AzTehsil.com


Xəbərlər
25 dekabr 2017
3 728


Bakının 8 məktəbində YENİLİK



Təhsil Nazirliyində informatika fənninin yeni formatda tədrisi üzrə pilot layihəyə başlanılmasına dair brifinq keçirilib.

 

 

Aztəhsil.com xəbər verir ki, nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, brifinqdə informatika fənninin tədrisi üzrə pilot layihənin rəhbəri Fəxri Qurbanov məlumat verib ki, layihə informasiya texnologiyaları (İT) sistemləri və rəqəmsal bacarıqların öyrədilməsi üzrə proqramlar hazırlayan "Alqoritmika" beynəlxalq təhsil şirkəti ilə birgə həyata keçirilir.

 

Pilot layihə alqoritmik düşüncə və məntiqin, layihə işləmə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsi məqsədini daşıyır. Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal  bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir. 

 

Ümumi təhsil müəssisələrinin beşinci siniflərini əhatə edən  layihə cari ilin sentyabrından Bakının 23 və 24 nömrəli tam orta məktəblərində tətbiq olunub.  Noyabr ayından isə layihəyə Bakı şəhəri 27, 145, 240 nömrəli tam orta məktəbləri, 132-134 nömrəli təhsil kompleksi və 160 nömrəli Klassik Gimnaziya qoşulub. 2018-ci ilin fevralından isə belə məktəblərin sayının 40-a çatdırılması planlaşdırılır. Beləliklə,  yaxın müddətdə  pilot layihənin 5000 şagirdi əhatə edəcəyi nəzərdə tutulur.

 

Qeyd olunub ki, dünyanın bu sahədə özünü doğruldan ən innovativ metodikalarından istifadə edilməklə peşəkar metodist və pedaqoqlar tərəfindən hazırlanan proqram  bu sahə üzrə ən yaxşı təcrübələri özündə birləşdirir. Proqram  fərdi təlim,  nəzəriyyə və tətbiqi yanaşma, fənlərarası əlaqə və motivasiyanın artırılması prinsiplərinə əsaslanır. Bu məqsədlə  müəllim və şagirdlər  vahid rəqəmsal  sistemdə fəaliyyət  üçün fərdi akkauntlar əldə edirlər. Şəxsi kabinetdə müəllim sinfin fəaliyyətini izləyə, şagirdlər isə müxtəlif növ rəqəmsal məzmun yarada bilərlər. Proqram uşaqlarda məntiqi, kreativ və alqoritmik düşünmə qabiliyyətinin inkişafında mühüm rola malikdir.  Rusiya, Qazaxıstan, Polşa, İsrail və Kiprdə müvəffəqiyyətlə həyata keçirilən alqoritmika uşaqlara təkcə proqramlaşdırmanı deyil, biliyin praktikada tətbiqi bacarıqlarını da öyrədir.

 

İnformatika fənninin tədrisinin təkmilləşdirilməsi ilə şagirdlərin kompüter savadlılığının   yüksəldilməsi, onların yüksək texnoloji ixtisaslara marağının artırılması nəzərdə tutulur. Proqramlaşdırma sahəsində ixtisaslı kadr hazırlığına diqqətin artırılması bu sahədə ölkəmizin beynəlxalq miqyasda  rəqabətədavamlılıq əmsalını artıracaq. Bu baxımdan inkişaf etmiş ölkələrin məktəb proqramlarının əsas trendi hesab olunan təhsilalanlara  rəqəmsal bacarıqların öyrədilməsi  zərurəti ölkəmizin ümümtəhsil şəbəkəsi üçün də mühüm əhəmiyyət kəsb edir.




Загрузка...
Həmçinin oxuyun:
Lənkəran Dövlət Universiteti ilə Astara və Yardımlı məktəbləri arasında pilot layihə həyata keçirilir

Lənkəran Dövlət Universiteti ilə Astara və Yardımlı məktəbləri arasında pilot layihə həyata keçirilir

Qusar orta məktəbi pilot layihədə qalib olub

Qusar orta məktəbi pilot layihədə qalib olub

Sumqayıtda nəhayət ki, psixoloqlar da.... - FOTOLAR

Sumqayıtda nəhayət ki, psixoloqlar da.... - FOTOLAR

Çində dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb

Çində dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb

Təhsil Nazirliyində “eTwinning Plus” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib

Təhsil Nazirliyində “eTwinning Plus” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib

Xüsusi istedada malik şagirdlər üçün ustad dərsləri davam edir

Xüsusi istedada malik şagirdlər üçün ustad dərsləri davam edir

UNEC pilot universitet seçilib

UNEC pilot universitet seçilib

Qərb Universitetinin tələbələri məşhur proqram və oyunları Azərbaycan dilinə çevirəcək

Qərb Universitetinin tələbələri məşhur proqram və oyunları Azərbaycan dilinə çevirəcək

İntellektual oyunların tədris prosesinə tətbiqi öyrənilir

İntellektual oyunların tədris prosesinə tətbiqi öyrənilir

Uşaqlar üçün robot-pişik hazırlanıb

Uşaqlar üçün robot-pişik hazırlanıb

Regionlarda məktəb psixoloqlarının praktik bacarıqları artırılır

Regionlarda məktəb psixoloqlarının praktik bacarıqları artırılır

Azərbaycanda ali təhsilin keyfiyyətinin yüksəldilməsi üzrə layihə başa çatıb

Azərbaycanda ali təhsilin keyfiyyətinin yüksəldilməsi üzrə layihə başa çatıb

ADPU-da məktəb direktorları ilə görüş keçirilib

ADPU-da məktəb direktorları ilə görüş keçirilib

“eTwinning Plus” layihəsi çərçivəsində seminar

“eTwinning Plus” layihəsi çərçivəsində seminar

Böyük Britaniya, İtaliya, Almaniya, Kanada, Finlandiya, Estoniya və İsraildən öndəyik...

Böyük Britaniya, İtaliya, Almaniya, Kanada, Finlandiya, Estoniya və İsraildən öndəyik...

Alimlər üçün layihə müsabiqəsi elan edilib

Alimlər üçün layihə müsabiqəsi elan edilib

Lənkəran və Masallıda tədbir keçirilib

Lənkəran və Masallıda tədbir keçirilib

Sual:“Elektron məktəb” layihəsinin məqsədi nədir? Bu layihənin rayonlarda tətbiqi gözlənilirmi?

Sual:“Elektron məktəb” layihəsinin məqsədi nədir? Bu layihənin rayonlarda tətbiqi gözlənilirmi?

“Şahmat” fənni tədris olunan pilot ümumtəhsil məktəblərinin şagirdləri arasında yarış keçirilib

“Şahmat” fənni tədris olunan pilot ümumtəhsil məktəblərinin şagirdləri arasında yarış keçirilib

Bakıdakı məktəblərdə təhsil alacaq şagirdlərin sayı açıqlandı

Bakıdakı məktəblərdə təhsil alacaq şagirdlərin sayı açıqlandı

Paytaxt müəllimlərinə sertifikatlar təqdim olunub

Paytaxt müəllimlərinə sertifikatlar təqdim olunub

Təhsil Nazirliyi müsabiqə elan edir

Təhsil Nazirliyi müsabiqə elan edir

“eTwinning Plus” layihəsi çərçivəsində seminar

“eTwinning Plus” layihəsi çərçivəsində seminar

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.