AzTehsil.com


Xəbərlər
20 may 2017
6 213


"2014, 2015, 2016-cı illərdə imtahan və qabiliyyətlərdə uğur qazanan 1000 tələbə magistr ola bilməyib"



"2014, 2015, 2016-cı illərdə imtahan və qabiliyyətlərdə uğur qazanan 1000 tələbə magistr ola bilməyib"

 

Tədris ili bitmədən qəbul imtahanlarının keçirilməsi birmənalı qarşılanmır
 
Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə aprelin 30-da və mayın 7-də qəbul imtahanları keçirib. İmtahanlarda iştirak etmək üçün ümumilikdə 65673 abituriyent sənəd verib. Həmin abituriyentlərin 50623-ü bu ilin, 15050 abituriyent isə əvvəlki illərin məzunları olub.

Beləliklə, "cari ilin məzunu” hesab edilən 50623 abituriyent əslində hələ şagirddir. Onların iştirakçısı olduğu buraxılış imtahanlarının birinci mərhələsinin nəticəsi açıqlanmayıb, ikinci mərhələ isə hələ keçirilməyib. Bunlar bir yana, orta məktəblərdə tədris proqramı yekunlaşmayıb. Elə bu səbəblərdən də təhsil ilinin başa çatmadığı bir vaxtda ali məktəblərə qəbul imtahanlarının keçirilməsi birmənalı qarşılanmayıb.

İmtahan qaydalarında dəyişiklik

Məlumat üçün qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanları "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında qərara uyğun olaraq həyata keçirilir. Həmin qaydalarda edilən dəyişikliklə abituriyentlərə seçdikləri ixtisas qrupu üzrə (V ixtisas qrupu istisna olmaqla) eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak etməyə icazə verilib. Dəyişiklik Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilib.
Ölkəmizdə qəbul imtahanları artıq bir neçə ildir ki, iki dəfə keçirilir. Belə ki, öncə əvvəlki illərin, daha sonra cari ilin məzunları imtahan verirdi. 2017-2018-ci tədris ilində də I-IV ixtisas qrupları üzrə bakalavriat səviyyəsinə qəbul imtahanı iki dəfə keçiriləcək. Amma bu dəfə məzunlara hər iki imtahanda iştirak etməyə icazə verilir.

Bütün imtahanlar yekunlaşdıqdan sonra ixtisas seçimi aparılacaq və həmin mərhələyə imtahan nəticələri Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla Mərkəz tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan abituriyentlər buraxılacaq.
Ali təhsil müəssisələrinin I-IV ixtisas qrupuna daxil olan ixtisaslar üzrə müsabiqə abituriyentin qəbul imtahanında topladığı ümumi bal əsasında aparılacaq. Abituriyent eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak etsə də, müsabiqəyə yalnız bir imtahanın nəticələri ilə qatılacaq. Hansı imtahanın nəticəsi ilə iştirak edəcəyinə də abituriyent özü qərar verəcək.

DİM dəyişiklik təklifini çoxsaylı müraciətlər əsasında edib
 

 

Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə "Azərbaycan müəllimi” qəzetinə açıqlamasında bildirib ki, qəbul qaydalarında edilən dəyişikliyin bir çox müsbət tərəfi var: "Dəyişiklik abituriyentlərə daha çox şans tanımaq və onların imtahanla bağlı psixoloji gərginliyini aradan qaldırmaq baxımından əhəmiyyətlidir. Abituriyentlər, xüsusən builki məzunlar, bir sözlə, özünü imtahana hazır hiss etməyənlər üçün ilk imtahanda iştirak şərt deyil. Lakin imtahanda iştirak edib minimal müsabiqə şərtlərini ödəyənlər həmin nəticə ilə müsabiqəyə qatıla bilər. Nəticələrindən razı qalmayanların ikinci imtahanda iştirak hüququ qalır. Hər iki imtahanın nəticəsi hüquqi qüvvəyə malikdir. Yəni, abituriyent sonda istədiyi imtahanın nəticəsi ilə müsabiqəyə qatılır. Sadəcə, ikinci imtahanda iştirak ödənişlidir”.

X.Xanlarzadə Azərbaycanda qəbul imtahanlarının 2 dəfə keçirilməsi təcrübəsinə də diqqət çəkib: "Ötən illərədək ölkəmizdə qəbul imtahanları 2 dəfə keçirilirdi. Yəni, əvvəlki illərin məzunları daha öncə may ayında imtahan verirdilər. Lakin Dövlət İmtahan Mərkəzinə daxil olan çoxsaylı müraciətdə həmin abituriyentlər iyulda cari ilin məzunları üçün keçirilən imtahanlarda da iştirak etməyi arzulayırdılar. Həmçinin əksinə də olurdu - cari ilin məzunları mayda keçirilən imtahana da qatılmaq istədiklərini bildirirdilər. Bir sözlə, Nazirlər Kabinetinin etdiyi dəyişiklik məhz çoxsaylı müraciət əsasında edilib”.

