AzTehsil.com


Xəbərlər / H/N sənədlər
06 yanvar 2017
11 290


Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları



Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

 


                1.  Ümumi müddəalar
 
1.1. Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları” (bundan sonra - Qaydalar) "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət  Strategiyası”nın  təsdiq  edilməsi  haqqında  Azərbaycan  Respublikası  Prezidentinin 24.10.2013-cü il tarixli Sərəncamına, "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının  diaqnostik  qiymətləndirilməsi  aparılan  müəllimlərin  dərs  yükünün  və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 nömrəli Sərəncamına, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19.01.2015-ci il tarixli Sərəncamına, Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.07.2016-cı il tarixli, 270 nömrəli qərarına uyğun hazırlanmışdır.

1.2. Bu  Qaydalar  Təhsil  Nazirliyi  sisteminə  daxil  olan  ümumi  təhsil  müəssisələri,  o cümlədən xüsusi tipli ümumi təhsil müəssisələrində diaqnostik qiymətləndirilmənin aparılması ilə bağlı təhsili idarəetmə orqanlarının, müəssisə rəhbərlərinin, müəllimlərin hüquq və vəzifələrini müəyyən edir.
 
 
             2.  Diaqnostik qiymətləndirilmənin məqsədi
 
2.1. müəllimlərin  bilik  və  bacarıq  səviyyəsinin  test  üsulu  ilə  müəyyənləşdirib  üzə çıxarılması.

2.2. bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü  normasının  optimallaşdırılmasının,  aylıq  vəzifə maaşlarının  artırılmasının  və  maddi rifahının yaxşılaşdırılmasının təmin edilməsi.

2.3. nəticələrdən asılı olaraq müəllimlərin inkişafyönümlü təlimlərə cəlb edilməsi.
 
 
3. Diaqnostik qiymətləndirilməyə cəlb olunan müəllimlər
 
3.1. Diaqnostik qiymətləndirilməyə aşağıdakı kateqoriyada olan müəllimlər cəlb olunur:

3.1.1. Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində (ibtidai, ümumi orta  və  tam  orta  məktəblər,  ümumtəhsil  internat  məktəbləri  və  istedadlı  şagirdlər  üçün məktəblər, gimnaziyalar, liseylər) və xüsusi tipli ümumi təhsil müəssisələrində (xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat  məktəbləri,  xüsusi  qayğıya  ehtiyacı  olan  uşaqlar  üçün  müəssisələr,  cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəbləri) əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri;

3.1.2 Nazirliyin mərkəzləşdirilmiş qaydada keçirdiyi müsabiqələrin nəticəsi olaraq ümumi təhsil müəssisələrinə iş yerini dəyişən və yeni işə qəbul olunan müəllimlər.

3.2 İki və daha artıq fənndən tədris aparan müəllimlər öz seçimlərinə əsasən yalnız bir fənn üzrə diaqnostik qiymətləndirilmədə iştirak edə bilərlər. Bu halda əməkhaqqı artımı hər bir fənn üzrə tədris edilən dərs saatlarına şamil olunur.
 
 
        4. Diaqnostik qiymətləndirilmənin keçirilməsi forması
 
4.1. Diaqnostik qiymətləndirilmənin aparılması Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı tətbiq olunmaqla test üsulu ilə həyata keçirilir.

4.2. Diaqnostik qiymətləndirilmə ümumi təhsil müəssisələrinin tədris planlarında nəzərdə tutulan fənlər üzrə təşkil edilir.

4.3. Qiymətləndirilmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə ümumi olaraq 20 test tapşırığı verilir və hər bir düzgün cavab 1 balla qiymətləndirilir.

4.4. Namizədlərə test imtahanının yerinə yetirilməsi üçün 90 dəqiqə vaxt ayrılır.
 
 
5. Diaqnostik qiymətləndirilmənin yekunları
 
5.1. Diaqnostik qiymətləndirilmədə iştirak edərək test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 nömrəli Sərəncamına uyğun olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər hesab olunurlar. Diaqnostik qiymətləndirilmənin nəticələri Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilir, diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq əməkhaqqı həftəlik dərs yükünə müvafiq olaraq artırılır. 
5.2. Təhsil  müəssisələrinin  rəhbərləri  tərəfindən  müəllimlər  arasında  dərs  yükünün bölüşdürülməsi, onların karyera inkişafı, əməyinin rəğbətləndirilməsi zamanı diaqnostik qiymətləndirilmənin nəticələri nəzərə alınır.

5.3. Diaqnostik qiymətləndirilmədə iştirak edərək hər bir bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllim hesab olunmur və peşəkar ehtiyacları nəzərə alınaraq onlar üçün ixtisasartırma təlimləri təşkil olunur.

5.4. Bilik  və  bacarıqlarının  diaqnostik  qiymətləndirilməsi  aparılan  müəllimlər  iş  yerini qiymətləndirilmə həyata keçirilməyən şəhər və rayona dəyişərlərsə, Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 nömrəli Sərəncamının həmin müəllimlərə şamil edilməsi aidiyyəti  şəhər  və  rayonda  qiymətləndirilmə  keçirildikdən  sonra  həyata  keçirilir.  Həmin müəllimlərə təkrar olaraq qiymətləndirilmədə iştirak etmək tələb olunmur.
 
 
 
6. Diaqnostik qiymətləndirilmədə iştirak edənlərin hüquqları 

6.1. Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri olaraq əmək  müqaviləsi  əsasında  işləyən  müəllimlər,  müəllim-defektoloqlar, tədris aparan müəllimlər  və  gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak edə bilərlər.

6.2. Müəllimlər diaqnostik qiymətləndirilmə imtahanının yeri və vaxtı, həmçinin imtahan proqramı barədə əvvəlcədən məlumatlandırılmalıdırlar.

6.3. Diaqnostik   qiymətləndirilmə   prosesinin   gedişatı,   sualların   məzmunu   və   digər məsələlər ilə bağlı imtahan verən müəllimlərin müraciətlərinə qiymətləndirilmə başa çatdıqdan sonra  bir  həftə  ərzində  baxılır.  Bunun  üçün  www.dq.edu.az  saytına  daxil  olaraq  elektron formada müraciət edilməlidir.

6.4. Diaqnostik   qiymətləndirilmədə   iştirak   edib   zəif   nəticə   göstərmiş   müəllimlər, nəticələrini yaxşılaşdırmaq məqsədilə qiymətləndirilmədə yenidən iştirak etmək üçün müraciət edə bilərlər.

6.5 Diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər gələcəkdə direktor, direktor müavini və digər vəzifə tutduqda onların tədris etdikləri dərsə görə əməkhaqqı Nazirlər Kabinetinin 11.07.2016-cı il tarixli, 270 nömrəli qərarına uyğun hesablanıb ödənilir.
 
     7. Diaqnostik qiymətləndirilmədə iştirak edənlərin vəzifələri
 
7.1. Müəllimlər imtahan keçiriləcək məkana nəzərdə tutulmuş vaxtda gəlməli, imtahan qaydaları ilə tanış olmalı və həmin qaydalara riayət etməlidirlər.

7.2. Yerli  təhsili  idarəetmə  orqanları  imtahanda  iştirak  edəcək  müəllimlər  haqqında məlumatların www.dq.edu.az saytına daxil edilməsi, məlumatların dürüstlüyünün təmin edilməsi, eləcə də diaqnostik qiymətləndirilmənin məqsədinin müəllimlərə düzgün formada çatdırılması öhdəliyini daşıyırlar.

7.3. Yerli təhsili idarəetmə orqanları və təhsil müəssisələrinin rəhbərləri müəyyənləşdirilmiş vaxtda müəllimlərin diaqnostik qiymətləndirilmədə iştirakının təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi üçün birbaşa məsuliyyət daşıyırlar.
 




Загрузка...
Həmçinin oxuyun:
Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması  QAYDALARI

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması QAYDALARI

Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 )  verdi

Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 ) verdi

Göygöl rayonunda diaqnostik qiymətləndirmə ilə bağlı iclas keçirilib.

Göygöl rayonunda diaqnostik qiymətləndirmə ilə bağlı iclas keçirilib.

Təhsil Nazirliyinin əməkdaşları Diaqnostik Qiymətləndirmədə iştirak edəcək rayonlarda toplantı keçiriblər

Təhsil Nazirliyinin əməkdaşları Diaqnostik Qiymətləndirmədə iştirak edəcək rayonlarda toplantı keçiriblər

Daha 40 000 müəllimin əmək haqqı artırılacaq ...

Daha 40 000 müəllimin əmək haqqı artırılacaq ...

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Diaqnostik Qiymətləndirmə  ilə bağlı xəbər var

Diaqnostik Qiymətləndirmə ilə bağlı xəbər var

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

İş yerini dəyişən Müəllimlərin maaşı necə hesablanacaq? - Açıqlama

İş yerini dəyişən Müəllimlərin maaşı necə hesablanacaq? - Açıqlama

Müəllimlərin İŞƏ Qəbulu və  Yerdəyişmə Qaydaları ƏMR № 165

Müəllimlərin İŞƏ Qəbulu və Yerdəyişmə Qaydaları ƏMR № 165

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu  QAYDALARI

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərən Göygöl rayon müəllimləri.

Diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərən Göygöl rayon müəllimləri.

22 İYUL - Müəllimlərin işə qəbulu: diaqnostik qiymətləndirmə ilə bağlı SEMİNAR

22 İYUL - Müəllimlərin işə qəbulu: diaqnostik qiymətləndirmə ilə bağlı SEMİNAR

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə :   Diaqnostik , Formativ , Summativ

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə : Diaqnostik , Formativ , Summativ

Müəllimlərlə bağlı yeni qaydalar

Müəllimlərlə bağlı yeni qaydalar

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

Direktorların müsabiqə yolu ilə işə qəbulunun aparılması QAYDALARI

Direktorların müsabiqə yolu ilə işə qəbulunun aparılması QAYDALARI

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Məktəbdənkənar təhsil müəssisələrində çalışan pedaqoji işçilərin bilik və bacarıqlarının qiymətləndirilməsi keçiriləcək.

Məktəbdənkənar təhsil müəssisələrində çalışan pedaqoji işçilərin bilik və bacarıqlarının qiymətləndirilməsi keçiriləcək.

İşdən çıxarılan müavini direktorun razılığı olmasa ....... ƏMR № 205

İşdən çıxarılan müavini direktorun razılığı olmasa ....... ƏMR № 205

"Ən yaxşı müəllim" müsabiqəsinin keçirilməsi qaydalar

"Ən yaxşı müəllim" müsabiqəsinin keçirilməsi qaydalar

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb