Xəbərlər / Müəllim
16 may 2021
1 160


Bakıdakı məktəblərin hamısı dezinfeksiya olunub

Bakıdakı məktəblərin hamısı dezinfeksiya olunub

 

Ümumi təhsil müəssisələrində əyani tədrisə keçid dövrünə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə dezinfeksiya işləri həyata keçirilib.

Bu barədə "Report”un sorğusuna cavab olaraq BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, həmçinin təhsil müəssisələri virus əleyhinə qoruyucu vasitələr, dezinfeksiyaedici maddələr və temperatur ölçən cihazlarla təmin edilib, məktəblərin həyətyanı ərazilərində ara məsafəsi saxlanılması üçün işarələnmələr aparılıb, maarifləndirici lövhələr yerləşdirilib və sinif otaqlarında partaların düzülüşü müvafiq qaydaların tələblərinə uyğunlaşdırılıb.

Eyni zamanda ümumi təhsil müəssisələrinə mövcud sanitar-epidemioloji vəziyyətlə bağlı vaxtaşırı maarifləndirici təlimati göstərişlər verilib. Təhsilverənlərin və təhsilalanların sağlamlıqlarını qorumaları üçün şəxsi gigiyena qaydalarına ciddi riayət edilməsi tövsiyə olunub.

Qeyd edək ki, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil olunur. Pandemiya səbəbindən BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin fəaliyyətində fasilə yarandığı dövrdən mütəmadi olaraq dezinfeksiya işləri və müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilib. Ümumi təhsil müəssisələrinin əyani tədrisə hazırlığı istiqamətində digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi də davam etdirilməkdədir.

Məlumat üçün bildirək ki, sabahdan Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərləri, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində əyani tədris forması qismən bərpa ediləcək.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
V-IX siniflərdə əyani tədrisin bərpası ilə bağlı AÇIQLAMA

V-IX siniflərdə əyani tədrisin bərpası ilə bağlı AÇIQLAMA

Bu gün Bakıda yüksək temperaturla məktəbə gələn şagird olub?

Bu gün Bakıda yüksək temperaturla məktəbə gələn şagird olub?

BŞTİ rəhbərliyi əyani tədris prosesinin gedişini izləyib

BŞTİ rəhbərliyi əyani tədris prosesinin gedişini izləyib

Bakı şagirdlərinin 85 faizə yaxını əyani dərslərə gəlir – BŞTİ

Bakı şagirdlərinin 85 faizə yaxını əyani dərslərə gəlir – BŞTİ

Paytaxt məktəblərində davamiyyət 95 faiz təşkil edir

Paytaxt məktəblərində davamiyyət 95 faiz təşkil edir

Ümumi təhsil müəssisələrində dezinfeksiya işləri genişləndirilib

Ümumi təhsil müəssisələrində dezinfeksiya işləri genişləndirilib

Bakıda 1 müəllimdə koronavirus aşkarlanıb, 2 şagird özünütəcridə keçirilib

Bakıda 1 müəllimdə koronavirus aşkarlanıb, 2 şagird özünütəcridə keçirilib

Bakıda 675 müəllim tədrisə cəlb olunmayıb

Bakıda 675 müəllim tədrisə cəlb olunmayıb

Məktəblər dezinfeksiya cihazları ilə təmin olunacaq

Məktəblər dezinfeksiya cihazları ilə təmin olunacaq

Əyani tədris qismən bərpa olunur

Əyani tədris qismən bərpa olunur

Dərnək məşğələlərinin açılacağı tarix bəlli oldu

Dərnək məşğələlərinin açılacağı tarix bəlli oldu

Yaşı 65-dən yuxarı olan müəllimlər əyani tədrisə cəlb olunmayacaq- RƏSMİ

Yaşı 65-dən yuxarı olan müəllimlər əyani tədrisə cəlb olunmayacaq- RƏSMİ

Məktəbdənkənar təhsil müəssisələrində dezinfeksiya işləri aparılır

Məktəbdənkənar təhsil müəssisələrində dezinfeksiya işləri aparılır

Əyani tədris qismən bərpa olunur

Əyani tədris qismən bərpa olunur

Pandemiya mövzusunda ilk dərslər keçirilib

Pandemiya mövzusunda ilk dərslər keçirilib

Özəl məktəblərdə həftədə beş dəfə əyani təhsil tətbiq ediləcək? - RƏSMİ

Özəl məktəblərdə həftədə beş dəfə əyani təhsil tətbiq ediləcək? - RƏSMİ

Pandemiya dövründə tədrisin təşkili

Pandemiya dövründə tədrisin təşkili

Ümumi təhsil müəssisələrində dezinfeksiya işləri davam edir

Ümumi təhsil müəssisələrində dezinfeksiya işləri davam edir

Təhsil müəssisələrində dezinfeksiya işləri intensivləşdirilib

Təhsil müəssisələrində dezinfeksiya işləri intensivləşdirilib

Bakıda 1 106 valideyn övladını məktəbə göndərməkdən imtina edib

Bakıda 1 106 valideyn övladını məktəbə göndərməkdən imtina edib

Məktəb direktorları ilə onlayn konfrans

Məktəb direktorları ilə onlayn konfrans

Ümumi təhsil pilləsi üzrə tədris planları təsdiq edilib

Ümumi təhsil pilləsi üzrə tədris planları təsdiq edilib

Azərbaycanda təhsillə bağlı qərar verildi - RƏSMİ

Azərbaycanda təhsillə bağlı qərar verildi - RƏSMİ

Gəncə və Şəkidə dərslər həftədə beş dəfə keçiriləcək

Gəncə və Şəkidə dərslər həftədə beş dəfə keçiriləcək