AzTehsil.com


Xəbərlər / Yazarlar / Ziyalılar / Ekspert
07 iyun 2020
1 991


Universitetlər yeni dərs ilinin əvvəlindən yenə distant təhsildən istifadə edəcəklərmi?-Dosent İlham Əhmədov



Universitetlər  yeni dərs ilinin əvvəlindən  yenə distant təhsildən istifadə  edəcəklərmi?-Dosent  İlham Əhmədov

 

RF  Baş nazirinin müavini Tatyana Golikova  universitetləri yeni dərs ilinin əvvəlində yenə distant təhsildən istifadəyə hazır olmağa çağırdı. T. Golikova bildirdi ki, koronavirusun yayılması kontekstində ölkəni payızda nə gözlədiyi hələ məlum deyil, universitetlər distant təhsili davam etdirməyə hazır olmalıdır.

T. Golikova bildirib: "Bu barədə danışmaq istəməzdim, amma vəziyyəti proqnozlaşdırmaq çətindir, payızda bizi nə gözlədiyini bilmirik, biz hər şeyə hazır olmalıyıq. Əlbətdə ki, yazda qazandığımız təcrübəni nəzərə alacağıq. Payız-qış dövrünə daha hazırlıqlı şəkildə keçmək istəyirik. Golikova bu fikri Rusiya Rektorlar Şurasının idarə heyətinin iclasında demişdir. O qeyd edib ki, Rusiyadakı universitetləri payizda distant təhsilə tam hazır olmalıdırlar.

Bizdən fərqli olaraq RF universitetlərinin distant təhsilin tətbiqi üzrə 20 illik təcrübəsi var id. Maddi-texniki, kadr, proqram- metodiki və pedaqoji təminat məsələlərini onlar çoxdan həll ediblər. Bununla belə RF universitetləri distant təhsilin kütləvi istifadəsi zamanı çətinliklərlə rastlaşdı.
Bəs bizdə vəziyyət necədir? Bizim universitetlər 20 illik baykotdan sonra zorən distant təhsilə başlamalı oldular. Heç bir hazırlıq olmadan- maddi-texniki, kadr, proqram- metodiki və pedaqoji təminat məsələləri həll edilmədən onlayn təhsil prosesi başladı. TN-nin rəsmisi isə müsahibəsində deyir ki, " pandemiya gözlənilmədən gəldiyi üçün distant təhsilə gözlənilmədən keçdik”. Yaxşı, bəs 2009-cu ildən "Təhsil Qanununda” distant təhsil forması haqqında bənd olduğu halda niyə bu bu günə qədər bu sahədə iş aparılmayıb, heç olmasa hüquqi- normativ baza yaradılmayıb görəsən?

TN universitetlərə bir məktub yollamaqla, Teams MS proqramından istifadə edərək tədrisi qurun- kimi tövsiyyə verməklə kifayətləndi. Əslində isə bizim təhsil sisteminin tətbiq etdiyi onlayn dərslər distant təhsil deyildi. Praktik istifadə edilən distant texnologiyanın tətbiqi ilə tədris və imtahan prosesinin təşkili üzrə hüquqi normativ bazamız hələ yoxdur.

Bunları yazmaqla, TN-nin məmurlarına xatırlatmaq istəyirəm ki, 20 ilə boşuna verdikdən sonra, heç olmazsa bu qarşıdakı 3 aydan səmərəli istifadə edin, yeni dərs ilindən daha mükəmməl tədris prosesi qurun, normativ baza yaradın, yeni dərs ilində tələbələrlə bağlanan təhsil xidməti müqaviləsində müvafiq korreksiyalar edin. 20 il təkliflərə məhəl qoymadınız, bu gün barı eşidin. Çünki, "...Təhsil milləti gələcəyidir " (Heydər Əliyev).



Загрузка...
Həmçinin oxuyun:
UNEC-də dərslər distant formada təşkil ediləcək

UNEC-də dərslər distant formada təşkil ediləcək

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

İmtahanların da distant keçirilməsi mümkündür

İmtahanların da distant keçirilməsi mümkündür

"Distant təhsili  olmayan universitetin  beynəlxalq nüfuzu ola  bilməz"-İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-İlham Əhmədov

Distant  təhsilə  doğru ilk  kövrək  addımlar.

Distant təhsilə doğru ilk kövrək addımlar.

Məsud Əfəndiyev: “Distant təhsil forması əyani və qiyabi təhsil hesab edilə bilər”

Məsud Əfəndiyev: “Distant təhsil forması əyani və qiyabi təhsil hesab edilə bilər”

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

İlk distant təhsil məktəbi

İlk distant təhsil məktəbi

Şamaxı rəsədxanasının magistrantları distant yolla elmi-pedaqoji təcrübə keçirlər

Şamaxı rəsədxanasının magistrantları distant yolla elmi-pedaqoji təcrübə keçirlər

Distant  təhsil  bizdən niyə  distant düşüb ?

Distant təhsil bizdən niyə distant düşüb ?

UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu 2020: “Yeni imkanlar və müasir çağırışlar”

UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu 2020: “Yeni imkanlar və müasir çağırışlar”

Distant dərslərin evdən təşkilində uğurlu nəticə - 98%!

Distant dərslərin evdən təşkilində uğurlu nəticə - 98%!

Repetitor və şagirdlərin işi çətinləşir - “Çıxış yolu distant təhsildir, bir şərtlə ki…”

Repetitor və şagirdlərin işi çətinləşir - “Çıxış yolu distant təhsildir, bir şərtlə ki…”

UNEC-də distant dərslərin evdən tədrisinin statistikası

UNEC-də distant dərslərin evdən tədrisinin statistikası

Göydə peykimiz də var... Amma təhsilimiz yerdə sürünür

Göydə peykimiz də var... Amma təhsilimiz yerdə sürünür

İctimai Şura üzvləri UNEC-də distant dərs prosesini izləyiblər

İctimai Şura üzvləri UNEC-də distant dərs prosesini izləyiblər

Təhsil sistemi distant tədrisə keçir

Təhsil sistemi distant tədrisə keçir

İlahiyyat İnstitutunda distant təhsilə start verildi

İlahiyyat İnstitutunda distant təhsilə start verildi

UFAZ-da 538 bakalavr distant tədris prosesinə qatılıb

UFAZ-da 538 bakalavr distant tədris prosesinə qatılıb

Dövlət İdarəçilik Akademiyasında distant tədrislə bağlı hesabat dinlənilib

Dövlət İdarəçilik Akademiyasında distant tədrislə bağlı hesabat dinlənilib

Bakı Xoreoqrafiya Akademiyasının bakalavrları təhsillərini distant şəkildə davam etdirirlər

Bakı Xoreoqrafiya Akademiyasının bakalavrları təhsillərini distant şəkildə davam etdirirlər

Distant təhsilalma forması və Azərbaycan təhsili

Distant təhsilalma forması və Azərbaycan təhsili

Leyla Əliyeva UNEC-də distant dərsləri izləyib

Leyla Əliyeva UNEC-də distant dərsləri izləyib