Yeni qayda, tanış problem

Bəs, qəbul imtahanlarının buraxılış imtahanlarından öncə, hələ tədris ili tam yekunlaşmadan keçirilməsi məktəblərdə davamiyyətin azalmasına, qəbul imtahanlarında yüksək bal toplayanların məktəbin tələbinə biganə yanaşmasına gətirib çıxarmayacaqmı?
X.Xanlarzadə hesab edir ki, yeni qaydanın nə tədris prosesinin əhəmiyyətliliyinə, nə davamiyyətə, nə də buraxılış imtahanlarının mütəşəkkilliyinə heç bir təsiri olmayacaq: "Qəbul imtahanlarından nə qədər bal toplamasından asılı olmayaraq, şagird məktəbi bitirməlidir və attestat almalıdır. Əks halda, abituriyent müsabiqəyə buraxılmır. Buraxılış imtahanında iştirak etməyən buraxılış sinif şagirdlərinin yekun qiymətləndirilməsi (attestasiyası) aparılmırsa, onlara attestat verilmir”.
 

 

"Təhsil xidmətləri” Araşdırma Mərkəzinin rəhbəri, təhsil üzrə ekspert Kamran Əsədov isə hesab edir ki, məhz bu məqam sayəsində indiyədək magistratura pilləsində müşahidə edilən problem bundan sonra bakalavr pilləsində də ortaya çıxacaq: "Bildiyiniz kimi, magistraturaya qəbul imtahanlarının aprel ayında I, may ayında II mərhələsi keçirilir. 2014, 2015 və 2016-cı ilin imtahanlarında iştirak edən və uğur qazanan 1000-ə yaxın tələbə sonradan magistratura pilləsində təhsilini davam etdirə bilməyib. Çünki tələbələrin adətən 40 faizindən çoxu kəsirlə növbəti ilə qalırlar. Tələbələr imtahana buraxılanda bunlar nəzərə alınmalı idi. İndi isə oxşar qayda ali təhsil müəssisələrinə qəbul qaydalarına şamil olunub və bu dəyişikliyin həmin problemə yol açacağı gözləniləndir”.

Repetitorların proqramına uyğun imtahan?

Hələ orta məktəb proqramı yekunlaşmadığı halda imtahanların keçirilməsini düzgün hesab etməyən ekspertin müşahidəsinə görə, imtahanlarda bütün fənlərdən, xüsusən, Azərbaycan dili, tarix, coğrafiyadan hələ keçilməmiş mövzulara dair suallar olub. Onun sözlərinə görə, həmin mövzular orta təhsil müəssisələrinin təhsil proqramlarına uyğun olaraq hələ mayın 15-dən sonra keçiriləcək.

Elə isə 700 bal toplayanların olması nə ilə izah olunmalıdır? Axı, imtahanda builki məzunlardan 10 nəfər - I ixtisas qrupu üzrə 5 abituriyent, II ixtisas qrupu üzrə 2 abituriyent, III ixtisas qrupu üzrə 1 abituriyent və IV ixtisas qrupu üzrə isə 2 abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

Ekspertin fikrincə, bu ona dəlalət edir ki, Dövlət İmtahan Mərkəzi repetitorların proqramına uyğun imtahan keçirir: "İmtahanların nəinki vaxtı müəyyənləşdirilərkən, elə sualları seçilərkən də məktəb proqramı nəzərə alınmayıb. 2008-2009-cu ildən ölkədə yeni təhsil proqramları həyata keçirilir. Qəbul imtahanında abituriyentlərin hansı bacarıqları yoxlanıldı? Həmin imtahanlarda nəinki yeni təhsil proqramı ilə təhsilalanların bacarıqlarının yoxlanılmasına yönəlik suallar vardı, əksinə, istifadə edilən suallar tamamilə təkrar idi. Belə ki, builki qəbul imtahanlarına salınan suallar 2014, 2015 və 2016-cı illərdə keçirilən imtahanlara salınmış sualların demək olar ki, eyni idi. Variantları belə dəyişdirilmədən təkrar istifadə edildi. Bu, ikinci imtahanda da belə olacaqsa, abituriyentlərdə arxayınçılıq yaradacaq”.

Təhsildə yenilik də, görüləcək iş də çoxdur. Builki məzunları isə qarşıda hələ çox imtahan gözləyir.
 
regionxeberleri.com



Загрузка...
Həmçinin oxuyun:
DİM: Abituriyentlər qəbul imtahanında iki dəfə iştirak edə biləcəklər

DİM: Abituriyentlər qəbul imtahanında iki dəfə iştirak edə biləcəklər

Bu il bakalavriat səviyyəsinə qəbul imtahanı iki dəfə keçiriləcək

Bu il bakalavriat səviyyəsinə qəbul imtahanı iki dəfə keçiriləcək

DİM: Qəbul imtahanlarında ikinci dəfə iştiraka görə ödənişi abituriyent ödəyəcək

DİM: Qəbul imtahanlarında ikinci dəfə iştiraka görə ödənişi abituriyent ödəyəcək

DİM I-IV qruplar üzrə ilk qəbul imtahanları ilə bağlı statistik məlumatları açıqlayıb

DİM I-IV qruplar üzrə ilk qəbul imtahanları ilə bağlı statistik məlumatları açıqlayıb

“Bu qərar DİM-in qazancına xidmət edir” - ŞƏRHLƏR

“Bu qərar DİM-in qazancına xidmət edir” - ŞƏRHLƏR

Qəbul imtahanı niyə iki dəfə keçiriləcək? - Ekspert rəyi

Qəbul imtahanı niyə iki dəfə keçiriləcək? - Ekspert rəyi

Qəbul imtahanı niyə iki dəfə keçiriləcək? – Ekspert rəyi

Qəbul imtahanı niyə iki dəfə keçiriləcək? – Ekspert rəyi

İlk qəbul imtahanında iştirak edəcək abituriyentlərə buraxılış vərəqəsinin verilməsinə başlanılıb

İlk qəbul imtahanında iştirak edəcək abituriyentlərə buraxılış vərəqəsinin verilməsinə başlanılıb

Qəbul imtahanları hansı hallarda pulsuz olacaq - Prezdentin sərəncamının detalları

Qəbul imtahanları hansı hallarda pulsuz olacaq - Prezdentin sərəncamının detalları

Tələbə qəbulu üçün müsabiqədə iştirak ödənişli olacaq - Qaydalar təsdiqləndi

Tələbə qəbulu üçün müsabiqədə iştirak ödənişli olacaq - Qaydalar təsdiqləndi

Yeni dərs ili üçün tələbə qəbulu – QAYDALARI

Yeni dərs ili üçün tələbə qəbulu – QAYDALARI

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

DİM: Növbəti qəbul imtahanlarında iştirak etmək üçün 24 336 abituriyent qeydiyyatdan keçib

DİM: Növbəti qəbul imtahanlarında iştirak etmək üçün 24 336 abituriyent qeydiyyatdan keçib

Bu il abituriyentlər üçün qəbul müsabiqəsinin şərtləri necə olacaq?

Bu il abituriyentlər üçün qəbul müsabiqəsinin şərtləri necə olacaq?

Dövlət İmtahan Mərkəzi bütün abituriyentlərə XƏBƏRDARLIQ ETDİ

Dövlət İmtahan Mərkəzi bütün abituriyentlərə XƏBƏRDARLIQ ETDİ

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb

Ali məktəblərə qəbul imtahanlarının sayı artırıla bilər

Ali məktəblərə qəbul imtahanlarının sayı artırıla bilər

Kolleclərə tələbə qəbulu elan edilib

Kolleclərə tələbə qəbulu elan edilib

Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib

DİM: “Həm 1-ci, həm də 2-ci qəbul imtahanlarına asan, orta, çətin suallar salınıb” - MÜSAHİBƏ

DİM: “Həm 1-ci, həm də 2-ci qəbul imtahanlarına asan, orta, çətin suallar salınıb” - MÜSAHİBƏ

DİM: 6 mindən çox abituriyent Azərbaycan dili imtahanlarında iştirak edəcək

DİM: 6 mindən çox abituriyent Azərbaycan dili imtahanlarında iştirak edəcək

Abituriyentlərə xoş xəbər - Pulsuz elektron sınaq imtahanı

Abituriyentlərə xoş xəbər - Pulsuz elektron sınaq imtahanı

Üç abituriyent 700 bal topladı

Üç abituriyent 700 bal topladı

Qəbul imtahanlarının pulsuz olması nə vəd edir?

Qəbul imtahanlarının pulsuz olması nə vəd edir?