AzTehsil.com


Xəbərlər
28 dekabr 2017
3 565


Bakı məktəblərinin şagird və müəllim sayı AÇIQLANDI



Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) 2017-ci ilin yekunlarına dair hesabat açıqlayıb.


Aztəhsil.com xəbər verir ki, İdarədən modern.az-a verilən məlumata görə, hazırda BŞTİ-nin tabeliyində 307 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb fəaliyyət göstərir.


BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 27740 müəllim fəaliyyət göstərir.


BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərində 406 027, xüsusi ümumi orta məktəblərdə (xüsusi siniflərdə) 2 965, əyani-qiyabi axşam məktəblərində (qruplarında) isə 1964 şagird olmaqla, ümumilikdə 410 956 şagird təhsil alır.


BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinə 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq xüsusi istedada malik uşaqların I sinfə qəbulu üzrə müsabiqə keçirilib. Müvafiq müsabiqədə iştirak etmək üçün müraciət etmiş1759 uşaqdan1640-ı uğur qazanıb.


2017-2018-ci tədris ili üçün Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilib. Paytaxtın ümumi təhsil məktəbləri üzrə I sinfə 46 694 uşaq qəbul olunub.


2017-ci ildə ilk dəfə olaraq məktəbəhazırlıq qruplarına uşaqların qəbulu mektebeqebul.edu.az elektron sistemində ərizələrin onlayn qeydiyyatı aparılmaqla həyata keçirilib. BŞTİ-nin tabeliyindəki 263 ümumi təhsil müəssisəsində 868 məktəbəhazırlıq qrupunda 24 129 uşaq təhsil alır. Həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasıdır.


2015-ci ildə məktəbəhazırlıq proqramı bütün 5 yaşlı uşaqların 24 faizini əhatə edirdisə, 2016-cı ildə bu göstərici 55 faiz olub. 2017-ciildə məktəbəhazırlığa cəlb edilən uşaqların sayı ümumilikdə, 5 yaşlıların 65 faiz həddinə çatdırılıb.


Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi  müsabiqəsinə BŞTİ tərəfindən 1349 vakansiya təqdim olunub.


2017-2018-ci tədris ili üçün keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqəsində zəruri keçid balını toplayaraq BŞTİ-nin tabeliyindəki məktəblərdə vakant yer üzrə müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlər arasından 105 nəfərin müddətsiz əmək müqaviləsi əsasında işə təyin edilməsinə Təhsil Nazirliyi tərəfindən razılıq verilib.


2017-ci ildə BŞTİ-nin tabeliyindəki məktəblərdə daimi əsaslarla işləyən müəllimlərin rayondaxili (şəhərdaxili) yerdəyişməsi çərçivəsində 183 müəllimin, Təhsil Nazirliyi sisteminə daxil olan digər ümumi təhsil müəssisələrində daimi əsaslarla işləyən müəllimlərin respublika daxili yerdəyişməsi çərçivəsində isə 92 müəllimin iş yeri BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə dəyişdirilib.


Müəllimlərin işə qəbulu müsabiqəsinin I turu üzrə 391 nəfər, II turu üzrə 219 nəfər müəllim vəzifəsinə işə qəbul edilib.


Cari tədris ili çərçivəsində müddətli müqavilə ilə 866 müəllim işə qəbul üçün göndərilib.


BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə müsabiqə keçirilib. Müsabiqənin müsahibə mərhələsində 90 nəfər uğurlu nəticə göstərib. Onlardan 30-nun təlim-tərbiyə işləri üzrə direktor müavini, 16-nın tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), 27-nin psixoloq, 17-nin kitabxanaçı vəzifəsinə işə qəbulu yaxın günlərdə müvafiq qaydada həyata keçiriləcək.  


Bu il Bakı məktəblərində çalışan 8 müəllim "Tərəqqi” medalına, 6 müəllim "Əməkdar müəllim” fəxri adına layiq görülüb.


Bu il Bakı məktəblərində fəaliyyət göstərən 13 müəllim "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı, 22 müəllim "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunub.


Paytaxt məktəbliləri ali məktəblərə qəbul imtahanında yüksək nəticə göstəriblər. Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 5 nəfər məzunu - 162 nömrəli məktəbin məzunu Mahirə Əsədzadə,  220 nömrəli məktəb-liseyin məzunu Xalidə Əliyeva,  278 nömrəli tam orta məktəbin məzunu Pərvin Əhmədova, 111 nömrəli tam orta məktəbin məzunu İlhamə Hüseynova və 287 nömrəli "Zəkalar” liseyinin məzunu Nemət Yusifov bütün test suallarını düzgün cavablandıraraq 700 bal toplayıb. 


Bakı məktəblərinin məzunları qızıl və gümüş medallarla təltif olunub. Təhsil nazirinin müvafiq əmrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 25-i qızıl, 3-ü gümüş medala layiq görülüb. Onlar ümumi təhsildəki xüsusi nailiyyətləri və 2016-2017-ci dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələri nəzərə alınaraq  qızıl və gümüş medalla təltif ediliblər.


2017-ci ildə Bakı məktəbliləri idman sahəsində də ciddi nailiyyətlərə imza atıblar. Müxtəlif idman növləri  üzrə beynəlxalq və respublika yarışlarında 165  qızıl,  146  gümüş, 199  bürünc  olmaqla, ümumilikdə 510 medal əldə ediblər.




Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyi müəllimlərin müddətsiz əmək müqaviləsi əsasında işə təyin edilməsinə razılıq verib -SAY AÇIQLANDI

Təhsil Nazirliyi müəllimlərin müddətsiz əmək müqaviləsi əsasında işə təyin edilməsinə razılıq verib -SAY AÇIQLANDI

Bakıda birinci sinfə gedəcək uşaqlarla bağlı yeni statistika açıqlanıb

Bakıda birinci sinfə gedəcək uşaqlarla bağlı yeni statistika açıqlanıb

Xüsusi istedada malik uşaqların I sinfə qəbulu üzrə müsabiqə başa çatıb

Xüsusi istedada malik uşaqların I sinfə qəbulu üzrə müsabiqə başa çatıb

Bakıda məktəbəhazırlıq qruplarına qəbul üçün 7997 ərizə qeydə alınıb

Bakıda məktəbəhazırlıq qruplarına qəbul üçün 7997 ərizə qeydə alınıb

Bakıdakı məktəblərdə təhsil alacaq şagirdlərin sayı açıqlandı

Bakıdakı məktəblərdə təhsil alacaq şagirdlərin sayı açıqlandı

Təhsil İdarəsi: Paytaxt məktəblərinin 5 məzunu qəbul imtahanında 700 bal toplayıb

Təhsil İdarəsi: Paytaxt məktəblərinin 5 məzunu qəbul imtahanında 700 bal toplayıb

Məktəblərdəki vakant vəzifələrə işçi qəbulu elan olunub

Məktəblərdəki vakant vəzifələrə işçi qəbulu elan olunub

Bakı məktəblərində direktor müavini işləmək istəyənlərin - NƏZƏRİNƏ

Bakı məktəblərində direktor müavini işləmək istəyənlərin - NƏZƏRİNƏ

Bakı məktəblərinin I sinifində təhsil alan şagirdlərin sayı açıqlanıb

Bakı məktəblərinin I sinifində təhsil alan şagirdlərin sayı açıqlanıb

Bakıda məktəbəhazırlıq qruplarına 6579 uşağın elektron qeydiyyatı aparılıb

Bakıda məktəbəhazırlıq qruplarına 6579 uşağın elektron qeydiyyatı aparılıb

Bakıda fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının sayı açıqlanıb

Bakıda fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının sayı açıqlanıb

Məktəblərdə bu vəzifələrə müsabiqənin müsahibə mərhələsi keçirilir

Məktəblərdə bu vəzifələrə müsabiqənin müsahibə mərhələsi keçirilir

Bakıda birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb

Bakıda birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır

Bakıda şagird sıxlığından əziyyət çəkən məktəblər var - SİYAHI

Bakıda şagird sıxlığından əziyyət çəkən məktəblər var - SİYAHI

Sabahdan Bakı məktəblərində I sinfə şagird qəbulu başlanır

Sabahdan Bakı məktəblərində I sinfə şagird qəbulu başlanır

Məktəblərdə bu il üçün gözlənilən yeniliyə - START VERİLDİ

Məktəblərdə bu il üçün gözlənilən yeniliyə - START VERİLDİ

"Bakı məktəbləri dərsliklə tam təmin edilib" - Təhsil İdarəsi

"Bakı məktəbləri dərsliklə tam təmin edilib" - Təhsil İdarəsi

Növbəti tədris ilində məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı 65 faizə çatdırılacaq

Növbəti tədris ilində məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı 65 faizə çatdırılacaq

90 nəfər məktəblərdə bu vəzifələrə işə qəbul olub

90 nəfər məktəblərdə bu vəzifələrə işə qəbul olub

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Direktor müavini olmaq üçün işə qəbul imtahanları başa çatdı

Direktor müavini olmaq üçün işə qəbul imtahanları başa çatdı

Məktəblərdəki vakant vəzifələrə təyinatlar olacaq

Məktəblərdəki vakant vəzifələrə təyinatlar olacaq

Bakıda orta məktəblərdə direktor müavini olmaq istəyənlər üçün - Yeni xəbər

Bakıda orta məktəblərdə direktor müavini olmaq istəyənlər üçün - Yeni xəbər