AzTehsil.com


Xəbərlər / Ziyalılar
28 mart 2020
1 630


"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-İlham Əhmədov



"Distant təhsili  olmayan universitetin  beynəlxalq nüfuzu ola  bilməz"-İlham Əhmədov

 

Pandemiyanın təsiri ilə bu arada bütün dünyada distant təhsil, onlayn təhsil ideyaları xeyli aktual oldu.
O ölkələr ki, son 20- 25 il ərzində distant təhsil sistemi yarada bilmişdilər, həmən ölkələr problemsiz olaraq 3-4 gün ərzində bütün ölkə boyu təhsil sistemini onlayn təhsilə asanlıqla transformasiya edə bildilər.
 
Hansı ölkələrdə ki, distant təhsil sistemi yox idi, bu ölkələr gec də olsa, bu barədə düşünməyə başladılar. Lakin artıq çox gec idi.
Normal şəraitdə distant təhsil sistemi qurmaq istəməyənlər ( bunun əhəmiyyətini və zəruriliyini düzgün qiymətləndirə bilməyən) və ya bacarmayanlar ( səriştəsizlikdən) pandemiya şəraitində, artıq məktəblər və universitetlər bağlı olduğu,  əhalinin karantin tələblərinə uyğun olaraq "evdə qal” rejiminə keçməsi halında bunu necə edəcəklər?
Buna illər və  milyonlarla pul lazımdır, iqtisadi artım şəraitində bunu etmək istəməyənlər, iqtisadi böhran vəziyyətində buna pul tapa  biləcəklər?
Bunu etməyə peşəkarlardan ibarət mütəşəkkil layihə qrupları lazımdır, özü də hər bir universitetdə. Hələ ki,  distant təhsili incəliklərinə qədər bilən belə komanda nə universitetlərdə, nə də nazirlikdə yoxdur.Bəs niyə illəri itirmişik?
Niyə bu 20 il ərzində bu məsələləri bilən mütəxəssislər yetirməmişik, bilənlərə dəstək olmamışıq ki, təbricən işi irəli aparsın?  İllər ərzində hər il hər universitetin təmirinə, əlavə korpusların tikilməsinə milyonlar xərcləndiyi zaman, niyə TN bu məsələnin həllinə pul ayırmırdı? Hətta büdcənin bol vaxtında universitetləri şəhərdən çıxarmaq üçün ətraf qəsəbələrdə kampus tikintisinə  yüz milyonlar ayrılması nəzərdə tutulanda belə onlayn təhsilə pul ayırmaq, bu sahəni  formalaşdırmaq yada düşmürdü.
İndi ölkə üzrə bütün universitetlərin rəhbərlikləri və professor-müəllim heyəti evdə oturduğu, tələbələrin pərakəndə halında rayonlarda olduğu, ölkənin fövqəladə şəraitində TN-nin az vaxtda distant təhsil sistemi yaratması təbii ki, mümkün deyil....

Onlayn təhsil həm də təhsildə qloballaşmanın təzahürüdür. Vaxtında distant təhsil sistemi qurmayan ölkələrin universitetləri yaxın gələcəkdə qlobal reytinqi yüksək olan universitetlərə uduzacaq  (çünki distant təhsili olmayan universitet ciddiyə alınmır), tələbələrini itirəcək, bu rəqabətdə məğlub olaraq öz fəaliyyətini saxlamaq məcburiyyətində qalacaqlar.
 



Загрузка...
Həmçinin oxuyun: