Xəbərlər
05 avqust 2020
1 550


Ədalət Muradov: Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə aydınlıq gətirilməlidir

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov rəsmi "Facebook” səhifəsində distant təhsillə bağlı fikirlərini paylaşıb və təkliflər səsləndirib.

İyunun 16-da "Microsoft” şirkətinin vitse-prezidenti Filip Roqla görüşü zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: "Pandemiya ilə əlaqədar bu vəziyyət bizi məcbur edir ki, təhsil, distant təhsil məsələlərinə yeni bucaqdan baxaq… Biz sentyabrın 15-dən başlayacaq yeni tədris ilinə hazırlaşmalıyıq. Həmin zaman pandemiya ilə bağlı vəziyyətin necə olacağını bilmirik, məktəb və universitetləri aça biləcəyimizi bilmirik, ona görə də biz ən pis ssenariyə hazırlıqlı olmalıyıq. Əgər problem davam edirsə və getdikcə pisləşirsə, o zaman biz bu barədə düşünməli olacağıq. Lakin indi bu barədə düşünmək lazımdır”.

Distant təhsilin bu və ya digər formada və dərəcədə tətbiq edilməsi artıq müzakirə predmeti deyil. Təhsilin pandemiyadan əvvəlki formada bərpası geriyə atılmış bir addım kimi qiymətləndirilməklə yanaşı, həm də arzuolunan deyil. COVID 19-la bağlı vəziyyət normallaşsa belə təhsilin qarışıq forması əksər mütəxəssislər tərəfindən daha uyğun görünür. Düşünürük ki, bu ən doğru yanaşmadır. Distant təhsil baxımından əhəmiyyətli saydığımız bəzi düşüncələrimizi bölüşürük:

1. Distant təhsilin qanunvericilik bazasının yaradılması. Bu prosesin uzun vaxt tələb etdiyini, müvafiq sahədə qərarların ən yaxşı təcrübələr əsasında qəbul edilməsinin və bu prosesin operativliyinin həlledici olduğunu nəzərə alaraq, müvafiq infrastruktura malik universitetlərə distant təhsillə bağlı müəyyən dövr üçün sərbəst qərar qəbul etmək səlahiyyəti verilə bilər.

2. Mövcud vəziyyət nəzərə alınaraq, tələbələrə təhsil kreditlərinin verilməsi məsələsinin həlli xüsusilə aktuallaşıb. Bu məsələ mövcud vəsaitlər çərçivəsində həll oluna və təhsil kreditləri üzrə faizin subsidiyalaşdırılması məsələsinə baxıla bilər.

3. Distant təhsil kütləvi açıq onlayn kursların (MOOC) universitetlərin tədris sisteminə inteqrasiyasını qaçılmaz etməklə, bunu həm də daha asan reallaşdıra bilər. Bununla bağlı bütün məsələlərə aydınlıq gətirilməlidir.

4. Eyni zamanda, nüfuzlu xarici universitetlərlə ikili diplom proqramlarının distant formada təşkili asanlaşır. Bununla bağlı müvafiq problemlər həllini tapmalıdır.

5. Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə ən qısa vaxtda aydınlıq gətirilməlidir. Yeni dərs ilinə hazırlıq baxımından bu, çox vacibdir. Məlumdur ki, Harvard Universiteti növbəti tədris ilinin bütövlükdə, Kembric və Massaçusets universitetləri isə növbəti tədris ilinin ilk semestrinin distant olacağına dair qərar verib.

6. Universitetlərarası elektron kitabxana şəbəkəsinin yaradılması lazımdır.

7. Distant təhsilə rəsmi qəbul həyata keçirmək üçün vaxt itirmək arzuolunan deyil. Bu, hazırkı vəziyyətdə distant təhsillə bağlı pilot layihəyə ehtiyac qalmadığı üçün keyfiyyətli model qurulması baxımından önəmlidir.

8. Sözügedən təhsilin bərabərsizliyi gücləndirə biləcəyi diqqətdə saxlanmalı və zəruri önləyici addımlar atılmalıdır.

9. Distant təhsilə keçid həm də işlərin onlayn təşkilini tələb edir. Ona görə də onlayn formada verilən sənədlərin müvafiq təşkilatlar tərəfindən qəbul edilməsi məsələsinin həlli tələb olunur.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Ölkə Prezidenti: "Mövcud vəziyyətdə təhsil sahəsində müəyyən addımlar atıldı"

Ölkə Prezidenti: "Mövcud vəziyyətdə təhsil sahəsində müəyyən addımlar atıldı"

UNEC-də dərslər distant formada təşkil ediləcək

UNEC-də dərslər distant formada təşkil ediləcək

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

İlqar Orucov: Azərbaycan təhsili təkcə pandemiya dövründə deyil, post pandemiya dövründə də çağırışlara açıq olmalıdır

İlqar Orucov: Azərbaycan təhsili təkcə pandemiya dövründə deyil, post pandemiya dövründə də çağırışlara açıq olmalıdır

Distant dərslərin evdən təşkilində uğurlu nəticə - 98%!

Distant dərslərin evdən təşkilində uğurlu nəticə - 98%!

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Universitetlər  yeni dərs ilinin əvvəlindən  yenə distant təhsildən istifadə  edəcəklərmi?-Dosent  İlham Əhmədov

Universitetlər yeni dərs ilinin əvvəlindən yenə distant təhsildən istifadə edəcəklərmi?-Dosent İlham Əhmədov

UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu 2020: “Yeni imkanlar və müasir çağırışlar”

UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu 2020: “Yeni imkanlar və müasir çağırışlar”

İlk distant təhsil məktəbi

İlk distant təhsil məktəbi

Elçin Əfəndi: “Distant təhsilə tam keçid edilərsə, qiyabi təhsil formasına ehtiyac qalmayacaq”

Elçin Əfəndi: “Distant təhsilə tam keçid edilərsə, qiyabi təhsil formasına ehtiyac qalmayacaq”

UNEC İctimai Nəzarət Şurasının üzvləri ilə imtahan sessiyasına hazırlıq müzakirə edildi

UNEC İctimai Nəzarət Şurasının üzvləri ilə imtahan sessiyasına hazırlıq müzakirə edildi

İqtisad Universiteti evlərdən distant təhsilə başlayır

İqtisad Universiteti evlərdən distant təhsilə başlayır

İmtahanların da distant keçirilməsi mümkündür

İmtahanların da distant keçirilməsi mümkündür

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Məsud Əfəndiyev: “Distant təhsil forması əyani və qiyabi təhsil hesab edilə bilər”

Məsud Əfəndiyev: “Distant təhsil forması əyani və qiyabi təhsil hesab edilə bilər”

Şamaxı rəsədxanasının magistrantları distant yolla elmi-pedaqoji təcrübə keçirlər

Şamaxı rəsədxanasının magistrantları distant yolla elmi-pedaqoji təcrübə keçirlər

Pandemiya göstərdi ki, ali təhsil müəssisələrimiz distant təhsil istiqamətində nə qədər geri qalırlar- İlqar Orucov

Pandemiya göstərdi ki, ali təhsil müəssisələrimiz distant təhsil istiqamətində nə qədər geri qalırlar- İlqar Orucov

UNEC-də distant dərslərin evdən tədrisinin statistikası

UNEC-də distant dərslərin evdən tədrisinin statistikası

Leyla Əliyeva UNEC-də distant dərsləri izləyib

Leyla Əliyeva UNEC-də distant dərsləri izləyib

Dərslərin sentyabrda başlayacağı sual altındadır, amma maraqlı alternativlər var

Dərslərin sentyabrda başlayacağı sual altındadır, amma maraqlı alternativlər var

Bakı Xoreoqrafiya Akademiyasının bakalavrları təhsillərini distant şəkildə davam etdirirlər

Bakı Xoreoqrafiya Akademiyasının bakalavrları təhsillərini distant şəkildə davam etdirirlər

İctimai Şura üzvləri UNEC-də distant dərs prosesini izləyiblər

İctimai Şura üzvləri UNEC-də distant dərs prosesini izləyiblər

“Koronavirusa qədər artıq UNEC-də distant təhsil infrastrukturu tamamlanmış vəziyyətdə idi”

“Koronavirusa qədər artıq UNEC-də distant təhsil infrastrukturu tamamlanmış vəziyyətdə idi”

Dövlət İdarəçilik Akademiyasında distant tədrislə bağlı hesabat dinlənilib

Dövlət İdarəçilik Akademiyasında distant tədrislə bağlı hesabat dinlənilib