Ali məktəblərə qəbul imtahanlarının sayı artırıla bilər
X.Xanlarzadə əlavə edib ki, əgər abituriyent imtahanlardan birində müsabiqə şərtini ödəyərsə, nəticələrə əsasən müsabiqədə iştirak edə bilər: "Məsələn, abituriyent I müsahibədə iştirak edərək 200 bal toplayaraq müsabiqə şərtini ödəməyə bilər. Amma II imtahanda o, müəyyən bal toplayaraq müsabiqə şərtini ödəyibsə, I imtahandan kəsilməyinə baxmayaraq II imtahanın nəticəsi ilə müsabiqədə iştirak etmək hüququna malikdir. Bəzən elə fikirləşirlər ki, abituriyentin topladığı yüksək balı əsas götürüləcək.
Amma bu belə deyil. Çünki müsabiqə şərtlərində müəyyən fənlər üzrə bal məhdudiyyəti də olur. Ola bilsin ki, abituriyent bir imtahanda 240, digərində isə 250 bal toplasın. Abituriyent 240 bal topladığı zaman fənlər üzrə nisbi bal məhdudiyyəti ödənilibsə, amma 250 bal topladığı zaman məhdudiyyət ödənilməyibsə, nəticədə 240 bal əsas götürüləcək. Və yaxud dövlət sifarişli ixtisaslarda 350 bal və hər bir fənn üzrə nisbi bal məhdudiyyəti ödənməlidir. Məsələn, abituriyent bir imtahandan 350 bal toplayır və bütün fənlərdən nisbi bal məhdudiyyətini ödəyir.
Şagird imtahanda hansı nəticə göstərməsindən asılı olmayaraq dərslərdə iştirak etməlidir. O, dərsə getməməsini imtahan verərək müəyyən top toplamaqla əsaslandıra bilməz. Azərbaycanda tədrisin təşkilinin öz qaydaları var, ölkədə dərslər iyunun 14-də bitir və şagird imtahanda göstərdiyi nəticədən asılı olmayaraq dərslərdə iştirak etməlidir. Qəbul imtahanlarında iştirak edərək istədikləri balı toplamaq abituriyentlərin dərsə getməməsi üçün hansısa üstünlük vermir”.


DİM: Abituriyentlər qəbul imtahanında iki dəfə iştirak edə biləcəklər

“Bu qərar DİM-in qazancına xidmət edir” - ŞƏRHLƏR

Tələbə qəbulu üçün müsabiqədə iştirak ödənişli olacaq - Qaydalar təsdiqləndi

Bu il bakalavriat səviyyəsinə qəbul imtahanı iki dəfə keçiriləcək

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

Qəbul imtahanı niyə iki dəfə keçiriləcək? - Ekspert rəyi

Qəbul imtahanı niyə iki dəfə keçiriləcək? – Ekspert rəyi

Magistraturaya yeni qəbul qaydaları açıqlanıb

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

“Təhsildəki yeni qaydalar keyfiyyətə yox, kəmiyyətə hesablanıb”

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində