Xəbərlər / Müəllim / Şagird
03 fevral 2021
1 448


Bakıda 1 müəllimdə koronavirus aşkarlanıb, 2 şagird özünütəcridə keçirilib

Bakıda 1 müəllimdə koronavirus aşkarlanıb, 2 şagird özünütəcridə keçirilib

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində əyani formada dərslərə davamiyyət 95 faiz təşkil edir.

İdarədən verilən məlumata görə, fevralın 1-dən ümumtəhsil müəssisələrində ibtidai siniflər və məktəbəhazırlıq qrupları üzrə ənənəvi təhsil bərpa olunub.

Keçən müddət ərzində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 1 müəllimdə koronavirus infeksiyası (COVID-19) aşkar olunub. 2 şagird və 1 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini isə koronavirus xəstəsi ilə təmasda olduğu üçün özünütəcrid rejiminə keçib.

İbtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan 182 018 şagirddən 1 106 nəfərin valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb.

Qeyd edək ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır. BŞTİ rəhbərliyi və İdarənin əməkdaşları da gündəlik məktəblərə gedir, tədrisin təşkili vəziyyəti ilə yerində tanış olurlar.

Bütün bunlar şagird və valideynlərdə əminlik hissini artırır, ənənəvi tədrisə və müəllimlə canlı ünsiyyətə əsaslanan əyani dərs prosesinə maraq göstərənlərin faiz artımına təkan verir.

İnanırıq ki, ümumi təhsil müəssisələrində ənənəvi tədrisin təşkili istiqamətində nəzərdə tutulan mərhələli tədbirlər cəmiyyətin birgə səyi ilə bundan sonra da uğurla reallaşdırılacaqdır
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Paytaxt məktəblərində davamiyyət 95 faiz təşkil edir

Paytaxt məktəblərində davamiyyət 95 faiz təşkil edir

Bakıda 1 106 valideyn övladını məktəbə göndərməkdən imtina edib

Bakıda 1 106 valideyn övladını məktəbə göndərməkdən imtina edib

BŞTİ rəhbərliyi əyani tədris prosesinin gedişini izləyib

BŞTİ rəhbərliyi əyani tədris prosesinin gedişini izləyib

Bu gündən orta məktəblərdə əyani tədris bərpa olundu

Bu gündən orta məktəblərdə əyani tədris bərpa olundu

Yaşı 65-dən yuxarı olan müəllimlər əyani tədrisə cəlb olunmayacaq- RƏSMİ

Yaşı 65-dən yuxarı olan müəllimlər əyani tədrisə cəlb olunmayacaq- RƏSMİ

Dərs ili başlayandan bu günədək neçə müəllim və şagirddə koronavirus aşkarlanıb? - RƏSMİ AÇIQLAMA

Dərs ili başlayandan bu günədək neçə müəllim və şagirddə koronavirus aşkarlanıb? - RƏSMİ AÇIQLAMA

Bu gün Bakıda yüksək temperaturla məktəbə gələn şagird olub?

Bu gün Bakıda yüksək temperaturla məktəbə gələn şagird olub?

Azərbaycanda təhsillə bağlı qərar verildi - RƏSMİ

Azərbaycanda təhsillə bağlı qərar verildi - RƏSMİ

Baş nazirdən tədris prosesi ilə bağlı mühüm qərar: Detallar müəyyən olundu

Baş nazirdən tədris prosesi ilə bağlı mühüm qərar: Detallar müəyyən olundu

Distant təhsillə bağlı yeni layihəyə start verilir

Distant təhsillə bağlı yeni layihəyə start verilir

Özəl məktəblərdə həftədə beş dəfə əyani təhsil tətbiq ediləcək? - RƏSMİ

Özəl məktəblərdə həftədə beş dəfə əyani təhsil tətbiq ediləcək? - RƏSMİ

1 fevraldan bu sahələrin fəaliyyətinə icazə veriləcək – AÇIQLAMA

1 fevraldan bu sahələrin fəaliyyətinə icazə veriləcək – AÇIQLAMA

Təhsil Nazirliyi: Şagirdlərin tibbi maskadan istifadəsi könüllüdür

Təhsil Nazirliyi: Şagirdlərin tibbi maskadan istifadəsi könüllüdür

Təhsil Nazirliyinin müraciəti

Təhsil Nazirliyinin müraciəti

Şagird sıxlığı yüksək olan siniflər bölünəcək

Şagird sıxlığı yüksək olan siniflər bölünəcək

Bakı məktəblərinin şagird və müəllim sayı AÇIQLANDI

Bakı məktəblərinin şagird və müəllim sayı AÇIQLANDI

Məktəblərdə bu vəzifələrə müsabiqənin müsahibə mərhələsi keçirilir

Məktəblərdə bu vəzifələrə müsabiqənin müsahibə mərhələsi keçirilir

Pandemiya mövzusunda ilk dərslər keçirilib

Pandemiya mövzusunda ilk dərslər keçirilib

Ümumi təhsil pilləsi üzrə tədris planları təsdiq edilib

Ümumi təhsil pilləsi üzrə tədris planları təsdiq edilib

Ali məktəblərdə dərslərin keçirilməsi qaydası təsdiqləndi

Ali məktəblərdə dərslərin keçirilməsi qaydası təsdiqləndi

Distant dərslərin müşahidəsi davam edir

Distant dərslərin müşahidəsi davam edir

İbtidai təhsil alanların 1,26 faizinin valideyni uşağını məktətəbə göndərməkdən imtina edib

İbtidai təhsil alanların 1,26 faizinin valideyni uşağını məktətəbə göndərməkdən imtina edib

İbtidai təhsil, məktəbəhazırlıq, icma əsaslı qrupların fəaliyyəti mərhələli bərpa ediləcək

İbtidai təhsil, məktəbəhazırlıq, icma əsaslı qrupların fəaliyyəti mərhələli bərpa ediləcək

Məktəb direktorları ilə onlayn konfrans

Məktəb direktorları ilə onlayn konfrans