AzTehsil.com


Xəbərlər
30 may 2017
2 945


Məleykə Abbaszadə Litvalı qonaqla görüşüb



Məleykə Abbaszadə Litvalı qonaqla görüşüb

 

2017-ci il 25 may tarixində DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Litva Dövlət Katibinin müavini, "Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı Tvinninq layihəsinin Litva Respublikası tərəfindən layihə rəhbəri Alminas Maciulis ilə görüşmüşdür.

Görüşdə DİM Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov, DİM Strateji İnkişaf şöbəsinin müdiri-Azərbaycan Respublikası tərəfindən layihə rəhbəri Fuad Mayılov, Litva Dövlət Qulluğu Departamentinin direktor müavini-Rezident Tvinninq müşaviri Edvardas Zukauskas da iştirak etmişdir.

Görüş zamanı layihənin ümumi gedişatı, layihə çərçivəsində həll edilmiş məsələlər, həyata keçirilmiş tədbirlər, əldə edilmiş nəticələr barədə ümumi fikir mübadiləsi aparılmışdır.

Layihə rəhbərləri hesabat dövründə layihənin maneəsiz və uğurla icra olunduğunu vurğulayaraq həyata keçirilən fəaliyyətlərin layihənin ümumi məqsədlərinə öz töhfəsini verdiyini və gələcək inkişaf üçün zəmin yaratdığını qeyd etmişlər.

Tvinninq layihəsinin icra vəziyyətinə dair fikirlərini bildirən tərəflər Layihə üzrə keçirilən tədbirləri, bu istiqamətdə görülən işləri qənaətbəxş qiymətləndirmişdir.

Sonda ikitərəfli əməkdaşlığın növbəti mərhələləri müzakirə edilmiş, Tvinninq kontraktının müddəalarına uyğun olaraq növbəti tədbirlərə dair fikir mübadiləsi aparılmış və Layihənin səmərəli tətbiqinə dair təklif və tövsiyələr verilmişdir.

Qeyd edək ki, "Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı Tvinninq layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və iki il müddətində həyata keçiriləcəkdir. Layihənin əsas məqsədi Azərbaycanda Avropanın qabaqcıl təcrübəsinə uyğun peşəkar və dayanıqlı dövlət qulluğu sisteminin daha da inkişaf etdirilməsinə töhfə vermək, dövlət qulluğu vəzifələrinin yeni təsnifat sisteminin yaradılması və bu sistemin dövlət qulluğuna qəbul, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi və əməyin ödənilməsi sistemi ilə əlaqələndirilməsidir. Layihə dövlət idarəetmə mexanizminin təkmilləşdirilməsi, təcrübə mübadiləsi, eləcə də milli qanunvericiliyin Avropa İttifaqı standartlarına uyğunlaşdırılmasını nəzərdə tutur. 
 
aztehsil.com



Загрузка...
Həmçinin oxuyun:
Məleykə Abbaszadə: "Dövlət qulluğuna qəbul prosesi sadələşməlidir"

Məleykə Abbaszadə: "Dövlət qulluğuna qəbul prosesi sadələşməlidir"

Məleykə Abbaszadə vakant iş yerlərinin boş qalmasının səbəblərini açıqlayıb

Məleykə Abbaszadə vakant iş yerlərinin boş qalmasının səbəblərini açıqlayıb

UNEC pilot universitet seçilib

UNEC pilot universitet seçilib

“UNEC-in koordinatorluğu ilə həyata keçirilən UNIVIA layihəsi uğurla icra edilib”

“UNEC-in koordinatorluğu ilə həyata keçirilən UNIVIA layihəsi uğurla icra edilib”

HƏDƏF kursları  "Abituriyentlərin imtahana psixoloji hazırlığı”  adlı layihə həyata keçirtdi

HƏDƏF kursları "Abituriyentlərin imtahana psixoloji hazırlığı” adlı layihə həyata keçirtdi

ADPU-da “Twinning” layihəsinin özünütəhlil hesabatının növbəti təqdimatı keçirilib

ADPU-da “Twinning” layihəsinin özünütəhlil hesabatının növbəti təqdimatı keçirilib

“Peşəm mənim karyeramdır- gənc qızlara dəstək” adlı layihə çərçivəsində sərgi keçirilib

“Peşəm mənim karyeramdır- gənc qızlara dəstək” adlı layihə çərçivəsində sərgi keçirilib

Dövlət qulluğuna qəbul imtahanlarının qiyməti açıqlandı

Dövlət qulluğuna qəbul imtahanlarının qiyməti açıqlandı

Sual:“Elektron məktəb” layihəsinin məqsədi nədir? Bu layihənin rayonlarda tətbiqi gözlənilirmi?

Sual:“Elektron məktəb” layihəsinin məqsədi nədir? Bu layihənin rayonlarda tətbiqi gözlənilirmi?

AzMİU-da “Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf  konsepsiyası” layihəsi təqdim olunub

AzMİU-da “Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf konsepsiyası” layihəsi təqdim olunub

Əcnəbi tələbələr arasında ilk TEDx formatlı yarışma keçirilir

Əcnəbi tələbələr arasında ilk TEDx formatlı yarışma keçirilir

“Twinning” layihəsi çərçivəsində ADPU-nun akkreditasiyası keçirilir

“Twinning” layihəsi çərçivəsində ADPU-nun akkreditasiyası keçirilir

BANM-də Gənclər Fondunun növbəti layihəsi ilə bağlı tədbir keçirilib

BANM-də Gənclər Fondunun növbəti layihəsi ilə bağlı tədbir keçirilib

ADPU-da “Məktəblinin dostu” layihəsinin iştirakçılarına sertifikatlar verilib

ADPU-da “Məktəblinin dostu” layihəsinin iştirakçılarına sertifikatlar verilib

Lənkəran və Masallıda tədbir keçirilib

Lənkəran və Masallıda tədbir keçirilib

Məleykə Abbaszadə: "Təəssüf ki, ictimai Şuraya üzv olmaq üçün valideynlər bizə müraciət etmədi"

Məleykə Abbaszadə: "Təəssüf ki, ictimai Şuraya üzv olmaq üçün valideynlər bizə müraciət etmədi"

Təhsil Nazirliyində “eTwinning Plus” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib

Təhsil Nazirliyində “eTwinning Plus” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib

DİM: Dövlət orqanlarının publik hüquqi şəxsə çevrilməsi ilə işçilər dövlət qulluqçusu statusunu itirirlər (FOTO)

DİM: Dövlət orqanlarının publik hüquqi şəxsə çevrilməsi ilə işçilər dövlət qulluqçusu statusunu itirirlər (FOTO)

“Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihəyə start verilib

“Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihəyə start verilib

Azərbaycan Universitetindən KSM layihəsi

Azərbaycan Universitetindən KSM layihəsi

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Yaz həyəti” layihəsinə yekun vuruldu

“Yaz həyəti” layihəsinə yekun vuruldu

"Boloniya sistemi beynəlxalq əməkdaşlığın ikitərəfli qaydada yerinə yetirilməsinə problemlər yaratdı"

"Boloniya sistemi beynəlxalq əməkdaşlığın ikitərəfli qaydada yerinə yetirilməsinə problemlər yaratdı"

ADPU-da "İnnovativ idarəetmə" layihəsinin növbəti qonağı BP-nin vitse-prezdenti olub

ADPU-da "İnnovativ idarəetmə" layihəsinin növbəti qonağı BP-nin vitse-prezdenti olub