AzTehsil.com


Xəbərlər
22 iyun 2017
3 402


"Heç bir dövlət qurumunun rəhbəri qanunla "gizlənpaç" oynaya bilməz"



 

Aztehsil.com Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin Trend-ə müsahibəsini təqdim edir

- Artıq dövlət orqanlarında yüksək dövlət qulluğu vəzifələri - Aparat rəhbərləri, şöbə müdirləri vəzifəsinə qəbul da DİM tərəfindən aparılacaq. Belə yüksək vəzifələr üzrə vakant yerlərin toplanılmasında hər hansı problemlər ortaya çıxa, vakant yerlər gizlədilə bilərmi?

- Qanunvericiliyə əsasən ali kateqoriya dövlət orqanları – Prezident Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə istisna olmaqla, digər dövlət orqanlarında olan yüksək dövlət qulluğu vəzifələrinə qəbul Mərkəz tərəfindən aparılacaq. Məncə, heç kim qanunla "gizlənpaç" oynamayacaq. Heç bir dövlət qurumunun rəhbəri qanunla "gizlənpaç" oynaya bilməz. Qanunda nə yazılıbsa, o da icra olunmalıdır. Qanunvericiliyə uyğun olaraq vakant yerləri həmin orqanlar özləri müsabiqəyə təqdim etməlidirlər və bizim tərəfimizdən də onlar elan olunacaq. Bundan sonra test imtahanı keçiriləcək və daha sonra müsahibə olacaq. Təbii ki, dövlət orqanlarının hamısı da maraqlıdır ki, qanuna uyğun işləsinlər. Vəzifələrin gizlədilməsi məsələsi ilə bağlı bildirim ki, bu, çətin məsələdir. Çünki biz artıq Dövlət Reyestri vasitəsilə dövlət orqanlarında olan vakant vəzifələri müəyyən edə bilirik, lakin həmin vəzifələrin tutulması ilə bağlı dövlət orqanının rəhbəri qərar verməlidir.

- Elan edilmiş yüksək vəzifələrə DİM-in xətti olmadan işə qəbul aparıla bilər?

- Mərkəzi icra hakimiyyəti orqanlarında yüksək vəzifələrə qəbulun müsabiqə ilə keçirilməsi, həmin vəzifələr üzrə təyinatın müsabiqə əsasında aparılması nəzərdə tutulub. Lakin dövlət orqanlarının rəhbərləri işin dayanmaması üçün kimisə müəyyən vaxt ərzində (əsasən 3 ay müddətinə) müqavilə ilə işə cəlb edə bilər. Amma bu şərtlə ki, həmin vəzifələrin tutulması üçün müsabiqə və ya ümümi (daxili) müsahibə elan edilməsi barədə qərar qəbul etsin və vəzifələr üzrə elan verilməsi üçün Mərkəzə təqdim etsin. Həmin insanlar yenə də imtahandan keçməlidirlər ki, dövlət qulluğuna işə qəbul olunsunlar. Ola bilər ki, hansısa rəhbər üçün işçisini belə müqavilə ilə işlətmək rahatdır. Amma işçi uzun müddətli müqavilə ilə işlədikdə, dövlət qulluğunda olmayanda çox şeyi itirir. Bu halda o, dövlət qulluqçusu statusuna malik olmur, dövlət qulluqçularına verilən bütün imtiyazlardan istifadə edə – ipoteka, sosial evlər ala bilməyəcək, təqaüdə dövlət qulluqçusu kimi çıxa bilməyəcək. Onların bu stajiı dövlət qulluğu stajı sayılmayacaq. Ona görə də hər bir şəxs özü maraqlı olmalıdır ki, dövlət qulluğuna qəbul üçün müsabiqədə iştirak etsin. Dövlət qulluğuna gələn hər bir şəxs bunu aydın başa düşməlidir.

- Belə yüksək vəzifələrə DİM-in xətti olmadan işə qəbul olunanların müqavilələri nə qədər uzadıla bilər? Şəxs illərlə müqavilə əsasında yüksək vəzifədə işləyə bilərmi?

