AzTehsil.com

Xəbərlər / Ziyalılar
23 dekabr 2019
1 466

Nadir İsrafilov: “Tam əminliklə deyə bilərəm ki, İctimai Şuranın fəaliyyəti öz müsbət nəticələrini göstərəcək…”

Təhsil Nazirliyi yanında İctimai Şuranın Sədr müavini Nadir İsrafilov Şura tərəfindən cari ildə görülən və növbəti ildə görüləcəyi nəzərdə tutulacaq işlərə münasibət bildirib.

Ölkə Başçısının "İctimai iştirakçılıq haqqında” sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 172 nömrəli qərarı ilə təsdiq edilmiş "Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası”na müvafiq olaraq Əsasnaməmiz təsdiq olunub. Reqlamentə əsasən mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə, həmin hüquqi aktların layihələrinə dair ictimaiyyətlə məsləhətləşmələrin keçirilməsi və vətəndaşların məlumatlandırılması məqsədi ilə aidiyyəti orqanların səlahiyyətli nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin, daha konkret desək maraqlı tərəflərin iştirakı ilə müxtəlif səviyyəli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Şura üzvləri və digər mütəxəssislərin iştirakı ilə təhsilin ayrı-ayrı pilləlıəri və müxtəlif istiqamətlər üzrə komissiyalar yaradılıb, onların sədrləri və üzvləri müəyyənləşdirilib: "Umumi təhsil və məktəbdənkənar müəssisələr üzrə komissiya”, "Ali, orta ixtisas və peşə təhsili məsələləri üzrə komissiya”, "Təhsil subyektlərinin hüquqlarının müdafiəsi məsələləri üzrə komissiya”, "Media və ictimaiyyətlə əlaqələr komissiyası” və s. Yəni, İctimai Şuranın yaradılması Təhsil Nazirliyinin və onun strukturlarının fəaliyyətində aşkarlığın və şəffaflığın daha da artırılması, təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsini təmin etmək məqsədi daşıyır. Başqa sözlə, İctimai Şura təhsil sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil etmək, təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı Təhsil Nazirliyinə təkliflər vermək və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurumdur. Pedoqoji ictimaiyyəti təhsilə dair qanunvericilik sənədləri və digər normativ –hüququ aktlarla məlumatlandırmaq, onların rəy və təkliflərini dinləmək məqsədlə regional tədbirlər təşkil edilməsi fəaliyyətimizin əsas məqsəd və vəzifələrin biridir.

Fəaliyyət planımıza müvafiq olaraq ilk bölgə səfərimiz Lənkəran şəhərinə olub. Şəhər Təhsil şöbəsində təhsil ictimaiyyəti ilə, Lənkəran Dövlət universitetində isə professor-müəllim heyyəti, və tələbə kontingenti ilə işgüzar görüşlərimiz olub. Dekabrın son ongünlüyündə Təhsil İnstitutunda Nazirliyin və İnstitutun əməkdaşları ilə PİSA (Programme for International Student Assessment) – Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramının 2018-ci il üzrə nəticələrinin müzakirəsinə həsr olunan tədbir keçirmişik. İşimiz təkcə bununla bitmir. Təhsil Nazirliyinin Bıləsuvar və Masallı rayonlarına təşkil etdiyi mediaturda və Ağdamın Quzanlı qəsəbəsində keçirilən Bayraq yürüşündə də öz dəstəyimizi əsırgəməmişik. Bir neçə gündən sonra, daha dəqiq desək dekabrın 25-də ADPU-nun nəzdində olan Azərbaycan Dövlət Pedaqoji Kollecinin 100 illik tədbirində öz arzularımızı demək imkanımız var. Onun səhərisi gün isə Şuranın ümumi toplantısında cari ilin yekunlarını və yeni ilin ilk ayında görəcəyimiz işlərə bir daha nəzər salmağı planlaşdırmışıq.

Bir də ki, qarşıdan ali məktəblərin qış sessiyası gəlir. Şura üzvlərinin əksəriyyəti ayrı-ayrı universitetlərdə yaradılan İctimai-nəzarət şuralarının üzvləridirlər. Bu baxımdan onların sessiya imtahalarında iştirakı və müşahidələr aparılması da təmin olunacaq.

Məlum olduğu kimi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” adlı sənəddə inkişaf məqsədilə beş istiqamət müəyyənləşdirilib. Bunlara şəxsiyyətyönlü təhsil məzmununun yaradılması, insan resurslarının müasirləşdirilməsi, təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin, müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması və sonuncu, iqtisadi cəhətdən dayanıqlı və özünü-maliyyələşdirən təhsil müəssisəsi modelinin qurulması aiddir.

Sənəddə habelə qeyd edilir ki, ölkədə təhsilin inkişafı sahəsində son illərdə mühüm nailiyyətlər əldə edilsə də, inkişaf etdirilməsinə ehtiyac duyulan sahələr də var.Regionlarda təhsilin inkişafına yönəlmiş infrastruktur sosial layihələr ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində regionlarda təhsilin inkişafı sahəsində bir sıra tədbirlər həyata keçirib, əvvəlki illərlə müqayisədə nəzərəçarpan irəliləyişlər müşahidə edilməkdədir.

Yeni ilin ilk ayından etibarən Paytaxtda nəzərdə tutduğumuz mühüm bir tədbirlə yanaşı regionlara səfər etməyi də nəzərdə tutmuşuq. Çalışacağıq ki, iki illik səlahiyyətimiz dövründə imkan daxilində ayrı-ayrı bölgələri əhatə edək, onların rəy və təkliflərini öyrənib ümumiləşdirək.

Tam əminliklə deyə bilərəm ki, İctimai Şuranın fəaliyyəti öz müsbət nəticələrini göstərəcək…

Загрузка...
Həmçinin oxuyun:
Nadir İsrafilov: “Təhsil Nazirliyi yanında İctima Şura cəmiyyətə açıqdır və maraqlı tərəflərlə dialoqa hazırdır”

“İctimai Şura”dan gözləntilər çoxdur -zaman isə məhduddur...”

Təhsil naziri İctimai Şuranın yaradılması haqqında əmr imzalayıb

Təhsil nazirindən mühüm - ƏMR

Təhsil nazirindən mühüm - ƏMR

İctimai Şuranın 2019-2020-ci illər üzrə Fəaliyyət Planı təsdiqlənib

Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması son dərəcə vacib məsələdir.

Təhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb

İctimai Şuranın növbəti iclası keçirilib

Təhsil Nazirliyi yanında İctimai Şuraya seçilən üzvlərin ADLARI- Eksklüziv

Lənkəranda  İctimai Şura üzvləri ilə görüş

İctimai Şuraya seçkilərin tarixi

İctimai Şuraya seçkilərin tarixi

İctimai Şura üzvləri Lənkəran Dövlət Universitetində olub

Təhsil eksperti iqtisadçı ekspertin Təhsil Nazirliyinə ünvanlanan təkliflərinə münasibət bildirdi

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Təhsil müəssisələrində Pedaqoji Şura

Təhsil müəssisələrində Pedaqoji Şura

Pedaqoji Şura haqqında Əsasnamə

Pedaqoji Şura haqqında Əsasnamə

Təhsil Nazirliyi yanında İctimai Şuraya sədr seçiləcək  ,müavin və məsul katib bilinəcək

İlahiyyat İnstitutunun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb

İlahiyyat İnstitutunun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb

Pedaqoji Şura  haqqında  Əsasnamə

Pedaqoji Şura haqqında Əsasnamə

Təhsil Nazirliyi İctimai Şuraya keçirilən seçkilərlə bağlı narazılıqlara münasibət bildirdi

Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi davam edir

Azərbaycan Dillər Universiteti yenidən təşkil edilir

Azərbaycanda yeni ali məktəb yaradılır

Azərbaycanda yeni ali məktəb yaradılır

Əməyin mühafizəsi haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU