daha da artırır. Bu dəyişikliyin heç bir ziyanı yoxdur. Dəyişiklik universitetə daxil olmaq istəyənlərin xeyrinə atılmış addımdır. Çünki abituriyentlərə şərait yaradılır ki, başqa-başqa ixtisas qrupları üzrə şanslarını sınasınlar. İmtahanların qiymətinə gəldikdə isə onu deyə bilərəm ki, ola bilər ki bu müəyyən təbəqə üçün çoxdur, müəyyən təbəqə üçün də o qədər də çox deyil. Bildiyiniz kimi, Dövlət İmtahan Mərkəzi publik hüququ şəxsdir. Ona görə imtahan ödənişləri ilə də Dövlət İmtahan Mərkəzi öz işini təmin etməlidir”.

 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa bildirib ki, qəbul imtahanlarının hər tədris ilində iki dəfə olmasında heç bir problem yoxdur:

"Dövlət İmtahan Mərkəzi publik hüququ şəxsdir, pulunu ödə, get imtahan ver. Hesab edirəm ki, qəbul imtahanlarının hər tədris ilində iki dəfə olması abituriyentlərin hüququnun genişləndirilməsidir. Burada heç bir problem yoxdur. Dəyişiklik abituriyentlərə alternativ yollar açır. Bu müsbət bir tendensiyadır. İmtahanların ödənişli olmasına gəlincə isə belə olmayanda publik hüququ şəxs öz işini necə həll etməlidir? Müəyyən qrup insanların ödənişdən azad edilməsi elmi parametrlərə uyğun gəlmir. Bu metroda, avtobusda gediş deyil ki, əlilliyə və yaxud başqa səbəblərə görə kiməsə güzəşt edilsin. Burada birbaşa elmi bilik almaqdan, rəqabət mühitindən söhbət gedir. Kiməsə xüsusi imtiyaz verib, kimsəsə verməmək bu məsələdə yerinə düşmür”.



Загрузка...
Həmçinin oxuyun:
Universitetlərə qəbulda dəyişikliklər hansı imkanları yaradır?

Universitetlərə qəbulda dəyişikliklər hansı imkanları yaradır?

Azərbaycanda universitetlərə qəbul qaydası dəyişdi - ilkdə iki dəfə olacaq

Azərbaycanda universitetlərə qəbul qaydası dəyişdi - ilkdə iki dəfə olacaq

DİM: Abituriyentlər qəbul imtahanında iki dəfə iştirak edə biləcəklər

DİM: Abituriyentlər qəbul imtahanında iki dəfə iştirak edə biləcəklər

Tələbə qəbulu üçün müsabiqədə iştirak ödənişli olacaq - Qaydalar təsdiqləndi

Tələbə qəbulu üçün müsabiqədə iştirak ödənişli olacaq - Qaydalar təsdiqləndi

Qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlərin ixtisas seçimi davam edir

Qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlərin ixtisas seçimi davam edir

Qəbul imtahanında ödəniş dəyişəcək? – DİM-dən AÇIQLAMA

Qəbul imtahanında ödəniş dəyişəcək? – DİM-dən AÇIQLAMA

DİM V ixtisas qrupu üzrə ixtisas seçimi etmək istəyən abituriyentlərə müraciət etdi

DİM V ixtisas qrupu üzrə ixtisas seçimi etmək istəyən abituriyentlərə müraciət etdi

Ali məktəblərə V qrup üzrə ixtisas seçimi başladı

Ali məktəblərə V qrup üzrə ixtisas seçimi başladı

V qrup üzrə ixtisas seçimi nə vaxt başlayır?

V qrup üzrə ixtisas seçimi nə vaxt başlayır?

Ali məktəblərə qəbul olmaq üçün 20 minə yaxın abituriyent ixtisas seçimi edib

Ali məktəblərə qəbul olmaq üçün 20 minə yaxın abituriyent ixtisas seçimi edib

Yeni dərs ili üçün tələbə qəbulu – QAYDALARI

Yeni dərs ili üçün tələbə qəbulu – QAYDALARI

Bu yay ən çox abituriyentin imtahan verəcəyi qrup I qrupdur-23405 nəfər

Bu yay ən çox abituriyentin imtahan verəcəyi qrup I qrupdur-23405 nəfər

"2014, 2015, 2016-cı illərdə imtahan və qabiliyyətlərdə uğur qazanan 1000 tələbə magistr ola bilməyib"

"2014, 2015, 2016-cı illərdə imtahan və qabiliyyətlərdə uğur qazanan 1000 tələbə magistr ola bilməyib"

669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY

669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY

Bu il bakalavriat səviyyəsinə qəbul imtahanı iki dəfə keçiriləcək

Bu il bakalavriat səviyyəsinə qəbul imtahanı iki dəfə keçiriləcək

Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib

Abituriyentlərin nəzərinə- Qəbul imtahanlarında dəyişiklik olacaq?

Abituriyentlərin nəzərinə- Qəbul imtahanlarında dəyişiklik olacaq?

Dövlət İmtahan Mərkəzi bütün abituriyentlərə XƏBƏRDARLIQ ETDİ

Dövlət İmtahan Mərkəzi bütün abituriyentlərə XƏBƏRDARLIQ ETDİ

I ixtisas qrupu üçün abituriyent jurnalı satışda!

I ixtisas qrupu üçün abituriyent jurnalı satışda!

Müsabiqə şərtini ödəyən abituriyentlərin sayı açıqlanıb

Müsabiqə şərtini ödəyən abituriyentlərin sayı açıqlanıb

Ali məktəblərə qəbul olmaq üçün 32 mindən çox abituriyent ixtisas seçimi edib

Ali məktəblərə qəbul olmaq üçün 32 mindən çox abituriyent ixtisas seçimi edib

DİM: İxtisas seçimi üçün ayrılan müddət uzadılmayacaq

DİM: İxtisas seçimi üçün ayrılan müddət uzadılmayacaq

Təhsil Nazirliyi abituriyentlərin imtahan nəticələri haqqında açıqlama yaydı

Təhsil Nazirliyi abituriyentlərin imtahan nəticələri haqqında açıqlama yaydı

Ali məktəblərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başa çatıb

Ali məktəblərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başa çatıb