Sürücülük imtahanlarını DİM keçirəcək? - RƏSMİ CAVAB
"Bu barədə bir ildən çoxdur ki, əsassız fikirlər dolaşır. Hələ ki, imtahanların yol polisindən alınıb Dövlət İmtahan Mərkəzinə verilməsi istiqamətində hər hansı işlər görülmür. Sözügedən məsələ hazırda gündəmdə deyil”.
Qeyd edək ki, bir müddət öncə hüquqşünas Ərşad Hüseynov sürücülük imtanlarının DYP-dən alınıb DİM-ə verilməsi məsələsinə dövlət proqramı çərçivəsində baxılmasının daha məqsədəuyğun olduğunu bildirib. Deputat Çingiz Qənizadə isə sürücülük imtahanlarının DİM-ə verilməsinin əhali arasında narazılıq yaradacağını deyib:
"Bildiyiniz kimi, Dövlət İmtahan Mərkəzi bir neçə aydan bir 200-300 nəfərin iştirakı ilə dövlət qurumlarının, nazirliklərin imtahanını keçirir. Məhz bu səbəbdən də Dövlət İmtahan Mərkəzi bu imtahanları keçirtmək üçün çox ciddi hazırlıqlar prosesi aparır. Xüsusi mühafizə, xeyli sayda əməkdaş, eyni zamanda böyük zalların kirayəyə götürülməsi, kompüterləşdirilmə və s. bu kimi məsələləri həll etməkdən ötrü müəyyən vəsait xərcləyir. Ancaq sürücülük vəsiqəsinin alınması üçün verilən imtahan elədir ki, həftədə bir-iki dəfə keçirilir. İnsanlar da 5-10 nəfər gedib imtahanlarını verirlər. Belə olan halda əgər bu imtahan Dövlət İmtahan Mərkəzinə verilsə, gərək onda vətəndaş sürücülük vəsiqəsi almaq üçün 6 ay imtahanın keçiriləcəyini gözləsin. Bu proses isə uzun bir vaxt tələb edir”.