Məleykə Abbaszadə: "Dövlət qulluğuna qəbul prosesi sadələşməlidir"
O deyib ki, hazırda dövlət qulluğuna qəbulda şəffaflığın təmin edilməsi, dövlət qulluğunun nüfuzunun artması bu sahəyə marağın da artmasına səbəb olub: "Dövlət qulluğuna qəbul sahəsində başlanan islahatlar dövlət qulluğunun təkmilləşdirilməsi və peşəkarlığının artırılmasına xidmət edəcək. Dövlət qulluğuna qəbul sahəsində mövcud vəziyyət ondan ibarətdir ki, insanların dövlət qulluğuna qəbulu üçün bütün şəffaf imkanlar, mühüm hüquqi mühit yaradılıb.
Bütün mərhələlərdə vətəndaş-məmur əlaqələri minimuma endirilib. Amma bu proses davam etməlidir. Eyni zamanda, bütün insanlar üçün dövlət qulluğuna qəbul əlçatan olmalıdır”.
M. Abbaszadə xatırladıb ki, Dövlət İmtahan Mərkəzi 2 təşkilatı özündə birləşdirib. Onun sözlərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası biliyin qiymətləndirilməsi, kütləvi imtahanların keçirilməsi üzrə 25 illik, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya isə dövlət qulluğu sahəsində 12 illik təcrübəyə malikdir:
"İki qurumun birləşdirilməsi birgə işlərin görülməsi ilə yanaşı, insan potensialının bir araya gəlməsi deməkdir. Bu amil əhaliyə xidmətlərin göstərilməsi sahəsində daha geniş səlahiyyətlərin verilməsi və işlərin həyata keçirilməsinə imkan verəcək. Bu sahədə Avropa İttifaqı və digər dövlətlərin təcrübəsindən istifadə edilərək dövlət qulluğuna qəbul sistemi daha da təkmilləşdirilməli və bu sahədə islahatlar həyata keçirməliyik”.


Məleykə Abbaszadə vakant iş yerlərinin boş qalmasının səbəblərini açıqlayıb

Prezident qəbul imtahanlarının qiyməti ilə bağlı sərəncam verdi

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

Qəbul imtahanlarının keçirilməsinin qiymətini Tarif Şurası tənzimləyəcək Böyüt

Dövlət İmtahan Mərkəzində yeni təyinatlar olub

Qəbul imtahanı niyə iki dəfə keçiriləcək? - Ekspert rəyi

Qəbul imtahanı niyə iki dəfə keçiriləcək? – Ekspert rəyi

Məleykə Abbaszadə - 9-cu sinifdən kolleclərə getmək istəyən şagirdlər buraxılış imtahanlarını mütləq verməlidirlər ....

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

Rus bölməsinin abituriyentləri üçün əlverişli imkan

“Bu qərar DİM-in qazancına xidmət edir” - ŞƏRHLƏR

ADPU-nun rektoru, professor Cəfər Cəfərov imtahanların çevik, şəffaf və obyektiv keçirilməsinə ciddi nəzarət edir.