Xəbərlər
05 mart 2020
1 262

“Müalicə alan uşaqların distant təhsili” layihəsinə yeni tibb müəssisəsi qoşulub

"Müalicə alan uşaqların distant təhsili” layihəsinin açılış mərasimi keçirilib.  Açılış mərasimi Bakı şəhəri 5 nömrəli Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında baş tutub.

Layihə xüsusi qayğıya ehtiyacı olan uşaqların fasiləsiz və keyfiyyətli təhsil almalarına dəstək olmaq məqsədi daşıyır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü, Təhsil Nazirliyinin dəstəyi ilə "Distant bilik” Mərkəzi tərəfindən həyata keçirilən layihə çərçivəsində uşaqlar üçün müalicə dövründə maraqlı və yaradıcı təhsil imkanlarından bəhrələnmək və sosial həyata adaptasiya üçün şərait yaradılır. Ötən il əvvəlcə Milli Hemotologiya və Transfuziologiya Mərkəzində başlanılan layihəyə Talassemiya Mərkəzi də qoşulub, bu ildən isə 5 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında da layihənin icrasına başlanılır.

Açılış mərasimində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin  baş məsləhətçisi Fərid Hüseynov layihə çərçivəsində müalicə alan uşaqların nazirlik tərəfindən müvafiq İKT avadanlıqları, internetə çıxış və dərs vəsaitləri ilə təmin olunması barədə məlumat verib. Qeyd edilib ki,  yeni qoşulan tibb müəssisəsinə də 20 noutbuk verilib, müəssisədə şəbəkə infrastrukturu yaradılıb və ilk distant dərslərin tədrisinə başlanılıb.

Bildirilib ki, uşaqların xəstəliyi nəzərə alınaraq, layihə çərçivəsində keçirilən fənlər fərdi yanaşma prinsipinə əsasən interaktiv formada tədris olunur. Ümumi tədris fənləri üzrə dərslər həm distant, həm də canlı formada keçirilir. Layihə uşaqların müalicə dövründə təhsil imkanlarından faydalanmalarına, yeni texnologiyalar ilə işləmək bacarıqlarının formalaşmasına, onların cəmiyyətə inteqrasiyasına və müalicə dövrünün daha rahat keçməsinə töhfə verir.
 muallim.edu.az 
 
Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
“Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi çərçivəsində “Bilik günü”

Leyla Əliyeva UNEC-də distant dərsləri izləyib

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

Məktəbəqədər təhsil müəssisələrində təhsilalanlara tibbi xidmətin göstərilməsi qaydası təsdiq edilib

“Rəqəmsal bacarıqlar” layihəsinə daha bir məktəb qoşulub

“Təhsil müəssisələrində uşaqların cinsi tərbiyəsi” layihəsi çərçivəsində tədbir keçirilib

“Peşəm mənim karyeramdır- gənc qızlara dəstək” adlı layihə çərçivəsində sərgi keçirilib

"Sabahın alimləri” IX Respublika Müsabiqəsinin açılış mərasimi

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub

“SABAHın müəllimi” təcrübə proqramının açılış mərasimi

Üçüncü ingilisdilli Resurs və Təlim Mərkəzinin açılış mərasimi

“eTwinning” layihəsi çərçivəsində regional konfrans

“Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihəyə start verilib

Azərbaycanda hər bir uşağa bərabər imkanların yaradılması üçün ciddi islahatlar aparılır

“İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsinin təqdimatı

3 və 4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlbi

"Formal təhsilin təşkili Qaydaları"  NK-nın 6 avqust 2010-cu il  tarixli № 147-li QƏRARI

“Einstein” robotu - uşaqların məktəbəqədər təhsili üçün ...

Azərbaycan Təhsil Şəbəkəsinin təhsil sahəsində əhəmiyyəti müzakirə olunub

Gəncədə sənaye emalatxanasının açılış mərasimi

Nazir şagirdlərin dərsləri ilə maraqlandı

“Turin prosesi 2018-2020”nin açılış mərasimi

Sağlam təhsil-SABAH auditoriyasının açılış mərasimi keçirilib

Azərbaycanda ümumi təhsilin distant forması ləğv edilib