AzTehsil.com


Xəbərlər
21 iyun 2017
3 999


Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..



 

Ekspertlər ölkəmizdə geniş yayılmamış bu təcrübənin tətbiqini müsbət qarşılayır 

Bu günlərdə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev Trend-ə müsahibəsində bildirib ki, tələbə öz tədris qrafikini düzgün tərtib etdiyi halda, ali təhsil müəssisəsini 4 ildən tez bitirə bilər. Lakin bu şərtlə ki, bir semestrdə tələbənin götürdüyü kreditlərin sayı 40-dan çox olmamalıdır.​ Bəs görəsən universiteti 4 ildən tez bitirmək təcrübəsi yerli ali təhsil ocaqlarında tətbiq olunurmu? Ümumiyyətlə, bunun hansı müsbət və mənfi tərəfləri var? Mövzu ilə bağlı ekspertlərin rəyini öyrəndik.

Təhsil eksperti Nadir İsrafilov deyir ki, biz Boloniya prosesinə qoşulmuşuq və bu mənada universiteti 4 ildən tez bitirmək faktı Boloniyanın prinsiplərindən biri hesab edilir: "Baxmayaraq ki biz bu sistemə uzun müddətdir qoşulmuşuq, amma təəssüflər olsun ki, yerli ali təhsil müəssisələrində daha çox kreditlə bağlı məsələlərə önəm verilir. Təhsilin bakalavr və magistratura pilləsini vaxtından əvvəl bitirmək, o cümlədən tələbələrə əlavə kredit vermək bizdə gündəmdə deyil. Düzdür, bir neçə ali məktəbdə müşahidələrimə əsasən bir neçə tələbə buna cəhd edib. Əlavə kredit götürməklə təhsilini vaxtından əvvəl bitirmək istiəyən tələbələr olub. Amma o tələbələrə lazımi şərait yaradılmayıb. Bu məsələnin gündəmə gəlməsini ancaq alqışlamaq olar. Hətta orta məktəblərdə də bu təcrübədən istifadə edilir. Biz Boloniya sisteminə qoşulmuşuqsa, onun şərtlərinə də əməl etməliyik. Məsələn, Boloniya sistemində qayıba görə azadolunma məsələsi yoxdur, amma bizdə müəyyən limitlər tətbiq edilir. Bəzi ali məktəblərdə limitin miqdarı uzadılsa da, hələlik Boloniya prosesi tam şəkildə mənimsənilməyib. Ona görə də bu kimi məsələlər getdikcə üzə çıxır və gündəmə gəlir. Ali məktəbi vaxtından tez bitirmək Boloniya prosesinin tələblərindən irəli gələn məsələdir. Bu, tələbənin hüququ kimi orda müəyyənləşdirilib. Bizdə də bu sahədə müəyyən addımlar atılıb. Nazirliyin son açıqlaması da buna bir nümunədir”. 

Təhsil Şurasının sədri Əjdər Ağayev deyir ki, əgər tələbə ikinci kursdan başlayaraq yüksək balla oxuyarsa və yuxarı kursdakı bəzi fənləri üstdən dərs alarsa, həmin tələbə dörd illik təhsilini üç ildə tamamlaya bilər: "Bunun üçün universitet tələbəyə şərait yaratmalıdır ki, o, buraxılış imtahanını da verə bilsin. Dünya təcrübəsində belə bir sistem tətbiq edilib. Əsas tələb tələbənin qiymətinin yüksək olması və  ayrı-ayrı kurslarda olan fənnləri proqram dairəsində almasıdır. Mən özüm belə bir şeyin şahidi olmuşam. Keçmiş Qafqaz Universitetində bir tələbə 4 illik təhsilini bir il öncə bitirib. O, öz dərslərini əla oxumaqla yuxarı kurslardan dərs götürdü və universitet də buna şərait yaratdı. Əslində bu heç də təzə məsələ deyil. Boloniya prosesinə qoşulandan bəri bu ənənənə mövcuddur. Digər dövlət universitetlərində belə bir sistemin tətbiq edildiyi haqqında məlumatın yoxdur, amma özəl ali məktəblərdə bu təcrübə var. Ən yaxşı yaradıcı və fəal tələbələr bu işin öhdəsindən gələ bilirlər. Tələbə öz işini proqramlaşdıraraq proqramı vaxtında ödəyir və təhsilini vaxtından əvvəl bitirir. Əslində bu, təlimat məsələsidir və hər bir universitetin daxili nizamnaməsində nəzərdə tutulub. Ənənəvi sistemdə isə bu təcrübə yoxdur. Çünki tələbənin qiymətləri təkcə universitetdə deyil, bu sistemə qoşulu olan hər yerdə elektron şəkildə göstərilir. Bakalavrı vaxtından erkən bitirmək tələbənin mobilliyi və aktivliyindən asılı olan bir məsələdir. Qeyd edim ki, bu ənənədən dünya təcrübəsində geniş istifadə olunur. Əgər tələbə kreditini ödəyirsə, təhsilini erkən başa vura bilər. Burada heç bir problem yoxdur”. 
 
