Xəbərlər
18 aprel 2017
4 129


TOPs proqramı çərçivəsində növbəti “Açıq dərs”

TOPs proqramı çərçivəsində növbəti “Açıq dərs”

 

Bakı şəhəri 138 nömrəli tam orta məktəbin inklüziv  təhsil tətbiq olunan 2-ci sinfində "TOPs – fiziki tərbiyə sahəsində müasir təhsil texnologiyasının yaradılması” layihəsi çərçivəsində "Açıq dərs” keçirilib. TOPs təlimlərindən keçmiş ibtidai sinif müəllimləri Gülər Abdullayeva və Səbinə Əliyeva şagirdlərə innovativ tədris vəsaiti olan TOP oyun tədris kartlarından istifadə edərək ilkin hərəki bacarıq və vərdişlər öyrədiblər.
 
"Açıq dərs”i Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, "British Council” təşkilatının Azərbaycandakı nümayəndəliyinin, "İnkişaf Naminə İdman” İctimai Birliyinin məsul şəxsləri, müəllim və valideynlər izləyiblər.
 
Təhsil Nazirliyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, "British Council” və "İnkişaf Naminə İdman” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən TOPs layihəsinin əsas məqsədi ümumi təhsil məktəblərinin fiziki tərbiyə və ibtidai sinif müəllimlərini fiziki tərbiyə fənni üzrə müasir təhsil texnologiyası ilə təmin etməkdir.
 

TOPs proqramı çərçivəsində növbəti “Açıq dərs”

 

Hazırda layihə Bakı və Sumqayıt şəhərlərinin 72 ümumi təhsil məktəbində tətbiq edilir. 2014-cü ildən start verilən layihədən 100 000 nəfərdən artıq şagird daha keyfiyyətli və maraqlı fiziki tərbiyə dərsindən, eləcə də dərsdənkənar fəaliyyətdən faydalanıb, 200-ə yaxın ibtidai sinif və 500-dən artıq fiziki tərbiyə müəllimi TOPs təlimlərində iştirak edərək sertifikatla təltif edilib.






Загрузка...