AzTehsil.com


Xəbərlər
19 yanvar 2017
4 230


Qafqaz Universitetini bitirən tələbələrə iş verilməyəcək deyə şayiələr də yayılıb



Qafqaz Universitetini bitirən tələbələrə iş verilməyəcək deyə şayiələr də yayılıb

 

Aztehsil.com xəbər verir ki, təhsil ekspertləri Qafqaz Universitetinin bağlanmasına münasibət bildiriblər. Təhsil eksperti Nadir İsrafilov Bizimyol.info-ya şərhində bildirib ki, bu qərarın verilməsində siyasi motivlər var. «Universitetlərin bağlanması yaxşı hal deyil. Bilirsiniz ki, bu iki universitetdən qabaq Beynəlxalq Universitet, Moskva Açıq Universiteti də bağlanmışdı. 90-cı ilin əvvəllərində ali təhsil müəssisələrinin sayı yağışdan sonrakı göbələk kimi artdı. Rassionallaşdırma, optimallaşdırma siyasəti, bazar iqtisadiyyatı bir çox universitetə öz təsirini göstərir. Onlar rəqabətə tab gətirməyərək sıradan çıxır. Şübhəsiz ki, bu sözləri Qafqaz Universitetinə aid etmək olmaz. Burada əsas məsələ tələbələrin başqa universitetlərə yerləşdirilməsidir. Bilirsiniz ki, Beynəlxalq Universitet bağlandıqdan sonra tələbələrin diplom almasında nə qədər çətinliklər yarandı. Hələ də diplomunu ala bilməyənlər var”.


Ekspertin sözlərinə görə, son günlərdə Qafqaz Universitetini bitirən tələbələrə iş verilməyəcək deyə şayiələr də yayılıb: "Burda valideynlərin, tələbələrin günahı nədir axı? Hansısa prosesi tələbənin, valideynin üzərinə yıxmaq düzgün deyil. Qafqaz Universiteti beynəlxalq reytinq cədvəlinə düşən 3 ali məktəbdən biridir. Hesab edirəm ki, «Qafqaz»ın tələbələrinə, müəllim heyətinə biganə münasibət göstərilməyəcək. Təhsil Nazirliyi tələbə və müəllimlərin ayrı-ayrı universitetlərə ixtisasları üzrə yerləşdirilməsini təmin edəcək”. 


Xaricdə təhsil üzrə ekspert Bəxtiyar Hacıyev isə bildirib ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən bu günə qədər yaranmış ali təhsil ocaqlarından cəmi bir neçəsi müxtəlif insanların zəhməti hesabına gənclərə keyfiyyətli təhsil verə bilmiş, öz standartlarını dünyanın tanınmış niversitetlərində tələbələrin təhsillərini rahat davam etdirəcək səviyyəyə çatdırmışdı: "Onların da arasında həm ayrıca universitet kampusu, həm müxtəlif elmi-texnoloji laboratoriyaları, həm zəngin kitabxanası, həm də tələbə yataqxanası olan təkcə Qafqaz Universiteti vardı. Məhz buna görə də, Azərbaycanın yaşı və miqyası daha böyük dövlət universitetləri dünya reytinqlərində təmsil olunmayanda, Qafqaz Universiteti təlim, tədris və tədqiqatlarının keyfiyyətinə görə, Azərbaycanı bu siyahılarda təmsil edirdi. Belə bir universitetin bağlanması Azərbaycan üçün biabırçılıq, təhsil sisteminin məhvi istiqamətində böyük zərbədir”.


Ekspert hesab edir ki, universitetlə bağlı ilk qərar Türkiyədə baş verən məlum hadisələrdən sonra alınmışdı. O hesab edir ki, Türkiyənin daxilində baş verən hansısa siyasi çəkişmə Azərbaycan gənclərinin təhsilinə zərbə vurmamalı idi: "Başa düşürük ki, Azərbaycan hakimiyyəti də Türkiyə ilə münasibətləri korlamaq istəməzdi və buna görə də rəhbərlik dəyişdi. Onu da qeyd etmək lazımdır ki, Türkiyədən olan rəhbərliyin dəyişməsi prosesi də cəmiyyəti narazı saldı. Cəmiyyətdə kifayət qədər gənc, uğurlu, təhsil sahəsində böyük təcrübəsi olan müəllimlər, müxtəlif universitetlərdə dərs demiş, rəhbərlikdə təmsil olunmuş kadrlar varkən, yaşlı və rəhbərliyi dövründə mənfi şəkildə yadda qalan bir şəxs rəhbərliyə gətirildi. Heç olmasa, universitet bu şəkildə fəaliyyətini davam etdirə bilərdi. Bundan sonra müəllim və tələbələr barəsində bir ildə bir neçə qərar dəyişdirilmiş ali təhsil müəssisəsində olmaq istəməyəcəklər. Valideynlər gələcəkdə yaranacaq universitetə öz övladlarını tərəddüdlə verəcəklər və əvvəlki təhsil keyfiyyətini əldə etmək imkansız görünəcək. Belə bir absurd qərarın niyə verilməsinin səbəbi mənə aydın deyil”.


Tələbələrin başqa universitetlərə yerləşdirilməsi məsələsinə gəlincə iə B.Hacıyev bildirdi ki, bir tələbənin başqa universitetə köçürülməsi asan proses deyil: "Təsəvvür edin, tələbə 3-4 il eyni mühitdə, tanıdığı müəllimlərdən dərs alır, ətrafında öz tələbə yoldaşları olur, ünsiyyətləri, yaşam tərzləri, xarakterləri formalaşır. Günlərin bir günü bir qərarla onları müxtəlif universitetlərə, tanımadıqları mühitlərə, tanımadıqları şəxslərlə birlikdə və fərqli tədris proqramı, fərqli dərs keçmə tərzi olan yerlərə göndərirlər. Mən BDU-da təhsil aldığım zaman Qafqaz Universitetinə köçürülməyə çalışmışam, bununla bağlı müraciət etmişdim. Bir ay Qafqaz Universitetində dərslərə getdim, sonradan Təhsil Nazirliyi dövlət universitetlərindən özəl universitetə marağın çox olmasını görüb, bu köçürülmələri təsdiq etmədi. Ancaq cəmi bir ay Qafqaz Universitetində keçirdikdən sonra, Bakı Dövlət Universitetinə qayıtmaq mənə böyük mənəvi əzab, işgəncə kimi gəlirdi.

 

Təsəvvür edin, Qafqaz Universitetində gənc müəllimlərin kompüter laboratoriyasında interaktiv dərslərini görmüş bir şəxsi aparırsınız Bakı Dövlət Universitetinə, yaşlı müəllim 80-ci ildə yazdığı, saralmış kağızlardan ibarət qeydləri çıxarır çantasından, lövhədə təbaşirlə informatika dərsi keçir. Asan olarmı, sizcə? İctimai rəyə nəzər salsaq, bu iki universitetin bağlanmasına tam əks reaksiyaları müşahidə edə bilərik. Bir çoxları Təfəkkür Universitetinin bağlanmasını gecikmiş addım kimi qiymətləndirir, bu qərarı alqışlayırdılar. Ancaq Qafqaz Universitetinin bağlanması ilə bağlı tam əks mənzərə var. Bu da onların təqdim etdiyi təhsilin keyfiyyəti, cəmiyyətdəki reputasiyaları ilə bağlıdır. Pul verib, rüşvətlə diplom almağın mümkün olduğu universiteti bağlamaq düzgün qərar ola bilər. Ancaq korrupsiyaya bulaşmamış, keyfiyyətli təhsil verən və dünya reytinqlərinə düşmüş bir universiteti bağlamaq, təbii ki, səhv və ədalətsiz qərardır”.





Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanın 6 universiteti dünyanın  ən yaxşı 200 universitet sırasına daxil edilib.

Azərbaycanın 6 universiteti dünyanın ən yaxşı 200 universitet sırasına daxil edilib.

Təfəkkür Universitetinin bağlanması özəl ali məktəb sferasında ilk hadisə deyil

Təfəkkür Universitetinin bağlanması özəl ali məktəb sferasında ilk hadisə deyil

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

BSU-da Milli Qəhrəmanlara, şəhid ailələrinə, şəhidlərə, Qarabağ müharibəsi veteranlarına həmişə xüsusi hörmət və ehtiramla yanaşılmışdır.

BSU-da Milli Qəhrəmanlara, şəhid ailələrinə, şəhidlərə, Qarabağ müharibəsi veteranlarına həmişə xüsusi hörmət və ehtiramla yanaşılmışdır.

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub

Hesab edirəm ki, gələcəkdə bu tipli problemlərin yaranmaması üçün valideynlər də diqqətli olmalıdırlar

Hesab edirəm ki, gələcəkdə bu tipli problemlərin yaranmaması üçün valideynlər də diqqətli olmalıdırlar

DİQQƏT !!! Region məktəbləri üçün "Direktorların hazırlığı kursları -2016" layihəsi başlayır.

DİQQƏT !!! Region məktəbləri üçün "Direktorların hazırlığı kursları -2016" layihəsi başlayır.

İldən-ilə ali məktəbə sənəd verənlərin sayı  azalır

İldən-ilə ali məktəbə sənəd verənlərin sayı azalır

ADPU-da tələbələrin qeydiyyatı prosesinin I mərhələsi başa çatıb

ADPU-da tələbələrin qeydiyyatı prosesinin I mərhələsi başa çatıb

İşçi nə qədər məzuniyyət pulu almalıdır?

İşçi nə qədər məzuniyyət pulu almalıdır?

Müəllimlər üçün beynəlxalq seminar keçirilib

Müəllimlər üçün beynəlxalq seminar keçirilib

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet,  reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet, reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

Olimpiyada qalibləri tələbə adını qazandılar....

Olimpiyada qalibləri tələbə adını qazandılar....

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

İtaliyada təhsil alan azərbaycanlı tələbə: “Özümü başqa ixtisasda təsəvvür edə bilmirəm” - Uğur formulu

İtaliyada təhsil alan azərbaycanlı tələbə: “Özümü başqa ixtisasda təsəvvür edə bilmirəm” - Uğur formulu

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə təqdim olunan vakant yerlərdən kifayət qədər boş yer qalacaq.- Nadir İsrafilov

Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə təqdim olunan vakant yerlərdən kifayət qədər boş yer qalacaq.- Nadir İsrafilov

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

Ucqar kənd məktəbinə işə qəbul olunanda  fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

Ucqar kənd məktəbinə işə qəbul olunanda fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

Təhsil naziri Mikayıl Cabbarovun Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı

Təhsil naziri Mikayıl Cabbarovun Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı

Açıq dərsi necə təşkil etmək lazımdır?

Açıq dərsi necə təşkil etmək lazımdır?

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

“Oxuyan oxusun, oxumayan özü bilər, mən vəzifəmi yerinə yetirdim” deməkdirmi müəllimlik ?

“Oxuyan oxusun, oxumayan özü bilər, mən vəzifəmi yerinə yetirdim” deməkdirmi müəllimlik ?