Təhsil eksperti Şahlar Əsgərov bizimlə söhbətində bildirdi ki, bu, universitetə, ixtisasa, fənnə bağlı olan bir məsələdir: "Amma universiteti vaxtından əvvəl bitirmək məsələsi bizdə hələlik gündəmdə deyil. Dünya təcrübəsində bu sistemdən istifadə edilsə də, bizdə hələlik tələbələr təhsilini adətən dörd ilə bitirə bilir. Lakin digər ölkələrin ali məktəblərində üç il, üç il yarımlıq bakalavr təhsilini alan tələbələr var. Amma bizdə hər universitetdə bu məsələyə fərqli yanaşma var. Bu kimi məsələlər universitetin daxili nizamnaməsi əsasında təyin olunur. Təbii ki, təhsili axtından əvvəl bitirməyin müsbət tərəfləri çoxdur. Bakalavrı erkən bitirən tələbə magistr təhsilini ala və yaxud istehsalat təcrübəsinə daha erkən qoşula bilər. Bununla yanaşı, tələbə öz gələcək planlarını da sadələşdirə bilir”.
 
kaspi.az



Загрузка...
Həmçinin oxuyun:
"Tələbələr ali məktəbi 4 ildən tez bitirə bilərlər"

"Tələbələr ali məktəbi 4 ildən tez bitirə bilərlər"

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

TƏLƏBƏLƏRƏ 7 MİN MANAT KREDİT VERİLƏCƏK-Nadir İsrafilov rəy bildirir

TƏLƏBƏLƏRƏ 7 MİN MANAT KREDİT VERİLƏCƏK-Nadir İsrafilov rəy bildirir

Tələbələrə şad xəbər: Nazirlik güzəşt edəcək

Tələbələrə şad xəbər: Nazirlik güzəşt edəcək

Kredit sistemi ilə tədrisin təşkili Qaydalarında dəyişiklik təsdiqləndi – DİQQƏT!

Kredit sistemi ilə tədrisin təşkili Qaydalarında dəyişiklik təsdiqləndi – DİQQƏT!

Qiyabi təhsil lazımdırmı? - Əmək bazarında yaranan problem və çətinliklər – ARAŞDIRMA

Qiyabi təhsil lazımdırmı? - Əmək bazarında yaranan problem və çətinliklər – ARAŞDIRMA

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

Müəllimləri hörmətdən salan, el arasında xar edən kimlərdir? - Magistrdan dərs kimi yazı

Müəllimləri hörmətdən salan, el arasında xar edən kimlərdir? - Magistrdan dərs kimi yazı

Bakı Slavyan Universitetinin tələbələri etiraz etdi-"rəhbərlikdən narazıyıq"

Bakı Slavyan Universitetinin tələbələri etiraz etdi-"rəhbərlikdən narazıyıq"

"Boloniya sistemi beynəlxalq əməkdaşlığın ikitərəfli qaydada yerinə yetirilməsinə problemlər yaratdı"

"Boloniya sistemi beynəlxalq əməkdaşlığın ikitərəfli qaydada yerinə yetirilməsinə problemlər yaratdı"

Qafqaz Universitetini bitirən tələbələrə iş verilməyəcək deyə şayiələr də yayılıb

Qafqaz Universitetini bitirən tələbələrə iş verilməyəcək deyə şayiələr də yayılıb

Tarif Şurası universitetlərə gedən yolu bağladı

Tarif Şurası universitetlərə gedən yolu bağladı

Universitetlərimizin təhlükəsizliyi necə qorunur?...

Universitetlərimizin təhlükəsizliyi necə qorunur?...

Əyani formada təhsil alan tələbələr üçün yeni qaydalar təsdiq olunub

Əyani formada təhsil alan tələbələr üçün yeni qaydalar təsdiq olunub

Bizdə bu qiymətləndirmə mexanizmində çox böyük səhvlər var..EKSPERT RƏYİ

Bizdə bu qiymətləndirmə mexanizmində çox böyük səhvlər var..EKSPERT RƏYİ

Bayram günlərinin sayı azaldılır? - RƏYLƏR

Bayram günlərinin sayı azaldılır? - RƏYLƏR

"Xaricilərin məktəbəqədər təhsil müəssisələrinə sərmayə ayırması tam doğrudur"-ekspertlərdən cavab

"Xaricilərin məktəbəqədər təhsil müəssisələrinə sərmayə ayırması tam doğrudur"-ekspertlərdən cavab

"Azərbaycan təhsil sistemində tələbə əsas şəxs kimi qəbul edilir və öncə məhz tələbənin maraqları nəzərə alınmalıdır"

"Azərbaycan təhsil sistemində tələbə əsas şəxs kimi qəbul edilir və öncə məhz tələbənin maraqları nəzərə alınmalıdır"

Sovet dövründə diplomların verilməsində gecikmə heç vaxt müşahidə edilmirdi-ekspertlərin rəyləri

Sovet dövründə diplomların verilməsində gecikmə heç vaxt müşahidə edilmirdi-ekspertlərin rəyləri

ADNSU-nun rektoru təhsilini Türkiyədə davam etdirəcək tələbə ilə görüşüb

ADNSU-nun rektoru təhsilini Türkiyədə davam etdirəcək tələbə ilə görüşüb

XARİCDƏ TİBB TƏHSİLİ ALANLAR ÖLKƏMİZƏ QAYIDIB İŞLƏYƏ BİLƏRLƏR

XARİCDƏ TİBB TƏHSİLİ ALANLAR ÖLKƏMİZƏ QAYIDIB İŞLƏYƏ BİLƏRLƏR

Təhsil haqqını ödəyə bilməyən tələbəyə dəstək üçün universitetdən möhtəşəm addım

Təhsil haqqını ödəyə bilməyən tələbəyə dəstək üçün universitetdən möhtəşəm addım

Hansı universitet müharibə veteranını intihara vadar edir?

Hansı universitet müharibə veteranını intihara vadar edir?

"Necə olur ki, bizim məktəblərin bir neçə ilə öyrədə bilmədiyini hansısa kurslar və ya fərdi repetitorlar bir neçə aya öyrədə bilirlər?"

"Necə olur ki, bizim məktəblərin bir neçə ilə öyrədə bilmədiyini hansısa kurslar və ya fərdi repetitorlar bir neçə aya öyrədə bilirlər?"