AzTehsil.com

Xəbərlər
19 iyun 2017
3 177

BDU-da Abel Məhərrəmovla Məleykə Abbaszadə müzakirə apardılar + FOTOLAR

Bu gün Bakı Dövlət Universitetində bu ali təhsil ocağının professor-müəllim heyətinin, bakalavr və magistratura səviyyələrində təhsil alan tələbələrinin iştirakı ilə "Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
 
Aztehsil.com modern.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən tədbiri açan rektor, akademik Abel Məhərrəmov bildirib ki, tədbir Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin 11 aprel 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı”na əsasən dövlət qulluğu susteminin mahiyyəti və əhəmiyyəti haqqında ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi  məqsədilə keçirilir.  
 
BDU-da Abel Məhərrəmovla Məleykə Abbaszadə müzakirə apardılar + FOTOLAR

Rektor dövlət qulluğu və digər kadr məsələləri sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsindən, dövlət qulluğuna qəbulun mərkəzləşdirilmiş qaydada aparılmasından bəhs edib. Qeyd edib ki, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin dövlət qulluğuna qəbulla əlaqədar keçirdiyi qəbullarda  Bakı Dövlət Universitetinin məzunları çoxluq təşkil edir.
 
BDU-da Abel Məhərrəmovla Məleykə Abbaszadə müzakirə apardılar + FOTOLAR

Sonra Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə çıxış edərək dövlət qulluğu sahəsində dövlət siyasətinin artıq Mərkəz tərəfindən həyata keçirildiyini bildirib.
Qeyd edib ki, Mərkəzin üzərinə düşən əsas fəaliyyətlərdən biri də dövlət idarəçiliyi sistemini inkişaf etdirmək, dövlət qulluğuna qəbulu mərkəzləşdirilmiş qaydada, müsabiqə və şəffaflıq əsasında aparmaqdan ibarətdir.
 
BDU-da Abel Məhərrəmovla Məleykə Abbaszadə müzakirə apardılar + FOTOLAR

Sonra DİM-in Hüquqi təminat və və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov "Dövlət qulluğuna qəbulun Azərbaycan modeli” mövzusunda təqdimatla çıxış edib. DİM-in İctimaiyyətlə əlaqələr və kargüzarlıq şöbəsinin  məsləhətçisi Pərviz Kazımov "Xəyal qurma, həyatın planlaşdırılması və duyğusal inkişaf” təlim xarakterli təqdimatında peşə seçimində fərdin arzuları, dəyərlər və  motivasiyanın rolunun  önəmini vurğulayıb.
 
Tədbirin sonunda iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Загрузка...
Həmçinin oxuyun:
DİM Gəncədə tədbir keçirib

DİM Gəncədə tədbir keçirib

"Son 15 il ərzində Azərbaycanda yeni, müasir dövlət qulluğu sistemi yaradılıb"

"Dövlət qulluğunda informasiya texnologiyaları üzrə kadrlara daha çox ehtiyac var"

"Bu, dövlət qulluğuna qəbulun asanlaşdırılması baxımından mütərəqqi  addımdır"

Məleykə Abbaszadə: "Dövlət qulluğuna qəbul prosesi sadələşməlidir"

DİQQƏT! Keçid balları azaldıldı

DİQQƏT! Keçid balları azaldıldı

"Dövlət qulluğu üçün müsahibə mərhələsində iştirakın ödənişli keçirilməsi barədə hələlik qərar qəbul olunmayıb"

Məleykə Abbaszadə Litvalı qonaqla görüşüb

"Hazırda 5-7-ci təsnifatlar üzrə dövlət qulluğuna qəbulla bağlı 1000-dən çox vakansiya var"

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

“Rəhbərliyin məndən xoşu gəlib, yüksək vəzifəyə təyin edir” fikri doğru deyil"

Dövlət qulluğuna qəbul imtahanlarının qiyməti açıqlandı

Xaricdə təhsil alanlara şad xəbər: qanun dəyişdi - işə müsabiqəısiz qəbul ediləcəklər

Qəbul imtahanlarının keçirilməsinin qiymətini Tarif Şurası tənzimləyəcək  Böyüt

Məleykə Abbaszadə vakant iş yerlərinin boş qalmasının səbəblərini açıqlayıb

Dövlət İmtahan Mərkəzində yeni təyinatlar olub

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Məleykə Abbaszadə iyunun 8-də Daşkəsən rayonunda vətəndaşları qəbul edib

Məleykə Abbaszadə: "Təəssüf ki, ictimai Şuraya üzv olmaq üçün valideynlər bizə müraciət etmədi"

"Hər halda hesab edək ki, bu Dövlət İmtahan Mərkəzi - sadəcə olaraq TQDK yox, publik hüquqi şəxs statusuna malik DİM-dir".

DİM: Dövlət orqanlarının publik hüquqi şəxsə çevrilməsi ilə işçilər dövlət qulluqçusu statusunu itirirlər (FOTO)

Prezident qəbul imtahanlarının qiyməti ilə bağlı sərəncam verdi

DİM: "İmtahanların ödənişli olması ərizə verənlərin sayının azalmasına səbəb olub"

"Dövlət İmtahan Mərkəzi dövlət orqanı deyil"