AzTehsil.com


Xəbərlər / Müəllim
08 sentyabr 2020
10 448


Təhsil naziri xüsusi karantin rejimi dövründə uyğunlaşdırılmış tədris planlarına dair əmr imzalayıb



Təhsil naziri xüsusi karantin rejimi dövründə uyğunlaşdırılmış tədris planlarına dair əmr imzalayıb

 

COVİD-19 pandemiyası ilə əlaqədar təhsilalanların və təhsilverənlərin sağlamlığını qorumaq məqsədilə tədrisin ümumi təhsil müəssisələrində əyani formada keçirilməsinə müəyyən məhdudiyyət qoyulur.

Bu barədə Təhsil naziri Emin Əmrullayevin xüsusi karantin rejimi dövründə uyğunlaşdırılmış tədris planlarına dair əmrində bildirilib. 

Qeyd edilib ki, epidemioloji vəziyyətdən və təhsil müəssisəsində şagird sıxlığından asılı olaraq dərslər aşağıdakı qaydada tədris edilir:

– tədris planında fənlərin tədrisinə ayrılmış saatlar (dərsdənkənar məşğələlər üçün nəzərdə tutulmuş saatlar da əlavə edilməklə) əyani və distant (məsafədən) olmaqla 2 formada tədris olunur;

– şagirdlərə əyani formada tədris olunmayan mövzular teledərslər və "Virtual məktəb” platforması üzərindən Microsoft Teams proqramı ilə keçirilən (distant məsafədən) dərslər vasitəsilə tədris olunur; 

– "Virtual məktəb” platforması üzərindən Microsoft Teams proqramı ilə keçirilən  dərslərlə yanaşı, şagirdlərin teledərsləri izləməsi təşviq olunur və əyani formada keçirilən dərslərdə həmin mövzular möhkəmləndirilir; 

– sinif otağında sosial məsafənin (1,5 m) gözlənilməsi məqsədilə zərurət yarandığı halda, əyani formada tədris zamanı siniflər qruplara bölünür və dərslər növbəli cədvəl əsasında, yaxud həftəaşırı olmaqla təşkil edilir;

– sinif yarımqrupa bölünəndə tədris planında əyani formada tədris üçün fənlər üzrə nəzərdə tutulmuş həftəlik dərs saatlarının miqdarı hər bir qrup üçün müvafiq olaraq bərabər bölünür;

– sinfin yarımqrupa bölünməsi zərurət yarandığı halda, tədris planında həftəlik əyani dərs saatı 1 saat müəyyənləşdirilmiş fənlər hər bir qrup üçün həftəaşırı əyani formada tədris olunur;

– tədris planlarında əyani formada keçirilməsi nəzərdə tutulmayan fənlərin distant (məsafədən) formada tədrisi təmin edilir.

Tədris planında dərsdənkənar məşğələlərə ayrılmış saatlar aşağıdakı fənlərin tədrisinə ayrılır: 

– I-IV siniflərdə "Xarici dil” fənninə əyani formada; 

– V siniflərdə "Xarici dil” fənninə distant (məsafədən) formada, xarici dil tədris olunmayan məktəblərdə Pedoqoji Şuranın qərarı ilə digər fənlərin hər hansı birinə distant formada;

– VI siniflərdə "Fizika” fənninə əyani formada;

– VII siniflərdə "Qarabağın tarixi” kursuna distant (məsafədən) formada;

– VIII-X siniflərdə 1 saat "Azərbaycan tarixi” fənninə distant, digər 1 saat isə Pedoqoji Şuranın qərarı ilə "Fizika”, "Kimya”, "Biologiya” və "Coğrafiya” fənlərinin hər hansı birinə distant formada;

– Müəyyən edilmiş təhsil müəssisələrinin VII sinfində dərsdənkənar məşğələlər üçün nəzərdə tutulmuş 2 saatın 1 saatı "Ortaq türk tarixi” kursunun distant formada tədrisinə ayrılır.

Əmrdə həmçinin qeyd edilib ki, bütün azsaylı xalqların kompakt yaşadıqları ərazilərdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IV siniflərində, habelə ləzgi dili tədris olunan ümumi təhsil müəssisələrinin V-IX siniflərində valideynlər və təhsilalanlar arzu etdikləri halda, dərsdənkənar məşğələlərə ayrılan 1 saat onların ana dilinin distant formada tədrisinə verilə bilər. 

