AzTehsil.com


Xəbərlər
11 fevral 2017
2 912


Qəbul imtahanı niyə iki dəfə keçiriləcək? – Ekspert rəyi



Qəbul imtahanı niyə iki dəfə keçiriləcək? – Ekspert rəyi

 

Dövlət İmtahan Mərkəzinin (DİM) təklifinə əsasən Nazirlər Kabineti tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə, ali təhsil pilləsinin bakalavr, magistratura və rezidentura səviyyələrinə tələbə qəbulu qaydalarını təsdiq edib. Qərara əsasən, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul qaydalarında edilən dəyişikliyə əsasən abituriyentlərə seçdikləri ixtisas qrupu üzrə eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak etməyə icazə verilir.
 
Cari tədris ilində bakalavriat səviyyəsinə qəbul imtahanının iki dəfə keçirilməsi nəzərdə tutulur. Bu ilin və əvvəlki illərin məzunları hər iki imtahanda iştirak edə bilərlər. Abituriyentlər müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özləri müəyyən edəcəklər.
 
Aztehsil.com məlumatına görə, təhsil eksperti Nadir İsrafilov AzVision.az-a bildirib ki, bakalavr səviyyəsində tələbə qəbulunun iki dəfə keçirilməsi təhsilin keyfiyyətindən çox kəmiyyətinə hesablanan addımdır.
 
Onun sözlərinə görə, Nazirlər Kabinetinin qərarı təhsilin təkmilləşdirilməsi, yeniləşməsi istiqamətində atılan növbəti addımdır: "Dünya standartlarına uyğunlaşmaq istiqamətində müəyyən təkmilləşmələr, yeniləşmə aparılmaldır. Dünya sistemi ilə müqayisədə belə qənaet ortaya çıxıb ki, bizim ölkədə adambaşına düşən ali təhsillilərin sayı dünyanın aparıcı dövlətləri ilə müqayisədə xeyli aşağıdır. Son zamanlar belə kurs irəli sürülüb ki, təhsil əlçatan olsun. İki mərhələdə bakalvra qəbul imtahanın keçirilməsi təhsilin əl çatan olması istiqamətində atılan addımdır”.
 
Təhsil ekspertinin fikrincə, eyni tədris ilində bir neçə imtahanın keçirilməsi publik hüquqi şəxs olan Dövlət İmtahan Mərkəzinin gəlirlərini formalaşdırması üçün əlverişli olacaq: "Məleykə Abbaszadə açıqlamalarında da bildirmişdi ki, onlara bir milyon vəsait ayırılıb və bu, imtahan keçirilməsi üçün bəs etmir”.



Загрузка...