PİSA 2018 beynəlxalq şagird nailiyyətlərinin qiymətləndirilməsinin nəticələri elan edildi. 79 ölkə monitorinqdə iştirak edib. Nəticələr mili təhsilimiz üçün heç də yaxşı olmayıb. 79 iştirakçı ölkə arasında 68-ci yer tutmuşuq. Bu ərəfədə Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu "Təhsildə Keyfiyyət Təminatı Agentliyi” də yaradıldı.
Məlum olduğu kimi Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan "Təhsildə Keyfiyyət Təminatı Agentliyi” yaradılır. Artıq agentliyin Nizamnaməsi də təsdiqlənib. Nizamnamədə qeyd edildiyi kimi, Agentlik mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən dövlət təhsil sənədinin verilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Bu agentliyin işi düzgün qurularsa, təhsildə keyfiyyət dəyişikliyinə nail olmaq mümkündür. Agentliyin əsas fəaliyyət istiqamətlərindən biri kimi təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək xidmətləri təşkil etməkdir.
Bütün pillələrdən olan təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması çox yaxşı haldır. Amma universitetlər üçün bu sistemin yaradılması Boloniya sisteminin mühüm tələbi olub, universitetin beynəlxalq akkreditasiyadan keçməsinin əsasını təşkil edir. Hal hazırda bəzi universitetlərdə bu istiqamərdə müəyyən işlər aparılır. Ama hələ ki, heç bir universitetdə Boloniya sisteminin tələbləri səviyyəsində Keyfiyyətin Menecment Sistemi hələ qurulmayıb. Vaxtı ilə Qafqaz Universiteti buna çox yaxın idi, onlar 15 il Türk Standartları İnstitutu ilə bu layihə üzərində işləmişdilər. İndi Qafqaz Universitetinin varisi oan AMU-də bu məsələnin nə yerdə olması barədə məlumatsızam.
Təkcə onu bilirəm ki, AMU-də " Tədrisin keyfiyyətinə nəzarət və qiymətləndirmə” şöbəsi fəaliyyət göstərir, amma türk universitetlərində tətbiq edilən standartlardan burada nə dərəcədə istifadə edilir, bilmirəm. Ümumən isə Universitetdə Keyfiyyətin Menecment Sistemi 10000 səhifəlik sənədlər toplusudur. Bu işləri hazırlayıb ölkəmizdə tətbiq etməyə yəqin ki, hələ 10 vaxt sərf ediləcəkdir. Beynəlxalq təcrübədə "Universitetdə Keyfiyyətin Menecment Sistemi "nin yaradılması meqa layihə olub, 5 il və ya daha çox müddəti əhatə edir, layihə rəhbəri isə universitet rektoru olur. Çünki, keyfiyyətə təminat ideologiyasını, metodologiyası və praktikasını hər bir rektor şəxsən özü bilməsə və prosesə daim nəzarət etməsə, layihənin uğurlu olması real görünmür. Əlavə olaraq hər universitetdə keyfiyyət üzrə prorektor ştatı və ayrıca departament də yaradılmalıdır. Bu məsələlər yeni yaradılan Agentliyin diqqətdə olmalıdır.
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da təhsilin keyfiyyəti başlıca strateji prioritet elan olunub. Sənəddə ölkəmizdə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan təhsil sisteminin formalaşdırılması məqsədi ilə təhsilin keyfiyyətini ölçən göstəricilər sisteminin təkmilləşdirilməsi və təhsilin maliyyələşdirilməsinin onun keyfiyyətinə yönəldilməsi kimi hədəflər öz əksini tapıb.
Bu arada PİSA 2018 beynəlxalq şagird nailiyyətlərinin qiymətləndirilməsinin nəticələri elan edildi. 79 ölkə monitorinqdə iştirak edib. Nəticələr mili təhsilimiz üçün heç də yaxşı olmayıb. 79 iştirakçı ölkə arasında 68-ci yer tutmuşuq. Bu və digər məsələlər də yeni yaradılan Agentliyin diqqət mərkəzində olmalıdır. Agentlik həm də DİM ilə sinxron işləməyi öyrənməlidir. Çünki, DİM sistemli olaraq 28 ildir bu istiqamətdə iş aparır, sərəncamında ciddi statistik bazası, təcrübəli və peşəkar komandaya malikdir.
Agentlik həm də təhsil müəssisələri arasnda rəqabət mühitinin yaradılması və inkişaf etdirilməsi, müxtəlif təhsil pillələri müəssisələri arasında reytinq cədvəllrinin yaradılması ilə məşğul olmalıdır. Düzdür əvvəllər ilin ən yaxşı məktəbi və ilin ən yaxş müəllimi müsabiqələri keçirilirdi, amma çox vaxt formal xarakter daşıyır, təhsilin keyfiyyətinə az təsir edirdi.Sonralar bu müsabiqə təhsildə innovasiyalar adlı qrant müsabiqəsinə transfer edildi. Bu da yaxşı təşəbbüs idi. Amma ilin ən yaxşı məktəbi və ilin ən yaxş ımüəllimi müsabiqəsi də saxlanılmalı isi. Çünki, ilin ən yaxşı məktəbi qrant almaya da bilər, və ya qrant alan məktəb heç də ilin ən yaxşı məktəblərindən biri olmaya bilər. Bu nominasıyaların biri layihə fəaliyyətinə görə, digəri təhsilin keyfiyyətinə görə verilir.
TN Qrant müsabiqəsini genişləndirməli, tək orta məktəblərə yox, peşə təhsili mərkəzlərinə, kollec və universitetlərə, təhsil tədqiqatçılarına da qrantlar verməlidir. Digər tərəfdən artıq 5 ildir qrant müsabiqələri keçirilir. Amma onun təhsilin inkişafına təsiri çox zəifdir. Təklif edirəm ki, ayrıca bir sayt yaradılsın, bu saytda illər ərzində TN-dən qrant alan bütün müəllim və məktəblərin siyahısı, layihənin adı, təhsilə verdiyi tövhə, ideyanın sonrakı illərdə ölkə təhsilində nə dərəcədə yayılması və tətbiqi v.s. məlumatlar verilsin. Bu qrant müsabiqəsinin səmərəliyini, şəffaflığını və davamlığını daha da artıra bilər. Hər halda təhsil ictimaiyyəti bu yeniliklərdən xəbərdar olmalıdır, bir illə və ya məktəblə layihə məhdudaşmamalıdır, necə deyərlər xalq öz qəhrəmanlarını tanımalıdır.
Son vaxtlar sosial şəbəkələrdə təhsildə reytinqləşmə məsələləri tez-tez müzakirə obyekti olur. İqtisadçı alim Qubad İbadoğlu bu yaxınlarda bu mövzuda mətbuatda təklif vermişdir ki, orta məktəblərin reytinq cədvəli tərtib olunsun, Ən yaxşı və pis məktəblərin adı açıqlansın. Onların məsuliyyətinin artırılması üçün də bunu etməyə dəyər.
Hər şey müqayisə nəticəsində dərk edilir. Bu səbəbdən də təhsildə müqayisəli təhlil bir tədqiqat metodu kimi geniş yayılmışdır. Amma burada kənar təsiredici amillər dəqiq müəyyən edilməlidir. Məktəblərin şagird nailiyyətlərinə görə reytinqlənməsi geniş yayılıb.
10 il əvvəl TN-nin rəhbərliyində təmsil olunan məmur, jurnalistlərin – " bu il qəbul imtahanlarının nəticələri niyə aşağı oldu?” sualına təxminən belə cavab vermişdi: -"biz də bu işə təəccüblənmişik. Necə ola bilər ki, əhalinin nisbətən imkanlı təbəqəsinin yaşadığı Nəsimi və ya Yasamal rayonlarının məktəblilərinin nəticələri, yığdığı ballar əhalinin nisbətən az imkanlı təbəqəsinin yaşadığı Sabunçu və ya Suraxanı məktəblərindən aşağı olub? Bu yanaşma onu göstərir ki, TN-nin fikrincə imkanlı təbəqə daha bahalı repetitorların xidmətindən istifadə edir və bu səbəbdən daha çox ball yığmalıdir, başqa sözlə məsuliyyəti məktəb və TN yox, valideyn və repetitor daşımalıdır. Onda təhsilə ayrılan bu qədər büdcə pulunun məsuliyyətini bəs kim daşımalıdır?
Orta məktəbdə təhsilin keyfiyyətinin müəyyənləşdirilməsinə, məktəblərin gələcəkdə hazırlanacaq reytinq cədvəlinin nəticələrinə repetitorluq fəaliyyəti ciddi təsir edəcək, məktəbin fəaliyyətinin real qiymətləndirilməsində obyektivliyik itirəcək. Məncə belə bir araşdırma daha obyektiv olardı: hər məktəbin məzunlarının neçə faizi pepetitor yanına gedir və bu faiz məktəbin ümumi müvəffəqiyyət faizi ilə necə korrelyasiya edir? Bəlkə hazırlıq kursları və "avtoritet" pepetitorların reytinq cədvəlləri ayrıca hazırlansın? Bəlkə bu xidmətdən istifadə edən şagirdlərin məktəblər üzrə paylanması aparılsın? Bəlkə də məktəb reytinqlərində repetitorluğun təsirini azaltmaq üçün şagirdin və məktəbin 11 illik fəaliyyəti ilə son iki illik fəaliyyəti müqayisə edilsin və bu dinamikaya repetitorluğun təsiri araşdırılsın? Hər halda monitorinq elə getməlidir ki, repetitorluğun prosesə təsiri minimum olsun.
Repetitorluq bir pedaqoji problem kimi ayrıca tədqiq edilməlidir. Bu yenidən komplektləşən Təhsil İnstitunun və STM-nin işi olmalıdır.
Ali məktəblərin reytinq cədvəlləri isə əsasən beynəlxalq meyarlar əsasında aparılmalıdır. 2008-ci ildə biz bir araşdırma apardıq və bunun nəticəsini Bakıda TC -dən də gələn professorun iştirakı ilə keçirilən " Təhsildə qloballaşma və İKT" adlı Beynəlxalq konfransın plenar iclasında məruzə etdik. Sonralar bu məruzəni məqalə kimi də dərc etdik: "Təhsildə qloballaşma və milli universitetlər" adı ilə. Bu araşdırmadan bəlli oldu ki,
1) 2008-ci ildə dünyada olan 20000 universitetin sıralanmasında ilk 10000-in sırasında bizim milli universitetlərimiz yoxdur.
2) TN həmən günə qədər dünya universitetlərinin artıq 5 ildir ki, reytinq cədvəlinin tərtib edilməsindən xəbəri yox imiş.
Sonrakı illərdə TN reytinq meyarı hazırladı və universitetlərə yolladı. Amma universitetlər arasında illik reytinq cədvəlləri 1-2 il hazırlandı, daha sonra bu məsələyə diqqət yetirilmədi. Universitetlər arasında daxili rəqabət mühitinin yaradılması üçün onların illik reytinqlənməsi əhəmiyyətli olardı. Bu məsələlər TN nəznində Rektorlar Şurasında daim müzakirə edilməlidir. Təəssüf ki, nazırlikdə olan bəzi şuralar kimi Rektorlar Şurasının fəaliyyəti də hələ hiss edilmir. Universitetlərarası daxili rəqabət mühitinin yaradılması, onların beynəlxalq rəqabət qabiliyyətliyini də nisbətən artıra bilərdi.
Ali məktəblərin ümumi durumu ilə əlaqədar isə onu demək olar ki, bu gün dünyada belə bir rəy formalaşıb: onlayn təhsil verməyən universitet ciddiyə alınmır, belə universitetin perspektivi yoxdur. Bizdə olan 50 ali məktəbin heç biri bu günə qədər nəinki onlayn formatda bakalavr və ya magistr təhsili vermir, heç onlayn formatda qısamüddətli kurs da yarada bilməyiblər. Düzdür 20 il buna cəhd edən 1-2 universitet olub, amma nəticəsi hələ də yoxdur. Bunun bir çox səbəbləri var.
İlham Əhmədov Təhsil eksperti