AzTehsil.com


Xəbərlər / Müəllim
04 sentyabr 2017
8 188


Sumqayıtdan bir qrup müəllim prezident İlham Əliyevə müraciət ünvanlayıb



 

Azərbaycan Respublikasının Prezidenti Möhtərəm İlham Əliyev Cənablarına 
surəti:Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Hörmətli Mehriban Əliyevaya
surəti:Baş Prokuror cənab Zakir Qaralova
surəti:Ombudsman Elmira Süleymanovaya
surəti:Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Hörmətli cənab Səlim Müslümova
surəti:Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti cənab Səttar Mehbalıyevə
surəti:Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovaya
surəti:Təhsil Problemləri İnstitutunun direktoru cənab Qulu Novruzova
surəti:Təhsil naziri Mikayıl Cabbarova
surəti:Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri hörmətli Nizami Namazova
surəti:Xalqxeber.az saytının baş redaktoru Peyman Sadıqova


Ölkəmizdə "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasını Prezidenti, Ulu Öndər Heydər Əliyevin 19.07.2001-ci il tarixli 540 №li Fərmanı əsasında qəbul edilmişdir. 

Heydər Əliyev siyasətini uğurla davam etdirən Möhtərəm İlham Əliyev Cənabları və Hörmətli Mehriban Xanım Əliyeva tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasını təmin edilməsi məqsədilə inklüziv layihənin daha da genişləndirilməsi və tətbiqi istiqamətdə mühüm işlər görülməkdədir. 

"İnklüziv təhsil layihəsi"nin icrasına 2005-ci ildən start verilmişdir. Nazirlər Kabinetinin 3 fevral 2005-ci il tarixli, 20 №li qərarına əsasən "Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsili"nin təşkili üzrə inkişaf proqramı təsdiq edilmişdir.

AR Prezidentinin "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında 24.10.2013-cü il tarixli 13 №li və ilə Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında 19.01.2015-ci il tarixli 995 №li Sərəncamlarında inlüziv layihəyə xüsusi önəm verilib:

İnklüziv təhsilin inkişafı məqsədilə 2023-cü ilə qədər bu layihəyə maliyyə vəsaitinin ayrılması barədə xüsusi bənd var.
Azərbaycanda 60 minə yaxın sağlamlıq imkanları məhdud uşaq var. Onlardan yalnız 12 mini təhsilə cəlb olunub, o cümlədən, 1105-i xüsusi məktəblərdə, 2664-ü xüsusi internat məktəblərində, 7750-si evdə, 268-i isə inklüziv təhsil alır. 

Sumqayıt şəhərində isə pilot layihə olaraq 2005-ci ildən 11 №li məktəbdə də tətbiq edilməyə başlayb. Həmin vaxtdan biz müddətsiz əmək müqaviləsi əsasında tərbiyəçi-müllim köməkçiləri kimi işə qəbul edilmişik.

Hazırda sayı 70-ə çatan sağlamlıq imkanları məhdud şagirdlərin qayğısına qalmışıq.

2016-cı ilin sentyabrından Təhsil Nazirliyinin bəzi əməkdaşları, Sumqayıt Şəhər Təhsil şöbəsinin sabiq müdiri əsassız şəkildə inklüziv layihənin icra müddətinin bitməsini iddiasına başladılar.

Təhsil nazirinin müavini Ceyhun Bayramovun 27.09.2016-cı il tarixli, 02-17-6776/16 №li məktubuna "istinad” edərək inklüziv layihənin icra müddətinin 2009-cu ildən bitməsini iddia edib 4 №li orta məktəbdə inklüziv təhsil sistemininin ləğvinə "nail” olanlar özlərinə növbəti "hədəf” olaraq 11№li məktəbi seçiblər.

Bununla əlaqədar aşağıdakı faktları diqqətinizə çatdırıram :

Təhsil nazirliyi Prezident Fərmanlarını "görməzdən gəlib” nazir müavini C.Bayramovun 27.09.2016, 02-17-6776/16 №li məktubuna "istinad” edərək layihənin icra müddətinin guya 2009-cu ildən bitməsini iddia etməsi çox gülünc və faciəvidir.

Azərbaycanda İnklüziv layihənin yaradılması mərhum Prezident Heydər Əliyevin, inklüziv layihənin təbiqi, genişləndirilməsi İlham Əliyev Cənablarının müvafiq Fərmanları əsasında baş tutmuşdur. Bu günə kimi inklüziv təhsilin ləğvi haqqında Prezidentin Fərmanı yoxdur. Əksinə, Ölkəmizdə inklüziv təhsilin tətbiqinin önəmi günü-gündən artmaqdadır.

Möhtərəm Prezidentimiz Ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqların da qayğısına qalaraq, inklüziv təhsilin inkişafı, tətbiqi üçün Fərmanlar imzalayır 2023-cü ilə kimi bu layihəyə maliyyə vəsaitin ayrılması, barədə göstəriş verir.

Nazirlər Kabinetinin 10.06.2015- ci il, 219 №li Qərarı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya müəssisələri yaradılmışdır.

Təhsil nazirliyi isə bu layihənin icra müddətinin 2009-cu ildə bitməsini iddia edir. 

2009-cu ildən icra müddəti bitən layihəni təhsil nazirliyi 8 ildən sonramı "aşkar” etdi ? Layihə 2009-cu ildən ləğv edilibsə 2017-ci ilədək 8 il ərzində bizə dövlət büdcəsindən hansı əsasla bizə əmək haqqı ayrılıb ?

Bu vaxta qədər harada idilər ? Layihənin müddəti bitibsə demək, büdcədən əlavə xərclərə yol verilib və nazirliyin bəzi əməkdaşları da bunlara məqsdəli şəkildə "göz yumub”. Hansı ki, büdcə təşkilatlarının ştat cədvəlləri hər il maliyyə nazirliyinə də təqdim edilərək təsdiq edilir. İnklüziv layihənin tətbiqi zamanı hər hansı qanun pozuntularına yol verilibsə bunların araşdırılması üçün Baş Prokurorluğa müraciət edilməli idi. Dövlət büdcəsindən qanunsuz pul xərcləmək Dövlət Başçısına, Dövlətə xəyanətdir. 

İnklüziv layihə üçün Qanunla nəzərdə tutulan saylardan əlavə, işçilərin qəbul edilməsi bizim problemimiz deyil. Biz ərizə yazıb, müddətsiz əmək müqaviləsini imzalayıb işə qəbul edilmişik. 

Sumqayıt şəhər 11№li məktəbdə bu layihəni bağlamaq məqsədilə bizi mövcud əmək haqlarımızdan aşağı olan işlər təklif edib, ayda 70-80 manatla minimum dərs saatları verib, müxtəlif təzyiqlərlə bizi bu layihədən kənarlaşdırıblar.

Maddi durumlarımız çox ağırdır. Sıralarımızda tənha analar, məcburi köçkün olanlar var. Özbaşına məmurlar bizi artıq ölüm həddinə gətirib çıxarıblar. 

Azərbyacan Respublikasının hər hansı regionunda inklüziv layihənin ləğvi barədə qərar yalnız Ölkə Prezidentinin Fərmanından sonra verilə bilər.
Sumqayıt şəhər 11 №li tam orta məktəbdə inklüziv təhsil alan 70 nəfərə yaxın şagirdlərin hər biri İlham Əliyev Cənablarının, Dövlətimizin maddi və mənəvi qayğısı ilə əhatə olunublar. Dövlətdən hər ay maddi dəstək alırlar.

Bizi də layihədən kənarlaşdıqdan sonra bu şagirdlərin talehi necə olacaq ? 

Xüsusi qayğıya ehtiyacı olan şagirdləri Dövlət qayğılardan məhrum etməyi qarşısına hədəf qoyanların bu hərəkəti Möhtərəm Prezidentimiz İlham Əliyev Cənablarına, Ulu Öndər Heydər Əliyev siyasətinə xəyanət, xüsusi qayğıya ehtiyacı olan uşaqlara qarşı da mənəvi terror kimi qiymətləndiririk.

Dövlət Başçımızın, Ölkənin Birinci Xanımının sayəsində Sumqayıt şəhər 11 №li orta məktəbə inklüziv təhsil alan sağlamlıq imkanları məhdud 70 şagirdi dövlət qayğısından məhrum etmək istəyənlərin məqsədləri nədir ?!

Qeyd olunanları nəzərə alaraq tərəfinizdən bütün bunların diqqətlə araşdırılması və Qanunun tələblərinə uyğun qaydada müvafiq tədbirlər görmənizi Sizdən xahiş edirik.

Hörmətlə,
Sumqayıt şəhər 11 saylı tam 
orta məktəbin inklüziv təhsil üzrə
tərbiyəçi-müəllim köməkçiləri: [email protected]


1.Namazova Xeyransa Kamal (Sumqayıt ş., 45- ci məh. Ev-9/12, m.54) Əlaqə tel.: 055 914-56-80
2.Tağıyeva Aytən Nüsrət (Sumqayıt ş., 5- ci mkr.. Ev-7/7, m.41) Əlaqə tel.:: 070 337-75-66
3.Rzayeva Ləman Muxtar(Qubadlı rayon, Xanlıq k., məcburi köçkün) Əlaqə tel.: 055 631-55-01
4.Şahhüseynova Kəmalə Nurəli (Abşeron r.,Saray q., M.P.Vaqif k.,ev-7) Əlaqə tel.: 077 218-24-77
5.Mirzəyeva Aybəniz Qurban (Sumqayıt ş., Kotec q., 24-cü məh., ev-38A/14) Əlaqə tel.: 077 323-82-83
6.Nəsirova Təranə Sadıq (Sumqayıt ş., 40-cı məh., ev-21b, m.66) Əlaqə tel.: 070 512-04-50
7.Heydərova Gülnarə Firdovsi(Sumqayıt ş.,10-cu mk/rn, ev-62,m.4) Əlaqə telefonu: 055 865-30-34
8.Namazova Xeyransa Kamal (Sumqayıt ş., 3-cü məh. Ev-23/14, m.27) Əlaqə tel.: 051 953-60-61
9.Əhmədova Zəminə Nurməhəmməd (Sumqayıt ş.,5-ci məh. Ev-16/13, m.2) Əlaqə tel.: 055 605-68-33




Загрузка...
Həmçinin oxuyun:
"Cənab Mikayıl Cabbarov, sizdən diqqət, qayğı gözləmirəm" - NARAZILIQ

"Cənab Mikayıl Cabbarov, sizdən diqqət, qayğı gözləmirəm" - NARAZILIQ

MÜƏLLİMLƏR ÜÇÜN ÖDƏNİŞSİZ TƏLİM :Nitq qüsürü olun uşaqlarla bağlı..

MÜƏLLİMLƏR ÜÇÜN ÖDƏNİŞSİZ TƏLİM :Nitq qüsürü olun uşaqlarla bağlı..

Azərbaycanda internat məktəblərinin bazasında gimnaziyalar yaradılıb

Azərbaycanda internat məktəblərinin bazasında gimnaziyalar yaradılıb

Sumqayıt Mərkəzi Kitabxanasından fiziki imkanları məhdud uşaqlara tövhə

Sumqayıt Mərkəzi Kitabxanasından fiziki imkanları məhdud uşaqlara tövhə

TEST 2 Direktor olmaq istəyənlər üçün Təhsil müəssisələrinin  tipləri və növləri

TEST 2 Direktor olmaq istəyənlər üçün Təhsil müəssisələrinin tipləri və növləri

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Bu gün yüzlərlə tələbə universitetə, tələbəlik həyatına əlvida deyir..SDU-da məzun günü

Bu gün yüzlərlə tələbə universitetə, tələbəlik həyatına əlvida deyir..SDU-da məzun günü

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi

İlham Əliyev məktəbəqədər təhsil barədə fərman verdi

İlham Əliyev məktəbəqədər təhsil barədə fərman verdi

Leyla Əliyeva:-"sağlamlıq imkanları məhdud olan məktbəlilər həmişə diqqət və qayğıda saxlanılmalıdır"

Leyla Əliyeva:-"sağlamlıq imkanları məhdud olan məktbəlilər həmişə diqqət və qayğıda saxlanılmalıdır"

Psixoloji-tibbi pedaqoji komissiya barədə  Əsasnamə

Psixoloji-tibbi pedaqoji komissiya barədə Əsasnamə

Sağlamlıq imkanları məhdud gənclər üçün peşə kursları üzrə növbəti imtahan

Sağlamlıq imkanları məhdud gənclər üçün peşə kursları üzrə növbəti imtahan

Məktəb direktoru olmaq istəyənlər üçün - Azərbaycan Respublikası Təhsil Qanunu ilə bağlı qəbul edilmiş normativ sənədlərin SİYAHISI

Məktəb direktoru olmaq istəyənlər üçün - Azərbaycan Respublikası Təhsil Qanunu ilə bağlı qəbul edilmiş normativ sənədlərin SİYAHISI

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

"Formal təhsilin təşkili Qaydaları"  NK-nın 6 avqust 2010-cu il  tarixli № 147-li QƏRARI

"Formal təhsilin təşkili Qaydaları" NK-nın 6 avqust 2010-cu il tarixli № 147-li QƏRARI

SDU tələbəsi I Vitse-Prezidentə şikayət etdi

SDU tələbəsi I Vitse-Prezidentə şikayət etdi

Sumqayıtda məktəbdənkənar təhsil müəssisələri birləşdirilir: ixtisar gözlənilirmi?

Sumqayıtda məktəbdənkənar təhsil müəssisələri birləşdirilir: ixtisar gözlənilirmi?

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Sumqayıt Dövlət Universitetindən I vitse-prezidentə şikayət edən tələbəylə bağlı AÇIQLAMA

Sumqayıt Dövlət Universitetindən I vitse-prezidentə şikayət edən tələbəylə bağlı AÇIQLAMA

Bu il 250 əlil peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib

Bu il 250 əlil peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib

TOPs proqramı çərçivəsində növbəti “Açıq dərs”

TOPs proqramı çərçivəsində növbəti “Açıq dərs”

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması  QAYDALARI

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması QAYDALARI