- Qanunvericilikdə bununla bağlı qadağa yoxdur. Bir şərtlə ki, həmin vəzifələr müvafiq elan verilməsi üçün Dövlət İmtahan Mərkəzinə təqdim edilsin. Bir məsələni də qeyd edim ki, müddətli müqavilə əsasında vəzifəyə təyinatdan sui-istifadə hallarına yol verilməməlidir. Müddətli müqavilə ilə təyinat yalnız xüsusi hallarda - həmin vəzifənin müsabiqəyə çıxarılmasına baxmayaraq, tutulması mümkün olmadığı və vəzifə üzrə qulluq funksiyalarının icrasına zərurət olduğu halda ola bilər.

Dövlət İmtahan Mərkəzi tərəfindən mütəmadi olaraq dövlət qullluğuna dair qanunvericiliyin icra vəziyyəti öyrəniləcək. Müddətli müqavilə əsasında vəzifəyə təyinatdan sui-istifadə halları müəyyən edildiyi halda bu, Mərkəz tərəfindən hazırlanacaq rüblük hesabata daxil ediləcək və Prezidentə təqdim olunacaq.

- DİM həm də dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün imtahanlar keçirəcək. Bu imtahanlar dövlət qulluğuna qəbul imtahanlarından nə ilə fərqlənəcək? İmtahandan keçməyənlərin aqibəti necə olacaq, onlar işlərini davam etdirə biləcəklərmi?

- Bu, qanunvericilikdə nəzərdə tutulan kimi olacaq. Şəxsin vəzifədə olma müddəti bitdikdən sonra dövlət orqanına məlumat veriləcək ki, bu vəzifədə olan şəxs artıq həmin vəzifəyə uyğun deyil və fəaliyyətini davam etdirməsi üçün imtahan verməlidir. Hazırda isə bu imtahanların necə olması ilə bağlı çox ciddi araşdırma aparılır. Bizim Avropa İttifaqı ilə birgə həyata keçirdiyimiz layihə çərçivəsində həmin imtahanların məzmununu, ixtisaslar üzrə işləyən insanlara hansı bilik və bacarıqların lazım olması tamamilə elmi nöqteyi-nəzərdən araşdırılıb formalaşdırılacaq. Biz bu məsələləri normativ-hüquqi sənədlər tam hazırlandıqdan sonra ictimaiyyət üçün açıqlamağa hazır olacağıq. Hələ ki, dövlət qulluğu ilə əlaqədar fəaliyyətimizi tam şəkildə həyata keçirmək üçün bütün normativ-hüquqi sənədlər təsdiqlənməyib. Ona görə bu imtahanları hələ keçirə bilməyəcəyik.

- Dövlət qulluğuna qəbul imtahanından keçən şəxslərin müsahibədə iştirakı ödənişli olacaqmı?

- Müsahibənin keçirilməsi ilə bağlı "Dövlət qulluğu haqqında" qanuna edilən müvafiq dəyişikliklər layihəsi Milli Məclis tərəfindən bu yaxınlarda qəbul edilib. Dəyişikliyə əsasən müsahibə qrupunun tərkibi 3 nəfərdən ibarət olacaq, onlardan biri müvafiq dövlət orqanının nümayəndəsi, biri Dövlət İmtahan Mərkəzinin nümayəndəsi, biri isə müstəqil ekspert olacaq. Müsahibə barədə elan Dövlət İmtahan Mərkəzinin və müvafiq dövlət orqanının internet portalında veriləcək. Müsahibələr ödənişsiz olacaq.