Ümumi dərs məşğələləri: 

I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant formada;

V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant formada;

X-Xı siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant formada başlayır. 



Загрузка...
Həmçinin oxuyun:
Ümumi təhsil pilləsi üzrə tədris planları təsdiq edilib

Ümumi təhsil pilləsi üzrə tədris planları təsdiq edilib

UNEC-də dərslər distant formada təşkil ediləcək

UNEC-də dərslər distant formada təşkil ediləcək

Dərs ili kim üçün nə vaxt başlayacaq: bağçalar, məktəblər, ali məktəblər - DƏQİQ İNFOQRAFİKA

Dərs ili kim üçün nə vaxt başlayacaq: bağçalar, məktəblər, ali məktəblər - DƏQİQ İNFOQRAFİKA

İlk distant təhsil məktəbi

İlk distant təhsil məktəbi

Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili

Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili

Formal təhsilin təşkili qaydaları

Formal təhsilin təşkili qaydaları

Məsud Əfəndiyev: “Distant təhsil forması əyani və qiyabi təhsil hesab edilə bilər”

Məsud Əfəndiyev: “Distant təhsil forması əyani və qiyabi təhsil hesab edilə bilər”

2016-2017-ci ilin TƏDRİS PLANIna  dair qeydlər

2016-2017-ci ilin TƏDRİS PLANIna dair qeydlər

Bu layihə davam etdiriləcək - Təhsil nazirindən ƏMR

Bu layihə davam etdiriləcək - Təhsil nazirindən ƏMR

Təhsil naziri Mikayıl Cabbarov yeni əmr imzaladı!!

Təhsil naziri Mikayıl Cabbarov yeni əmr imzaladı!!

"Formal təhsilin təşkili Qaydaları"  NK-nın 6 avqust 2010-cu il  tarixli № 147-li QƏRARI

"Formal təhsilin təşkili Qaydaları" NK-nın 6 avqust 2010-cu il tarixli № 147-li QƏRARI

Baş nazirdən tədris prosesi ilə bağlı mühüm qərar: Detallar müəyyən olundu

Baş nazirdən tədris prosesi ilə bağlı mühüm qərar: Detallar müəyyən olundu

Təhsil İnstitutu növbəti tədris ili ilə bağlı iki ssenari təklif edir.

Təhsil İnstitutu növbəti tədris ili ilə bağlı iki ssenari təklif edir.

Azərbaycan, rus və gürcü dillərində olan ümumtəhsil məktəblərinin tədris planlarına dair «Qeydlər»in təkmilləşdirilmiş variantı

Azərbaycan, rus və gürcü dillərində olan ümumtəhsil məktəblərinin tədris planlarına dair «Qeydlər»in təkmilləşdirilmiş variantı

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

UFAZ-da 538 bakalavr distant tədris prosesinə qatılıb

UFAZ-da 538 bakalavr distant tədris prosesinə qatılıb

Ədalət Muradov: Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə aydınlıq gətirilməlidir

Ədalət Muradov: Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə aydınlıq gətirilməlidir

BDU-da tədrisin məsafədən təşkili davam etdirilir

BDU-da tədrisin məsafədən təşkili davam etdirilir

Plan yerləri daha çox boş qalan universitetlər - SİYAHI

Plan yerləri daha çox boş qalan universitetlər - SİYAHI

“Müalicə alan uşaqların distant təhsili” layihəsinə yeni tibb müəssisəsi qoşulub

“Müalicə alan uşaqların distant təhsili” layihəsinə yeni tibb müəssisəsi qoşulub

Elçin Əfəndi: “Distant təhsilə tam keçid edilərsə, qiyabi təhsil formasına ehtiyac qalmayacaq”

Elçin Əfəndi: “Distant təhsilə tam keçid edilərsə, qiyabi təhsil formasına ehtiyac qalmayacaq”

Azərbaycan Milli Elmlər Akademiyasının magistrantları üçün distant tədris təşkil ediləcək

Azərbaycan Milli Elmlər Akademiyasının magistrantları üçün distant tədris təşkil ediləcək

Şamaxı rəsədxanasının magistrantları distant yolla elmi-pedaqoji təcrübə keçirlər

Şamaxı rəsədxanasının magistrantları distant yolla elmi-pedaqoji təcrübə keçirlər

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub