AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim / Ekspert
13 yanvar 2018
3 137


Şagirdlərimiz niyə oxumur?



Ekspert: "Əgər əvvəl də belə idisə, onda heç biz yaxşıya doğru dəyişməmişik və problemlər həll olunmayıb”


Azərbaycanda son zamanlar yeniyetmə və gənclərin təhsil səviyyəsinin aşağı olması ilə bağlı çoxsaylı müzakirələr aparılır. Bunun səbəbi müxtəlif faktorlarla izah edilir. Lakin demək olar illərdir ki, dəyişən heç nə yoxdur. Hətta mövcud vəziyyətə haqq verən bəzi şəxslər belə bir fikirlər də səsləndirirlər ki, oxumayan şagird 20 il öncə də var idi, indi də var...


Açıqlanan məlumata görə, 2017-ci ilin qəbul imtahanlarının I mərhələsində 17 min abituriyent 100 baldan aşağı nəticə göstərib. Lakin Təhsil Nazirliyindən bildirlib ki, son 4 il ərzində Azərbaycanda ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edənlərin keyfiyyət göstəricisi yüksəlib.


2014/2015-ci tədris ilində qəbul imtahanlarında iştirak edən 92 641 abituriyentin keyfiyyət göstəricisi 34,7% idisə, 2015/2016-cı tədris ilində 82 925 abituriyentin keyfiyyət göstəricisi 40%, 2016/2017-ci tədris ilində isə 78 545 abituriyentin keyfiyyət göstəricisi 43,9% olub. 2017/2018-ci tədris ili üzrə ali məktəblərə keçirilən qəbul imtahanının birinci mərhələsində (30 aprel, 7 may) iştirak edən 64 420 abituriyentin keyfiyyət göstəricisi 48,9% təşkil edib.


Təhsil üzrə ekspert Məlahət Mürşüdlü bildirib ki, məktəblərdə tədrisin məzmunu ilə bağlı ciddi islahatlar aparılmalıdır:

 

"Eyni zamanda bu, təkcə uşaqların bilik alması, dərsliklərin məzmunu yox, idarəetmədən, müəllim hazırlığından, məktəbin pedaqoji mühitindən də asılıdır. Yəni problemlər kompleks şəkilində öz həllini tapmalıdır ki, uşaqda da oxuması üçün həvəs olsun.

 

Müqayisə üçün ali məktəb də olsa keçmiş Qafqaz universitetini göstərə bilərik. Orada tələbələrin imtahanda köçürmələri və ya semestr imtahanından keçmələri üçün hansısa vasitələr axtarmaq ehtiyacları yoxdur. Çünki burada şüur, düşüncə o qədər yüksək səviyyədədir ki, tələbə universitetdən çıxarılmasına razıdır, nəyinki qeyri-obyektiv üsullara əl atmağa. Bu tələbələr də bizim orta məktəbləri bitirənlərdir. Demək ki, orada şəraiti yaradan pedaqoji mühit, müəllim kollektivi, dərsliklərin məzmunu, qiymətləndirmədə tətbiq edilən innovativ metodlardır. Bunların hamısı məktəbdə də öz yerini tapmalıdır. Əsasən də qiymətləndirmə yerində olmalıdır. Yaxşı olar ki, məktəblərdə də 100 bal sistemi tətbiq olunsun. Hansı ki, bu gün universitetlərdə, ölkədə fəaliyyət göstərən bir sıra xarici liseylərdə bu cür qiymətləndirmə metodundan istifadə edilir. Bu üsullarda şagird biliyinin qiymətləndirilməsində qeyri-obyektivliyə yol verilmir. Uşaq nə dərəcədə materialı mənimsədiyini özü yaxşı bilir. Yüksək nəticə göstərən, sadaladığımız problemlərin həllini başa çatdırmaq üzrə olan məktəblərimiz də var. Ancaq bunlar çox azdır”.


Ekspert bildirib ki, məktəblərin strukturlarında da yeniliklər etmək lazımdır:

 

"10-11-ci siniflərdə kimlər oxuyacaq, 9-cu sinifləri bitirənlər kimlərin olduğuna diqqət etməliyik. Bunların hamısı bir-birinə zəncirvari şəkildə bağlı olan məsələlərdir ki, şagirdin birbaşa olaraq biliyinə təsir göstərir. Hesab edirəm ki, heç də hər zaman belə olmayıb. Çünki keçmişdə məmur olaraq təhsil şöbəsində də çalışmışam və həmin dövrü indiki ilə müqayisə etməzdim. O dövrdə qiymətləndirmədə başqa metod tətbiq edilir, dərsliklərin məzmunu da fərqli idi. Bir sözlə tamam fərqli bir sistem idi. Tələblər də eyni deyildi.

 

İndi biz 25 ildir ki, öz təhsil sistemimizi qururuq, bəşəri, milli dəyərlərə sahib olan vətəndaşımızı yetişdirmək istəyirik. Biz "əvvəl də belə idi” deyib, qənaətlənməməliyik. Əgər əvvəl də belə idisə o zaman heç biz yaxşıya doğru deyişməmişik və problemlər həll olunmayıb. Biz hələ ki, axtarışdayıq. Axtarırıq ki, görək Azərbaycan təhsil sistemi necə bir struktura malik olacaq. 2007-ci ildən tətbiq olunan kurikulumlarla bağlı eşidirik ki, bunun əleyhinə çıxırlar. Onda belə çıxır ki, geriyə dönürük və yeniliyi qəbul etmək iqtidarında deyilik. Hər bir yeniliyin sözsüz ki, mənfi və müsbət cəhətləri var. Biz ən yaxşılarını seçməli, özümüzün təhsil sistemimizi qurmalı, xüsusən də orta məktəblərdə sadaladığım problemlərin həlli istiqamətində tədbirləri həyata keçirməliyik. Sistem qurularsa, sadaladığımız problemlər da olmaz. Biz yaxşıları nümunə kimi götürüb, dəyərləndirməliyik”.




Загрузка...
Həmçinin oxuyun:
Son illər ali məktəblərə qəbul olanların sayında artım var

Son illər ali məktəblərə qəbul olanların sayında artım var

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

Azərbaycanda ali məktəblərdə təhsil alan qadın tələbələrin sayı kolleclərlə müqayisədə daha azdır

Azərbaycanda ali məktəblərdə təhsil alan qadın tələbələrin sayı kolleclərlə müqayisədə daha azdır

Ali məktəblərdə hazırlıq qrupları: yeni mexanizm nə zaman işə düşür?

Ali məktəblərdə hazırlıq qrupları: yeni mexanizm nə zaman işə düşür?

Məktəblərə muxtariyyət verilir - Təhsildə niyə işıq görünmür?

Məktəblərə muxtariyyət verilir - Təhsildə niyə işıq görünmür?

"Azərbaycanda gələcəyin ixtisasları nə ola bilər, bu haqda düşünən yoxdur" -EKSPERT

"Azərbaycanda gələcəyin ixtisasları nə ola bilər, bu haqda düşünən yoxdur" -EKSPERT

Qəbul imtahanlarında 0-100 bal arası nəticə göstərənlərin sayı artıb

Qəbul imtahanlarında 0-100 bal arası nəticə göstərənlərin sayı artıb

"Qiymətləndirmədə iştirak edən ekspertlərin kimliyi gizli saxlanılmalıdır" -RƏY

"Qiymətləndirmədə iştirak edən ekspertlərin kimliyi gizli saxlanılmalıdır" -RƏY

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

"Bizi düşündürür ki, aşağı siniflərdə summativ qiymətləndirmə nə dərəcədə vacibdir?"-qiymətləndirmələrdə dəyişikliklər olacaq

"Bizi düşündürür ki, aşağı siniflərdə summativ qiymətləndirmə nə dərəcədə vacibdir?"-qiymətləndirmələrdə dəyişikliklər olacaq

"Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”

"Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”

Yüksək bal toplayan abituriyentlər sonradan niyə uğurlu nəticə göstərə bilmirlər? -EKSPERT

Yüksək bal toplayan abituriyentlər sonradan niyə uğurlu nəticə göstərə bilmirlər? -EKSPERT

"2014, 2015, 2016-cı illərdə imtahan və qabiliyyətlərdə uğur qazanan 1000 tələbə magistr ola bilməyib"

"2014, 2015, 2016-cı illərdə imtahan və qabiliyyətlərdə uğur qazanan 1000 tələbə magistr ola bilməyib"

Qəbul imtahanında daha bir YENİLİK: İki qrup üzrə imtahan vermək mümkün olacaq

Qəbul imtahanında daha bir YENİLİK: İki qrup üzrə imtahan vermək mümkün olacaq

Təhsil Nazirliyi: Son dörd ildə Azərbaycanda tələbə adı qazananların sayı 11,6% artıb

Təhsil Nazirliyi: Son dörd ildə Azərbaycanda tələbə adı qazananların sayı 11,6% artıb

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

Nazirlik:  ali məktəblərə qəbul olunanların bal göstəricisi artıb

Nazirlik: ali məktəblərə qəbul olunanların bal göstəricisi artıb

"Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir"

"Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir"

“İmtahan-imtahan” oyunundan imtina etməliyik

“İmtahan-imtahan” oyunundan imtina etməliyik

Qəbul imtahanı bundan sonra necə olacaq?-Ekspertlər açıqladı

Qəbul imtahanı bundan sonra necə olacaq?-Ekspertlər açıqladı

Repititor yanına getmədən də 700 bal yığmaq olduğunu sübut edən abituriyent

Repititor yanına getmədən də 700 bal yığmaq olduğunu sübut edən abituriyent

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

«Təhsil haqları 500-800 manatdan artıq olmamalıdır»

«Təhsil haqları 500-800 manatdan artıq olmamalıdır»

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq