AzTehsil.com


Xəbərlər / Cəmiyyət
15 fevral 2018
2 637


Universitetlərə qəbulda dəyişikliklər hansı imkanları yaradır?



 

Dövlət İmtahan Mərkəzi (DİM) Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na etdiyi dəyişiklikləri şərh edib.

DİM-in mətbuat xidmətindən bildirilib ki, dəyişikliklər Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən edilib.

"Qəbul qaydalarında edilmiş əsas dəyişiklik ondan ibarətdir ki, qəbul imtahanları hər tədris ilində iki dəfə – yaz və yay sessiyaları şəklində keçiriləcək və abituriyent hər sessiyada I-IV ixtisas qruplarından biri üzrə imtahanda iştirak edə biləcəklər.

Yeni təsdiq olunmuş qaydalarla abituriyentlərin seçim imkanları daha da genişləndirilib. Belə ki, abituriyentə icazə veriləcək ki, məsələn, yaz imtahan sessiyasında II ixtisas qrupu, yay imtahan sessiyasında isə III ixtisas qrupu üzrə imtahanda iştirak etsin. Həmçinin abituriyent əvvəllər olduğu kimi, eyni ixtisas qrupu üzrə də hər iki qəbul imtahanında iştirak edə bilər.

Abituriyent seçim etməkdə sərbəst olacaq. Qüvvədə olan qayda isə belə idi ki, abituriyent bir tədris ili ərzində I-IV ixtisas qruplarının yalnız biri üzrə qəbul imtahanında iştirak edə bilərdi”, - DİM-dən bildirilib.

Mərkəzdən əlavə olunub ki, I-IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər qaydası da qüvvədə qalır.

Qeyd edək ki, müxtəlif ixtisas qrupları üzrə qəbul imtahanında iştirak edən abituriyentlər hər iki ixtisas qrupu üzrə müsabiqə şərtini ödədikləri halda öz ixtisas seçimi ərizələrində hər iki ixtisas qrupuna daxil olan ixtisasları seçə biləcəklər. Hər hansı bir ixtisas qrupu üzrə müsabiqə şərtini ödəyən abituriyentlər isə yalnız həmin ixtisas qrupuna daxil olan ixtisasları seçə bilərlər.

Bundan əlavə, Qaydaların 1 nömrəli əlavəsində I ixtisas qrupu üzrə 5.1.1. "42 İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” hissəsi ləğv olunub və I ixtisas qrupu üzrə siyahıya İnformasiya texnologiyaları, Sistem mühəndisliyi, Sənaye mühəndisliyi, Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, Şəhərsalma və Şərabçılıq, II ixtisas qrupuna Davamlı inkişafın idarə edilməsi və İdman menecmenti və kommunikasiya, IV ixtisas qrupuna Bitki mühafizəsi, Bağçılıq və tərəvəzçilik və Bədən tərbiyəsi və idmanda reabilitasiya, V ixtisas qrupuna Məşqçi (idman növü üzrə) və Rəqs müəllimliyi ixtisasları əlavə edilib.



Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda universitetlərə qəbul qaydası dəyişdi - ilkdə iki dəfə olacaq

Azərbaycanda universitetlərə qəbul qaydası dəyişdi - ilkdə iki dəfə olacaq

Qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlərin ixtisas seçimi davam edir

Qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlərin ixtisas seçimi davam edir

DİM V ixtisas qrupu üzrə ixtisas seçimi etmək istəyən abituriyentlərə müraciət etdi

DİM V ixtisas qrupu üzrə ixtisas seçimi etmək istəyən abituriyentlərə müraciət etdi

Ali məktəblərə qəbul olmaq üçün 20 minə yaxın abituriyent ixtisas seçimi edib

Ali məktəblərə qəbul olmaq üçün 20 minə yaxın abituriyent ixtisas seçimi edib

Ali məktəblərə V qrup üzrə ixtisas seçimi başladı

Ali məktəblərə V qrup üzrə ixtisas seçimi başladı

V qrup üzrə ixtisas seçimi nə vaxt başlayır?

V qrup üzrə ixtisas seçimi nə vaxt başlayır?

Ali məktəblərə qəbul olmaq üçün 32 mindən çox abituriyent ixtisas seçimi edib

Ali məktəblərə qəbul olmaq üçün 32 mindən çox abituriyent ixtisas seçimi edib

DİM: Abituriyentlər qəbul imtahanında iki dəfə iştirak edə biləcəklər

DİM: Abituriyentlər qəbul imtahanında iki dəfə iştirak edə biləcəklər

Sabah ali məktəblərə ixtisas seçimi başa çatır

Sabah ali məktəblərə ixtisas seçimi başa çatır

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlanıb

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlanıb

Tələbə qəbulu üçün müsabiqədə iştirak ödənişli olacaq - Qaydalar təsdiqləndi

Tələbə qəbulu üçün müsabiqədə iştirak ödənişli olacaq - Qaydalar təsdiqləndi

DİM: İxtisas seçimi üçün ayrılan müddət uzadılmayacaq

DİM: İxtisas seçimi üçün ayrılan müddət uzadılmayacaq

İndiyədək 40 min 681 abituriyent ixtisas seçib

İndiyədək 40 min 681 abituriyent ixtisas seçib

Ali məktəblərin boş qalan yerlərinə qruplar üzrə müsabiqə şərtləri açıqlanıb

Ali məktəblərin boş qalan yerlərinə qruplar üzrə müsabiqə şərtləri açıqlanıb

13 abituriyentin imtahan nətcəsi ləğv olunub...imtahanın cavabları açıqlandı

13 abituriyentin imtahan nətcəsi ləğv olunub...imtahanın cavabları açıqlandı

İndiyədək 39 min abituriyent ixtisas seçib

İndiyədək 39 min abituriyent ixtisas seçib

I ixtisas qrupu üçün abituriyent jurnalı satışda!

I ixtisas qrupu üçün abituriyent jurnalı satışda!

669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY

669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY

İndiyədək birinci qrup üzrə 12 min 705 abituriyent ixtisas seçib

İndiyədək birinci qrup üzrə 12 min 705 abituriyent ixtisas seçib

Azərbaycan Dövlət Dəniz Akademiyası dənizçi olmaq istəyən abituriyentlərə müraciəti

Azərbaycan Dövlət Dəniz Akademiyası dənizçi olmaq istəyən abituriyentlərə müraciəti

Müsabiqə şərtini ödəyən abituriyentlərin sayı açıqlanıb

Müsabiqə şərtini ödəyən abituriyentlərin sayı açıqlanıb

Ali məktəblərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başa çatıb

Ali məktəblərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başa çatıb

Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı – Müsabiqə ŞƏRTLƏRİ

Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı – Müsabiqə ŞƏRTLƏRİ

Üç abituriyent 700 bal topladı

Üç abituriyent 700 bal topladı