AzTehsil.com


Xəbərlər
29 mart 2017
4 638


Qullar kənd 1 nömrəli tam orta məktəbin V sinfində açıq dərs keçirilib



Qullar kənd 1 nömrəli tam orta məktəbin V sinfində açıq dərs keçirilib

 

Martın 28-də Qullar kənd 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Muğumova Güldanə tərəfindən V sinifdə açıq dərs keçirilib.
 
Ədəbiyyat fənnindən keçirilən dərsin mövzusu M.H.Şəhriyarın "Heydərbabaya salam” poeması olub.
 

Qullar kənd 1 nömrəli tam orta məktəbin V sinfində açıq dərs keçirilib

 

Dövlət himnimizin səslənməsi ilə başlayan dərsdə mövzunu daha aydın dərk etməyə yardımçı vasitə kimi  proektor vasitəsi ilə video çarxlar və şəkillərdən istifadə edilib.
 
Şagirdlər "Azərbaycan”, "Heydərbaba”, "Şəhriyar” olmaqla 3 qrupa bölünüblər, qruplara təqdim olunan "Şeirin emosionallığını göstərən xüsusiyyətlər hansılardır?” tədqiqat sualı qrup liderləri tərəfindən cavablandırılıb.
 

Qullar kənd 1 nömrəli tam orta məktəbin V sinfində açıq dərs keçirilib

 

Dərsin sonunda ev tapşırığı verilib və şagirdlərin bilik səviyyəsi qiymətləndirilib. Müşahidəçi qismində iştirak edən Təhsil Şöbəsinin metodisti Esmira Qurbanova, məktəb rəhbərliyi və fənn müəllimləri dərs barədə fikirlərini bildiriblər.
 
Vüsalə Bədəlova(Zaqatala-Balakən təhsil şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)



Загрузка...