Xəbərlər / Müəllim
15 fevral 2021
2 428


Bakıda 675 müəllim tədrisə cəlb olunmayıb

 

Bu gündən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin V-IX siniflərində və xüsusi məktəblərin I-IX siniflərində əyani tədrisə start verilib.

AzTehsil.com "Report”- a istinadən xəbər verir ki, idarə rəhbərliyi, əməkdaşları və media nümayəndələri Bakı şəhər 46 saylı tam orta məktəbində olub, əyani tədris prosesinin təşkili vəziyyəti ilə tanış olub.

Şagirdlər məktəbə temperaturu ölçüldükdən və əlləri dezinfeksiya edildikdən sonra sinif otaqlarına yola salınır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında bildirib ki, paytaxtda əyani təhsil V-IX siniflərdə həftədə 2 dəfə, ibtidai siniflərdə həftədə 3 dəfə, məktəbəhazırlıq qruplarında həftədə 2 dəfə, xüsusi məktəblərin I-IX siniflərində isə həftədə 5 dəfə təşkil olunur: "Əyani tədris zamanı şagird sayı çox olan siniflər qruplara bölünür. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I-IV siniflərində 182 018, V-IX siniflərdə 199 694, xüsusi məktəblərdə 1 845 şagird təhsil alır, məktəbəhazırlıq qruplarına isə 27 122 uşaq cəlb olunub. Bakıda yaşı 65-dən yuxarı olan 675 müəllim var və onlar tədrisə cəlb olunmayıb. Onları digər müəllimlər əvəz edir. İşə çıxmayan müəllimlər tarif cədvəlinə uyğun olaraq öz maaşlarını alırlar”.

O deyib ki, mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar təhsil müəssisələrinə daxil olan zaman müəllim və şagirdlərin hərarəti ölçülür, məktəblilər arasında sosial məsafənin qorunması təmin olunur: "Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır”.

Məktəbin direktoru Sevinc Budaqova bildirib ki, məktəbdə ümumilikdə 1 243 şagird təhsil alır: "Onlardan 497-si ibtidai siniflər, 519 nəfər isə V-IX siniflərdə oxuyur. Şagirdlər həftədə iki dəfə olmaqla iki yarımqrupa bölünüb. Bu gün 139 nəfər V-IX sinif şagirdinə dərs keçiləcək. Məktəbdə 103 müəllim fəaliyyət göstərir, I-IX siniflər üzrə ümumilikdə 50-ə yaxın müəllim əyani tədrisə cəlb edilib. 2 müəllim isə 65 yaşdan yuxarı olduğu üçün tədrisə cəlb edilməyib”.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
BŞTİ rəhbərliyi əyani tədris prosesinin gedişini izləyib

BŞTİ rəhbərliyi əyani tədris prosesinin gedişini izləyib

V-IX siniflərdə əyani tədrisin bərpası ilə bağlı AÇIQLAMA

V-IX siniflərdə əyani tədrisin bərpası ilə bağlı AÇIQLAMA

Ənənəvi tədrisin bərpası ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinin müdirindən açıqlama - VİDEO

Ənənəvi tədrisin bərpası ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinin müdirindən açıqlama - VİDEO

Bakıda 1 müəllimdə koronavirus aşkarlanıb, 2 şagird özünütəcridə keçirilib

Bakıda 1 müəllimdə koronavirus aşkarlanıb, 2 şagird özünütəcridə keçirilib

Paytaxt məktəblərində davamiyyət 95 faiz təşkil edir

Paytaxt məktəblərində davamiyyət 95 faiz təşkil edir

Yaşı 65-dən yuxarı olan müəllimlər əyani tədrisə cəlb olunmayacaq- RƏSMİ

Yaşı 65-dən yuxarı olan müəllimlər əyani tədrisə cəlb olunmayacaq- RƏSMİ

Ümumi təhsil pilləsi üzrə tədris planları təsdiq edilib

Ümumi təhsil pilləsi üzrə tədris planları təsdiq edilib

Özəl məktəblərdə həftədə beş dəfə əyani təhsil tətbiq ediləcək? - RƏSMİ

Özəl məktəblərdə həftədə beş dəfə əyani təhsil tətbiq ediləcək? - RƏSMİ

Bakıda 1 106 valideyn övladını məktəbə göndərməkdən imtina edib

Bakıda 1 106 valideyn övladını məktəbə göndərməkdən imtina edib

Bu gündən orta məktəblərdə əyani tədris bərpa olundu

Bu gündən orta məktəblərdə əyani tədris bərpa olundu

Dərs ili başlayandan bu günədək neçə müəllim və şagirddə koronavirus aşkarlanıb? - RƏSMİ AÇIQLAMA

Dərs ili başlayandan bu günədək neçə müəllim və şagirddə koronavirus aşkarlanıb? - RƏSMİ AÇIQLAMA

Vəfa Yaqublu fevralın 1-dən distant dərslərin keçib-keçməyəcəyinə aydınlıq gətirib

Vəfa Yaqublu fevralın 1-dən distant dərslərin keçib-keçməyəcəyinə aydınlıq gətirib

Bakı məktəblərinin şagird və müəllim sayı AÇIQLANDI

Bakı məktəblərinin şagird və müəllim sayı AÇIQLANDI

Məktəbəhazırlığa cəlb edilən uşaqların sayı ildən-ilə artır

Məktəbəhazırlığa cəlb edilən uşaqların sayı ildən-ilə artır

Dərs ili kim üçün nə vaxt başlayacaq: bağçalar, məktəblər, ali məktəblər - DƏQİQ İNFOQRAFİKA

Dərs ili kim üçün nə vaxt başlayacaq: bağçalar, məktəblər, ali məktəblər - DƏQİQ İNFOQRAFİKA

İbtidai siniflərdə tədrisin təşkili qaydası bilindi

İbtidai siniflərdə tədrisin təşkili qaydası bilindi

Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili

Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili

Bakı, Sumqayıt və Abşeronda yuxarı sinif şagirdləri üçün ənənəvi dərs fevralın 15-də bərpa olunacaq

Bakı, Sumqayıt və Abşeronda yuxarı sinif şagirdləri üçün ənənəvi dərs fevralın 15-də bərpa olunacaq

Növbəti tədris ilində məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı 65 faizə çatdırılacaq

Növbəti tədris ilində məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı 65 faizə çatdırılacaq

Məktəblərdə bu il üçün gözlənilən yeniliyə - START VERİLDİ

Məktəblərdə bu il üçün gözlənilən yeniliyə - START VERİLDİ

Təhsil Nazirliyinin müraciəti

Təhsil Nazirliyinin müraciəti

Mehriban Vəliyeva: “3 mindən çox şagird əyani qiymətləndirməyə cəlb olunacaq”

Mehriban Vəliyeva: “3 mindən çox şagird əyani qiymətləndirməyə cəlb olunacaq”

Təhsil Nazirliyi: Şagirdlərin tibbi maskadan istifadəsi könüllüdür

Təhsil Nazirliyi: Şagirdlərin tibbi maskadan istifadəsi könüllüdür

Müəllimlərin nəzərinə: Əyani və distant keçiriləcək dərslərin cədvəli açıqlandı

Müəllimlərin nəzərinə: Əyani və distant keçiriləcək dərslərin cədvəli açıqlandı