AzTehsil.com


Xəbərlər
07 aprel 2019
2 680


Azərbaycanda hər bir uşağa bərabər imkanların yaradılması üçün ciddi islahatlar aparılır



Azərbaycanda hər bir uşağa bərabər imkanların yaradılması üçün ciddi islahatlar aparılır

 

 
Aprelin 6-da Heydər Əliyev Mərkəzində "CEO” şirkəti (ceo.az), Famtram.az ailə portalı, Edutainment.az təhsil strukturunun təşkilatçılığı ilə fərqli inkişaf özəllikləri olan uşaqlara həsr olunan 1-ci "Fərqli Fərdlər” konqresi keçirilib.

Konqresin məqsədi ictimaiyyətin diqqətini fərqli özəllikləri olan uşaqların inkişafına və təlim-tərbiyəsinə yönəldərək valideynlər, mütəxəssislər və pedaqoqlar arasında dialoq qurmaq və inklüziv cəmiyyətin dövlət tərəfindən müəyyənləşdirilmiş inkişaf təmayülünü dəstəkləməkdir.

Konqresdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova uşaq hüquqlarının qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib və görülən işlərdən danışıb: "Ölkə başçısının apardığı uğurlu siyasətin nəticəsi olaraq uşaq hüquqlarının müdafiəsi sahəsində əsaslı nailiyyətlər əldə olunub. Ölkəmizdə uşaq hüquqlarının qorunması üçün güclü qanunvericilik bazası mövcuddur. Azərbaycanda hər bir uşağa bərabər imkanların yaradılması, təhsil, tibb, istirahət və digər xidmətlərin daha əlçatan olması üçün ciddi islahatlar aparılır. Dövlət tərəfindən xüsusi qayğıya ehtiyacı olan və 16 yaşadək əlilliyi olanlara sosial müavinətlər verilir. Artıq 4 ildir ki, autizmli uşaqlara sosial müavinət təyin edilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqların hərtərəfli inkişafı üçün gördüyü işləri xüsusi qeyd etmək lazımdır. Bütün uşaqlar üçün, əsasən də xüsusi qayğıya ehtiyacı olan, ailələrini itirmiş azyaşlılar, münaqişədən zərər çəkmiş bölgələrdə yaşayanların müdafiəsi ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Uşaq hüquqlarının müdafiəsi üzrə ciddi nəzarət və monitorinq mexanizmi də yaradılıb ki, bu da müvafiq dövlət qurumlarının uşaqlara dair məsələləri daha çox diqqətdə saxlamalarına səbəb olub. Həmçinin uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı yaradılıb, bütün rayonlarda uşaqlara qarşı zorakılıq faktlarının aşkarlanması üzrə monitorinq qrupları fəaliyyət göstərir”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara qayğı ilə yanaşıldığını, problemlərinin həlli istiqamətində zəruri addımlar atıldığını bildirib: "Dövlətimiz uşaqların sağlam inkişafı üçün daim müvafiq tədbirlər görür. Bu baxımdan ötən ilin sonlarında "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununu xüsusi vurğulamaq istərdim. Qanuna əsasən, Azərbaycan vətəndaşı olan 18 yaşınadək şəxslər, ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilələr icbari tibbi sığorta haqqından azaddırlar. Onlar üçün müəyyən edilmiş illik tibbi sığorta haqqı - 120 manat dövlət büdcəsi hesabına ödəniləcək. İcbari tibbi sığortanın tətbiq edildiyi ərazilərdə yaşayanların 27 faizini uşaqlar təşkil edir. Onlar icbari tibbi sığortanın baza zərfinə daxil olan 1829 tibbi xidmətdən ödənişsiz istifadə hüququna malikdirlər. Pilot layihə müddətində agentlik Mingəçevir şəhəri, Ağdaş və Yevlax rayonlarında rəsmi qeydiyyatda olan və anadangəlmə ürək qüsuru ilə doğulan 37 uşağın əməliyyat olunmasını təmin edib”.