Загрузка...
Həmçinin oxuyun:
Dövlət qulluğuna qəbulla bağlı müsahibələr ödənişsiz olacaq

Dövlət qulluğuna qəbulla bağlı müsahibələr ödənişsiz olacaq

DİM: Dövlət orqanlarının publik hüquqi şəxsə çevrilməsi ilə işçilər dövlət qulluqçusu statusunu itirirlər (FOTO)

DİM: Dövlət orqanlarının publik hüquqi şəxsə çevrilməsi ilə işçilər dövlət qulluqçusu statusunu itirirlər (FOTO)

"Bu, dövlət qulluğuna qəbulun asanlaşdırılması baxımından mütərəqqi  addımdır"

"Bu, dövlət qulluğuna qəbulun asanlaşdırılması baxımından mütərəqqi addımdır"

Xaricdə təhsil alanlara şad xəbər: qanun dəyişdi - işə müsabiqəısiz qəbul ediləcəklər

Xaricdə təhsil alanlara şad xəbər: qanun dəyişdi - işə müsabiqəısiz qəbul ediləcəklər

"Dövlət qulluğu üçün müsahibə mərhələsində iştirakın ödənişli keçirilməsi barədə hələlik qərar qəbul olunmayıb"

"Dövlət qulluğu üçün müsahibə mərhələsində iştirakın ödənişli keçirilməsi barədə hələlik qərar qəbul olunmayıb"

“Rəhbərliyin məndən xoşu gəlib, yüksək vəzifəyə təyin edir” fikri doğru deyil"

“Rəhbərliyin məndən xoşu gəlib, yüksək vəzifəyə təyin edir” fikri doğru deyil"

DİM sədri: "Dövlət qulluqçularının əmək kitabçaları ilə reyestrdəki məlumatlar arasında uyğunsuzluq var"

DİM sədri: "Dövlət qulluqçularının əmək kitabçaları ilə reyestrdəki məlumatlar arasında uyğunsuzluq var"

DİQQƏT! Keçid balları azaldıldı

DİQQƏT! Keçid balları azaldıldı

"Dövlət qulluğunda informasiya texnologiyaları üzrə kadrlara daha çox ehtiyac var"

"Dövlət qulluğunda informasiya texnologiyaları üzrə kadrlara daha çox ehtiyac var"

Dövlət qulluğuna qəbul imtahanlarının qiyməti açıqlandı

Dövlət qulluğuna qəbul imtahanlarının qiyməti açıqlandı

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Məleykə Abbaszadə: "Dövlət qulluğuna qəbul prosesi sadələşməlidir"

Məleykə Abbaszadə: "Dövlət qulluğuna qəbul prosesi sadələşməlidir"

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

DİM Gəncədə tədbir keçirib

DİM Gəncədə tədbir keçirib

Müəllimlərlə bağlı yeni qaydalar

Müəllimlərlə bağlı yeni qaydalar

"Dövlət İmtahan Mərkəzi dövlət orqanı deyil"

"Dövlət İmtahan Mərkəzi dövlət orqanı deyil"

Xaricdə təhsil alanlar imtahansız, daxildə oxuyanlar imtahanla - Dövlət qulluğuna qəbulda ədalətsizlik...

Xaricdə təhsil alanlar imtahansız, daxildə oxuyanlar imtahanla - Dövlət qulluğuna qəbulda ədalətsizlik...

"Son 15 il ərzində Azərbaycanda yeni, müasir dövlət qulluğu sistemi yaradılıb"

"Son 15 il ərzində Azərbaycanda yeni, müasir dövlət qulluğu sistemi yaradılıb"

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

Almaz Həsrət-“Bütün dərsliklərin monitorinqinin aparılmasına ehtiyac var”

Almaz Həsrət-“Bütün dərsliklərin monitorinqinin aparılmasına ehtiyac var”

BDU-da Abel Məhərrəmovla Məleykə Abbaszadə müzakirə apardılar + FOTOLAR

BDU-da Abel Məhərrəmovla Məleykə Abbaszadə müzakirə apardılar + FOTOLAR

DİM: “Həm 1-ci, həm də 2-ci qəbul imtahanlarına asan, orta, çətin suallar salınıb” - MÜSAHİBƏ

DİM: “Həm 1-ci, həm də 2-ci qəbul imtahanlarına asan, orta, çətin suallar salınıb” - MÜSAHİBƏ

"Hazırda 5-7-ci təsnifatlar üzrə dövlət qulluğuna qəbulla bağlı 1000-dən çox vakansiya var"

"Hazırda 5-7-ci təsnifatlar üzrə dövlət qulluğuna qəbulla bağlı 1000-dən çox vakansiya var"