AzTehsil.com


Xəbərlər / Cəmiyyət
22 avqust 2017
4 067


Sumqayıtda məktəbdənkənar təhsil müəssisələri birləşdirilir: ixtisar gözlənilirmi?



 

 İşə gəlməyin
 
Sumqayıtda məktəbdənkənar təhsil müəssisələrində çalışan müəllimlərin fəaliyyətinə xitam verilib və qeyd olunub ki, 2-3 ay müddətində işə gəlməsinlər.
Bu barədə orada çalışan bir qrup müəllim bildirib. Qeyd olunub ki, yalnız bu müddətdən sonra onların işləyəcəyi ilə bağlı qərar veriləcək. Məlum olub ki, bu Təhsil Naziri Mikayıl Cabbarovun "Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin rasionallaşdırılması barədə” imzaladığı 233 nömrəli əmrlə bağlıdır. Bu əmr Sumqayıtda fəaliyyət göstərən aşağıdakı məktəbdənkənar müəssisələrinə aid edilib.
Əmrə əsasən, Sumqayıt şəhər Uşaq- Gənclər İdman Məktəbi "Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialı birləşdirilməli və onların bazasında "Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli Uşaq Gənclər İdman-Şahmat məktəbi yaradılmalıdır. Həmçinin, Sumqayıt şəhər Uşaq-Gənclər Şahmat Məktəbi və Sumqayıt şəhər 2 saylı Uşaq-Gənclər İdman məktəbi birləşdirilməli və onların bazasında Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi yaradılmalıdır. Bununla yanaşı, Sumqayıt şəhər Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi Sumqayıt şəhər Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi və Sumqayıt şəhər Uşaq Yaradıcılıq Mərkəzi birləşdirilib və onların bazasında Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi yaradılmalıdır. Və Sumqayıt şəhər Məktəbdənkənar Tərbiyə işi Mərkəzi və Sumqayıt şəhər Texniki Yaradıcılıq Mərkəzi birləşdirilməli və onların bazasında Sumqayıt şəhər 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi yaradılmalıdır. Belə olan təqdirdə isə bu müəssisələrdə çalışan pedaqoji heyətin bir hissəsi işi ilə vidalaşmalı olacaq. Bu isə müəllimləri narahat etməyə başlayıb.
 
Nizami Namazov: "Yeni yaradılmış müəssisələrə yenidən işə götürüləcəklər”
 
Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Nizami Namazov bildirdi ki,addımlar Nazilriyinin əmrinə əsasən atılacaq: "Əvvəllər Sumqayıtda 8 pərakəndə məktəbdənkənar təhsil müəssisəsi var idi. Bunların da çoxunun istiqamətləri oxşardır. Ona görə də onlar birləşdirilir və 4 yeni mərkəz yaradılır. Həmin əmrin 149-cu maddəsində yazılıb ki, həmin müəssisələrin əməkdaşları yeni yaradılmış müəssisələrə yenidən işə götürüləcəklər”.
 
Ekspert: "Təxminən 5000 adam ixtisara düşəcək”
 
Təhsil eksperti Elşən Qafarov isə deyir ki, Təhsil Nazirliyinin "islahatlar yolu” adı ilə gördüyü işlərdə növbə məktəbdənkənar təhsil müəsisələrinə çatıb: "Bundan əvvəl "peşə məktəblərinin rasionallaşdırılması” adı ilə birləşdirilməsi əslində onların bağlanması demək idi. Hazırda ölkədə təxminən 300-ə yaxın məktəbdənkənar təhsil müəssisəsi var. Bu müəssisələrdə isə təqribən 7000-ə yaxın müəllim işləyir. Hazırkı vəziyyətə əsasən, hər 5-10 məktəbin birləşdirilməsi planlaşdırılır. Bu o deməkdir ki, təxminən 5000 adam ixtisara düşəcək. Rasionallaşdırma əslində bəhanədir. Bunun arxasında məktəbənkənar təhsil müəssisələrinin bağlanması məsələsi durur. Bütün regionlarda yerləşən məktəbdənkənar təhsil müəssisələrinin möhürləri, ştampları onların direktorlarından heç bir əsas olmadan alınaraq Regional Ərazi Hesablama Mərkəzlərinə verilib. Müəllimlərin bir hissəsinə deyilib ki, işdən azad olmağa razılıq versinlər, bir hissəsini aldadıblar ki, kim ərizə yazsa, biz iki-üç aydan sonra onları yenidən işə götürəcəyik, bir hissəsi isə ərizə yazmayıb və onlara bildirilib ki, gedin və iki-üç aydan sonra sizi çağıracaqlar. Halbuki məktəblərin birləşdirilməsi, bağlanması, ləğv olunması haqqında layihə hələ hazır deyil. Bu, insanların əmək hüquqlarının kobud şəkildə pozulması deməkdir”.
 
Hüquqşünas: "Rəsmi əmr yoxdursa, bu, qanunauyğunsuzluqdur”
 
Hüquqşünas Ramil Süleymanov bildirdi ki, rəsmi şəkildə müəllimlərin işdən çıxarılması və ya ixtisara salınması ilə bağlı əmr olmazsa, onların işdən çıxarılması qanunun tələblərinə uyğun deyil. Bunun üçün rəsmi əmr olmalıdır və orada hansı xüsusiyyətlərə malik işçilərin işdə saxlanılması göstərilməlidir. Məktəbdənkənar müəssisələrin birləşdirilməsi haqqında qəbul edilən əmr onların işdən çıxarılmasını göstərən rəsmi sənəd deyil: " Müəllimlərdən 2-3 ay müddətində işə getməmələri əmr olmadan tələb edilə bilməz. Onlar bu müddət ərzində işlərinə gedib öz fəaliyyətlərini davam etdirsinlər. Əks təqdirdə şifahi şəkildə onlara verilən bu göstəriş işəgötürən tərəfindən bəhanə kimi qəbul edilə və əsassız şəkildə dərs buraxdıqları üçün işdən çıxarılmalarına səbəb ola bilər”.  Ümid edirik ki, müəllimlərin bu problemi yaxın müddət ərzində öz həllini tapacaq.




Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda internat məktəblərinin bazasında gimnaziyalar yaradılıb

Azərbaycanda internat məktəblərinin bazasında gimnaziyalar yaradılıb

Sumqayıtda gənclər üçün “Sosial Mühəndislik” peşəsi təlimi

Sumqayıtda gənclər üçün “Sosial Mühəndislik” peşəsi təlimi

Bölgələrdə məktəbdənkənar təhsil müəssisələrində çalışan müəllimlərin qiymətləndirilməsi keçiriləcək

Bölgələrdə məktəbdənkənar təhsil müəssisələrində çalışan müəllimlərin qiymətləndirilməsi keçiriləcək

Şahmat üzrə zona yarışında Şabran rayon Uşaq-Gənclər Şahmat Məktəbinin uğuru

Şahmat üzrə zona yarışında Şabran rayon Uşaq-Gənclər Şahmat Məktəbinin uğuru

Məktəbdənkənar təhsil müəssisələri üçün yenilik

Məktəbdənkənar təhsil müəssisələri üçün yenilik

Sumqayıt Mərkəzi Kitabxanasından fiziki imkanları məhdud uşaqlara tövhə

Sumqayıt Mərkəzi Kitabxanasından fiziki imkanları məhdud uşaqlara tövhə

Tədrisin təmayüllər üzrə  təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Tədrisin təmayüllər üzrə təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyətinin qiymətləndirilməsi keçiriləcək

Məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyətinin qiymətləndirilməsi keçiriləcək

Sumqayıtda məktəb stadionlarını satırlar..VİDEO

Sumqayıtda məktəb stadionlarını satırlar..VİDEO

Müəllim işləyə-işləyə yeri vakant göstərilib?-Sumqayıt məktəbində qəribə olay

Müəllim işləyə-işləyə yeri vakant göstərilib?-Sumqayıt məktəbində qəribə olay

Şahmat üzrə zona yarışında Samux rayon Uşaq-Gənclər Şahmat Məktəbinin uğuru

Şahmat üzrə zona yarışında Samux rayon Uşaq-Gənclər Şahmat Məktəbinin uğuru

Məktəbdənkənar təhsil müəssisələrində çalışan pedaqoji işçilərin bilik və bacarıqlarının qiymətləndirilməsi keçiriləcək.

Məktəbdənkənar təhsil müəssisələrində çalışan pedaqoji işçilərin bilik və bacarıqlarının qiymətləndirilməsi keçiriləcək.

Sumqayıt Dövlət Universitetinin tələbə yataqxanasında yanğın baş verib

Sumqayıt Dövlət Universitetinin tələbə yataqxanasında yanğın baş verib

Nazir daha üç kolleci birləşdirir

Nazir daha üç kolleci birləşdirir

Məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyəti üçün təlim keçirilib

Məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyəti üçün təlim keçirilib

Bu gün Bakı və Sumqayıtda şagirdlər imtahan verəcək

Bu gün Bakı və Sumqayıtda şagirdlər imtahan verəcək

Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda buraxılış imtahanları keçirilir

Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda buraxılış imtahanları keçirilir

Şahmat üzrə rayon birinciliyinin qalibləri müəyyən edilib

Şahmat üzrə rayon birinciliyinin qalibləri müəyyən edilib

Uşaq musiqi məktəblərində silsilə tədbirlər keçirildi

Uşaq musiqi məktəblərində silsilə tədbirlər keçirildi

Sumqayıt Dövlət Universitetindən I vitse-prezidentə şikayət edən tələbəylə bağlı AÇIQLAMA

Sumqayıt Dövlət Universitetindən I vitse-prezidentə şikayət edən tələbəylə bağlı AÇIQLAMA

İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

Şuşa rayon nümayəndəliyində uşaq incəsəsənət və musiqi məktəbləri müəllimlərinin zona müşavirəsi keçirilib

Şuşa rayon nümayəndəliyində uşaq incəsəsənət və musiqi məktəbləri müəllimlərinin zona müşavirəsi keçirilib

Yanvarın 27-də 8-10, 10-12 yaş qruplarında oğlan və qızlar arasında şahmat üzrə rayon birinciliyi keçirilib

Yanvarın 27-də 8-10, 10-12 yaş qruplarında oğlan və qızlar arasında şahmat üzrə rayon birinciliyi keçirilib

Sumqayıt Dövlət Universitetinin yanğın baş verən yataqxanasında tələbələr yaşamayıb

Sumqayıt Dövlət Universitetinin yanğın baş verən yataqxanasında tələbələr yaşamayıb