Təhsil nazirinin müavini İdris İsayev çıxış edərək sağlamlıq imkanları məhdud uşaqların təhsil almasına dair atılan addımlar barədə danışıb: "Dünya əhalisinin 15 faizi əlilliyi olan şəxslərdir. Onlardan 93 milyon nəfəri 14 yaşadək olan uşaqlardır. Azərbaycanda 18 yaşadək uşaqlar arasında sağlamlıq imkanları məhdud olanların sayı təxminən 70 mindir. Həmin şəxslər xüsusi qayğıya ehtiyacı olan təbəqə kimi daim diqqət mərkəzindədir. Onların bütün hüquqları digər şəxslərlə bərabər dövlət tərəfindən təmin edilir. Həmin uşaqların təhsilalma hüquqları da konstitusion hüquqlardan biridir. Ölkəmizdə "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə "2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” hazırlanıb və ölkə başçısının Sərəncamı ilə təsdiq edilib. İnklüziv təhsil uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq onların öz həmyaşıdları ilə məktəbdə eyni sinifdə təhsilə cəlb edilməsidir. Sağlamlıq imkanları məhdud uşaqlar dərs prosesində digər həmyaşıdları ilə birgə iştirak etdikdə, onların arasında bir-birinə qarşı anlaşma və hörmət hissi inkişaf edir, həmçinin onların həyata və cəmiyyətə fəal inteqrasiyası təmin edilir. Azərbaycanda 15 ümumtəhsil məktəbi, 13 məktəbəqədər təhsil müəssisəsində 268 nəfər əlilliyi olan uşaq inklüziv təsirə cəlb edilib. Bu gün də həmin təhsil müəssisələrində inklüziv təhsil davam edir. Təhsil Nazirliyi UNICEF-lə birgə "İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrasına başlayıb, paytaxtın dörd məktəbində 54 nəfər sağlamlıq imkanları məhdud şagird inklüziv təhsilə cəlb olunub, onların xüsusi təhsil ehtiyacları qiymətləndirilib, fərdi təlim proqramları hazırlanıb və müəllimlər təlimlərə cəlb edilib. Eyni zamanda, cari tədris ilində sağlamlıq imkanları məhdud 10 minədək uşaq xüsusi təhsil müəssisələrində dərs alır”.

Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəisi Soltan Məmmədov Fondun sağlamlıq imkanı məhdud uşaqların və gənclərin sağlamlıqlarının mühafizəsinə, təhsil almalarına, sosial problemlərinin həllinə xüsusi diqqət yetirdiyini diqqətə çatdırıb: "Bu istiqamətdə Heydər Əliyev Fondu tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqların tərbiyəsi, təhsili, inkişafı üçün güclü maddi-texniki baza ilə təmin olunmuş mərkəzlərin yaradılması, həmin mərkəzlərdə yüksək səviyyəli xidmətlərin göstərilməsi üçün müxtəlif layihələr həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və vitse-prezidenti Leyla Əliyeva müntəzəm olaraq xüsusi qayğıya ehtiyacı olan uşaqların təlim-tərbiyə və tibbi xidmət aldığı müəssisələrə baş çəkir və orada uşaqlar üçün yaradılmış şərait, uşaqların tibbi bərpa və təlim-tərbiyə prosesləri ilə yaxından tanış olurlar”.

Departamentin rəisi təhsil sahəsində aparılan siyasətin icrasına dəstək məqsədilə Heydər Əliyev Fondu tərəfindən bir sıra proqram və layihələrin uğurla icra olunduğunu da qeyd edib.

BP-nin əlaqələr, xarici işlər, strategiya və region üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə vaxtında və düzgün inteqrasiyası və adaptasiyasına yönəlmiş tədbirlərin təqdirəlayiq olduğunu qeyd edib. O, təmsil etdiyi qurumun cəmiyyətin ictimai-sosial həyatında fəal iştirak etdiyini və əsasən təhsil sahəsindəki təşəbbüsləri dəstəklədiyini bildirib: "İnklüziv təhsil də belə təşəbbüslərin tərkib hissəsidir. Son layihələrdən biri "Birgə və Sağlam” İctimai Birliyi ilə həyata keçirdiyimiz "Autizm spektr pozuntusu olan şəxslərə dəstək” layihəsidir. İlk dəfə məhz bu layihə çərçivəsində autizmli şəxslər üçün milli məlumat bazasının yaradılması, o cümlədən həmin bazaya və beynəlxalq standartlara uyğun təlim modullarının hazırlanması və valideynlərin cəlb edilməsi ilə təlimlərin təşkili nəzərdə tutulub. Məqsədə çatmaq üçün layihəyə beynəlxalq ekspertlər də cəlb olunub”.

Konqres panel müzakirələrlə davam etdirilib.

Qeyd edək ki, Tədbir "Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçirilib.

Konqresin baş tərəfdaşı qismində BP çıxış edib. Tədbir Shokki Mokki brendi, həmçinin "Halliburton”, "ACE Group Consultants”, "Art Trio”, "Credo” və "CTS Translation” şirkətləri tərəfindən dəstəklənib. Təşkilati dəstək "Birgə və Sağlam” İctimai Birliyi tərəfindən göstərilib.



Загрузка...
Həmçinin oxuyun:
Nazir: "2020-ci ilədək orta məktəblərdə 5000 nəfərədək sağlamlıq imkanları məhdud uşaq təhsilə cəlb ediləcək"

Nazir: "2020-ci ilədək orta məktəblərdə 5000 nəfərədək sağlamlıq imkanları məhdud uşaq təhsilə cəlb ediləcək"

Azərbaycanda evdə təhsil alan nə qədər əlil uşaq var? - Nazirlik AÇIQLADI

Azərbaycanda evdə təhsil alan nə qədər əlil uşaq var? - Nazirlik AÇIQLADI

Bu hal onların sosial müdafiəsini gücləndirir - Əlilliyi olan uşaqlar üçün...

Bu hal onların sosial müdafiəsini gücləndirir - Əlilliyi olan uşaqlar üçün...

Leyla Əliyeva:-"sağlamlıq imkanları məhdud olan məktbəlilər həmişə diqqət və qayğıda saxlanılmalıdır"

Leyla Əliyeva:-"sağlamlıq imkanları məhdud olan məktbəlilər həmişə diqqət və qayğıda saxlanılmalıdır"

Sumqayıtdan bir qrup müəllim prezident İlham Əliyevə müraciət ünvanlayıb

Sumqayıtdan bir qrup müəllim prezident İlham Əliyevə müraciət ünvanlayıb

Sağlamlıq imkanları məhdud şəxslərlə bağlı Dövlət Proqramı təsdiqləndi

Sağlamlıq imkanları məhdud şəxslərlə bağlı Dövlət Proqramı təsdiqləndi

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili üçün qanunvericiliyə yeni təkliflər hazırlanıb

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili üçün qanunvericiliyə yeni təkliflər hazırlanıb

Psixoloji-tibbi-pedaqoji komissiya barədə ƏSASNAMƏ

Psixoloji-tibbi-pedaqoji komissiya barədə ƏSASNAMƏ

604 uşağın internata düşməsinin qarşısı alınıb

604 uşağın internata düşməsinin qarşısı alınıb

Bu təhsil sisteminin ləğvi ilə bağlı yayılan məlumata - Rəsmi açıqlama

Bu təhsil sisteminin ləğvi ilə bağlı yayılan məlumata - Rəsmi açıqlama

Sağlamlıq imkanları məhdud  şəxslərlə bağlı işçi qrupu yaradıldı

Sağlamlıq imkanları məhdud şəxslərlə bağlı işçi qrupu yaradıldı

İnklüziv təhsil və onun əhəmiyyəti

İnklüziv təhsil və onun əhəmiyyəti

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi

MÜƏLLİMLƏR ÜÇÜN ÖDƏNİŞSİZ TƏLİM :Nitq qüsürü olun uşaqlarla bağlı..

MÜƏLLİMLƏR ÜÇÜN ÖDƏNİŞSİZ TƏLİM :Nitq qüsürü olun uşaqlarla bağlı..

Leyla Əliyeva internat məktəbində - FOTOLAR

Leyla Əliyeva internat məktəbində - FOTOLAR

Mehriban Əliyeva “Cırtdan” istirahət və sağlamlıq mərkəzinin açılışında -FOTOLAR

Mehriban Əliyeva “Cırtdan” istirahət və sağlamlıq mərkəzinin açılışında -FOTOLAR

Məktəbəqədər təhsil müəssisələrində təhsilalanlara tibbi xidmətin göstərilməsi qaydası təsdiq edilib

Məktəbəqədər təhsil müəssisələrində təhsilalanlara tibbi xidmətin göstərilməsi qaydası təsdiq edilib

Məktəbəqədər təhsil müəssisələrinə getməyən uşaqlar üçün qısamüddətli təlim qrupları yaradılacaq

Məktəbəqədər təhsil müəssisələrinə getməyən uşaqlar üçün qısamüddətli təlim qrupları yaradılacaq

Mehriban Əliyeva yeni məktəb binasının açılışında - FOTOLAR

Mehriban Əliyeva yeni məktəb binasının açılışında - FOTOLAR

Birinci vitse-prezident körpələr evində - FOTOLAR

Birinci vitse-prezident körpələr evində - FOTOLAR

Psixoloji-tibbi pedaqoji komissiya barədə  Əsasnamə

Psixoloji-tibbi pedaqoji komissiya barədə Əsasnamə

Məktəbəqədər təhsil müəssisələrində uşaqların sosial müdafiəsinə dair tədbirlər müəyyənləşib

Məktəbəqədər təhsil müəssisələrində uşaqların sosial müdafiəsinə dair tədbirlər müəyyənləşib

TEST 2 Direktor olmaq istəyənlər üçün Təhsil müəssisələrinin  tipləri və növləri

TEST 2 Direktor olmaq istəyənlər üçün Təhsil müəssisələrinin tipləri və növləri

Azərbaycanda 40 min uşaq təhsil ala bilmir - Əlilliyi olan şəxslər harada oxumalıdır?

Azərbaycanda 40 min uşaq təhsil ala bilmir - Əlilliyi olan şəxslər harada oxumalıdır?