Xəbərlər / Maraqlı / Məktəbə qədər və məktəbdən kənar
30 dekabr 2017
2 145


“Einstein” robotu - uşaqların məktəbəqədər təhsili üçün ...

“Einstein” robotu - uşaqların məktəbəqədər təhsili üçün ...

"Hanson Robotics” şirkəti süni intellektli "Sophia” robotunun analoqunun yaradılması üzrə layihəni başa çatdırıb. "Einstein” adlanan layihə uşaqların məktəbəqədər təhsili və onların ümumi erudisiyasının artırılması üçün nəzərdə tutulub. Yeni qurğunun növbəti ildə satışa çıxarılması planlaşdırılır.


Məlumata görə, fərdi "Einstein” robotu süni intellekt biliklərindən istifadə edərək həm uşaqları öyrətmək, həm də öz-özünə təhsilalma və təkmilləşdirmə bacarığına malikdir.


Məlumata görə, qurğu dünyada ilk insanabənzər "Sophia” robotunun yaradılmasında tətbiq edilən "SingularityNET” platforması əsasında hazırlanıb. Şirkət rəhbərliyi hesab edir ki, yeni layihə gələcəkdə süni intellekt konsepsiyalarının modernləşdirilməsinə şərait yaradacaq.


"SingularityNET” platforması hazırda universaldır və "Hanson Robotics” şirkəti tərəfindən "blockchain” süni intellekt alqoritmlərinin hazırlanması üçün təqdim olunub. Layihə yaxın gələcəkdə hökumət və transmilli şirkətlərin müdaxiləsi olmadan qlobal "Artificial General Intelligence” beyninin yaradılmasını nəzərdə tutur.

Məqalə Göndər








Загрузка...