AzTehsil.com


Xəbərlər / Video / Müəllim
07 fevral 2021
3 240


Mehriban Vəliyeva: “3 mindən çox şagird əyani qiymətləndirməyə cəlb olunacaq”



Mehriban Vəliyeva: “3 mindən çox şagird əyani qiymətləndirməyə cəlb olunacaq”

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın "Report”a müsahibəsini təqdim edirik

– Fevralın 1-dən etibarən ölkədə qismən də olsa əyani təhsilə keçilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə şagirdlərin davamiyyəti necədir? Övladının məktəbə gəlməməsi üçün iltizam yazan valideynlər oldumu?

– Məlum olduğu kimi, fevralın 1-dən ümumi təhsil müəssisələrində ibtidai siniflər və məktəbəhazırlıq qrupları üzrə ənənəvi təhsil bərpa olunub. İbtidai siniflər həftədə 3 dəfə, məktəbəqədər hazırlıq qrupları isə həftədə 2 dəfə olmaqla əyani təhsilə cəlb olundu. İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində iki günlük əyani formada dərslərə davamiyyət 95 faiz təşkil edib. Təbii ki, mütəmadi olaraq məktəblərdə həm tədris prosesini, həm də karantin rejimi dövründə qaydalara riayət olunmasını izləyirik. Hər şey öz qaydasındadır. Şagirdlər hətta məktəb kollektivi də çox xoşbəxtdirlər. Onların canlı ünsiyyətə ehtiyacı vardı və bu, təmin olunub. İbtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan 182 018 şagirddən 1 106 nəfərin valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb.

– İlk dərs günü üçün səhhətində problem çıxan müəllim və ya şagird oldumu?

– Keçən müddət ərzində İdarənin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 1 müəllimdə (10 nömrəli məktəbdə) koronavirus infeksiyası aşkar olunub. Həmin müəllimin sinfi distant təhsilə keçirildi. 2 şagird (I və III sinif) təmasda olduqlarına görə onlar təcrid olunub. Bir nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini isə özünütəcrid rejiminə keçib.


– Distant təhsilin şagirdlərin biliyinə təsirini necə qiymətləndirirsiniz?

– Bu mövcud vəziyyətdə yeganə çıxış yolu idi. Başqa alternativ demək olar ki, yox idi. Fasiləsiz dərsləri təmin etmək üçün teledərslərdən virtual məktəbdən istifadə etməklə şagirdlərimizi bu prosesə cəlb edirdik. Hesab edirəm ki, ilkin məqamda distant təhsil uğurlu proses idi. Çünki şagirdlər bununla təhsildən kənarda qalmırdılar. Keyfiyyət məsələsi sonrakı məsələdir. Yəqin ki, bu istiqamətdə biz istədiyimizə nail ola biləcəyik. Şagirdlərin bilik səviyyəsi isə köklü statistik təhlil tələb edir. Bu da sonrakı məqamlarda aydın olacaq. Məktəblilərin biliyinin qiymətləndirilməsi və s. ilə deyə biləcəyik ki, şagirdlərimiz hansı səviyyədədirlər.

– Onlayn dərslərlə bağlı sosial şəbəkələrdə çoxlu videolar yayılır. Həmin videolar araşdırılırmı?

– Təhsil cəmiyyətdən kənar heç zaman ola bilməz. Ona görə də təhsildə nə baş verirsə görünür. Xüsusilə də distant təhsil. Məktəb olaraq cəmiyyətin evindəyik. Bu səbəbdən də yaxşı və pis görünür. Çox xahiş edərdim ki, bu məsələyə həssas yanaşaq. Müəllimin həssas emosional durumu, həmin vəziyyət hər şey nəzərə alınmalıdır. Yaxşı tərəfdən görməyi bacarmaq lazımdır. Bizim müəllimlər həqiqətən də bu məqamda böyük fədakarlıq göstərdilər. Nöqsanlar varsa da bunun səbəbini araşdırmaq lazımdır ki, nədən ibarətdir. Biz bu istiqamətdə işlər görürük və çalışırıq ki, neqativ hallar olmasın. İnsanlar və valideynlər bu məsələyə emosional vəziyyəti nəzərə alaraq yanaşmalıdırlar. Dəstək olmalıdırlar. Birgə fəaliyyətimizlə övladlarımızın yüksək səviyyədə təhsilinə nail ola bilərik. Təhsil təkcə müəllimin işi yox, məktəb-şagird-valideyn üçbucağıdır. Burada hamının məsuliyyəti var.


– I yarımil üzrə müəyyən səbəblərdən məktəbdaxili qiymətləndirmədə iştirak edə bilməyən şagirdlər oldu. Bu ay üçün canlı formada, yəni məktəbdə neçə şagirdin biliyi qiymətləndiriləcək?

– Qiymətləndirmə ilə bağlı statistik məlumatları toplamışıq. Məlumata görə 3 246 şagird üzrlü səbəbdən əyani qiymətləndirməyə cəlb olunacaq. Fevral ayının sonuna qədər həmin şagirdlərin qiymətləndirilməsi başa çatdırılacaq. Yerdə qalan şagirdlərin biliyi qiymətləndirilib.

– Yanvar ayı ərzində baş tutan qiymətləndirmənin nəticəsi qaneedicidirmi ?

– Bu məsələyə iki aspektdən yanaşaq. İlk olaraq bunu tam şəkildə demək mümkün deyil, çünki hər müəssisədə bir şəkildə özünü ifadə edir. Nəticələri yüksək olan sinif və məktəblər var. Təbii ki, burada neqativ və subyektiv hallar var. lakin ümumilikdə qiymətləndirmə prosesinin keçirilməsi, statistik nəticəni görürüksə, bu, qənaətbəxşdir. Keyfiyyət məsələsinə gəldikdə isə qiymətləndirmə sadəcə mövcud vəziyyəti qiymətləndirmək, gələcək prosesi istiqamətləndirməkdir. Hesab edirəm ki, bu vacib olduğundan həyata keçirmək də önəmli idi. Artıq əyani tədris başlayıb və hesab edirəm ki, növbəti həftələrdə V-IX siniflərin şagirdləri də əyani təhsilə başlayacaq. O zaman əyani şəkildə diaqnostik və s. qiymətləndirmələr aparılacaq. Bax onda mövcud vəziyyəti dəyərləndirə biləcəyik.



Загрузка...
Həmçinin oxuyun:
Paytaxt məktəblərində davamiyyət 95 faiz təşkil edir

Paytaxt məktəblərində davamiyyət 95 faiz təşkil edir

Bakıda 1 müəllimdə koronavirus aşkarlanıb, 2 şagird özünütəcridə keçirilib

Bakıda 1 müəllimdə koronavirus aşkarlanıb, 2 şagird özünütəcridə keçirilib

BŞTİ rəhbərliyi əyani tədris prosesinin gedişini izləyib

BŞTİ rəhbərliyi əyani tədris prosesinin gedişini izləyib

Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili

Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili

Bu gündən orta məktəblərdə əyani tədris bərpa olundu

Bu gündən orta məktəblərdə əyani tədris bərpa olundu

Dərs ili kim üçün nə vaxt başlayacaq: bağçalar, məktəblər, ali məktəblər - DƏQİQ İNFOQRAFİKA

Dərs ili kim üçün nə vaxt başlayacaq: bağçalar, məktəblər, ali məktəblər - DƏQİQ İNFOQRAFİKA

Vəfa Yaqublu fevralın 1-dən distant dərslərin keçib-keçməyəcəyinə aydınlıq gətirib

Vəfa Yaqublu fevralın 1-dən distant dərslərin keçib-keçməyəcəyinə aydınlıq gətirib

Özəl məktəblərdə həftədə beş dəfə əyani təhsil tətbiq ediləcək? - RƏSMİ

Özəl məktəblərdə həftədə beş dəfə əyani təhsil tətbiq ediləcək? - RƏSMİ

Bakıda 1 106 valideyn övladını məktəbə göndərməkdən imtina edib

Bakıda 1 106 valideyn övladını məktəbə göndərməkdən imtina edib

Ümumi təhsil pilləsi üzrə tədris planları təsdiq edilib

Ümumi təhsil pilləsi üzrə tədris planları təsdiq edilib

Dərs ili başlayandan bu günədək neçə müəllim və şagirddə koronavirus aşkarlanıb? - RƏSMİ AÇIQLAMA

Dərs ili başlayandan bu günədək neçə müəllim və şagirddə koronavirus aşkarlanıb? - RƏSMİ AÇIQLAMA

Təhsil Nazirliyi: Şagirdlərin tibbi maskadan istifadəsi könüllüdür

Təhsil Nazirliyi: Şagirdlərin tibbi maskadan istifadəsi könüllüdür

İlqar Orucov: Məktəblərin yenidən qapadılmaması üçün vəziyyəti nəzarətdə saxlamalıyıq

İlqar Orucov: Məktəblərin yenidən qapadılmaması üçün vəziyyəti nəzarətdə saxlamalıyıq

Təhsil Nazirliyinin müraciəti

Təhsil Nazirliyinin müraciəti

Nadir İsrafilov: "Müəyyən edilmiş tələblər gözlənilməklə, şagirdin əyani formada qiymətləndirmədə iştirakı üçün müvafiq şərait yaradılması təmin olunur"

Nadir İsrafilov: "Müəyyən edilmiş tələblər gözlənilməklə, şagirdin əyani formada qiymətləndirmədə iştirakı üçün müvafiq şərait yaradılması təmin olunur"

Yaşı 65-dən yuxarı olan müəllimlər əyani tədrisə cəlb olunmayacaq- RƏSMİ

Yaşı 65-dən yuxarı olan müəllimlər əyani tədrisə cəlb olunmayacaq- RƏSMİ

Müəllimlərin nəzərinə: Əyani və distant keçiriləcək dərslərin cədvəli açıqlandı

Müəllimlərin nəzərinə: Əyani və distant keçiriləcək dərslərin cədvəli açıqlandı

Məktəb direktoru: Distant təhsil müəllimlər qarşısında yeni tələblər qoydu

Məktəb direktoru: Distant təhsil müəllimlər qarşısında yeni tələblər qoydu

Karantin dövründə təhsil: Maska taxmaq məcburidirmi? Dərslər necə keçiriləcək? – suallarınıza cavablar

Karantin dövründə təhsil: Maska taxmaq məcburidirmi? Dərslər necə keçiriləcək? – suallarınıza cavablar

Koronavirus təhlükəsi səbəbindən uşaqlarını məktəbə göndərmək istəməyən valideynlər nə etməlidirlər?

Koronavirus təhlükəsi səbəbindən uşaqlarını məktəbə göndərmək istəməyən valideynlər nə etməlidirlər?

Nadir İsrafilov-Elə edək ki, növbəti həftələrdə, növbəti mərhələlərə adımlamaq şansımız olsun.

Nadir İsrafilov-Elə edək ki, növbəti həftələrdə, növbəti mərhələlərə adımlamaq şansımız olsun.

Xüsusi karantin rejimində summativ qiymətləndirmədə iştirak etməyənləri nə gözləyir?

Xüsusi karantin rejimində summativ qiymətləndirmədə iştirak etməyənləri nə gözləyir?

Təhsil naziri xüsusi karantin rejimi dövründə uyğunlaşdırılmış tədris planlarına dair əmr imzalayıb

Təhsil naziri xüsusi karantin rejimi dövründə uyğunlaşdırılmış tədris planlarına dair əmr imzalayıb

Sabah 165 mindən çox uşaq birinci sinfə gedəcək

Sabah 165 mindən çox uşaq birinci sinfə gedəcək