AzTehsil.com


Xəbərlər
08 sentyabr 2016
7 078


ADPU-da tələbələrin qeydiyyatı prosesinin I mərhələsi başa çatıb



ADPU-da tələbələrin qeydiyyatı prosesinin I mərhələsi başa çatıb

 


Avqust ayının 26-da ölkəmizin digər ali təhsil müəssisələrində olduğu kimi, Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) də 2016-2017-ci tədris ilində universitetə qəbul olmuş tələbələrin qeydiyyatı prosesinin I mərhələsi başa çatıb. Məlumat üçün bildirək ki, yeni tədris ilində ADPU-nun Ağcabədi, Cəlilabad, Quba, Şamaxı və Şəki filialları ilə birlikdə 3055 nəfər tələbə qəbulu planı olub. Bu qəbul planının 2320 nəfəri ADPU üçün, 735 nəfəri isə filiallar üçün nəzərdə tutulub. ADPU-nun filiallarla birlikdə Azərbaycan bölməsi üçün 2825 nəfər qəbul planı müəyyən edilib. ADPU-nun filiallar istisna olmaqla nəzərdə tutulmuş plan yerinin 2090 nəfəri Azərbaycan bölməsinə, 230 nəfəri isə rus bölməsinə ayrılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, ali təhsil müəssisələrinin boş qalmış qəbul planı yerlərinə qeydiyyat avqust ayının 31-dək davam edib.
Nəzərinizə onu da çatdıraq ki, builki tədris ilində yüksək bal toplayaraq ADPU-ya dövlət sifarişi əsasında qəbul olmuş tələbələr ümumilikdə universitetə qəbul olmuş tələbələrin təxminən 80%-ni təşkil edib. Məlumat üçün onu da bildirək ki, yeni tədris ilində ADPU-ya ali təhsilin bakalavriat pilləsində qəbulolma faizi 97,18%-i təşkil edib. TQDK-nın verdiyi məlumata görə, cari tədris ilində ADPU-ya ali təhsilin magistratura səviyyəsində qəbulolma faizi 92,42%-i təşkil edib. Bu göstəriciyə görə ADPU universitetlər arasında III yeri tutub. Bu göstəricilər də əvvəlki illərlə müqayisədə uğurlu göstəricilərdir. Bu il qəbul zamanı 500 və 500 baldan yuxarı bal toplayan 117 nəfər gənc müəllimlik peşəsini seçərək ADPU-ya qəbul olub. 
Qeyd edək ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərovun müvafiq əmri ilə yaradılmış Sənəd Qəbulu Komissiyası (SQK) avqust ayının 31-dək bu ali məktəbin Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 68 ünvanında yerləşən 1 nömrəli tədris korpusunda şənbə və bazar günləri istisna olmaqla hər gün saat 09:00-dan 17:00-a kimi fəaliyyətini davam etdirmişdir. Tələbə-gənclərin qeydiyyatı zamanı növbəlilik prinsipinin, qayda-qanunun və nizam-intizamın qorunması diqqət mərkəzində saxlanılır. SQK universitetə qəbul olmuş I kurs tələbələrinin qanun çərçivəsində və çevik şəkildə qeydiyyata alınmalarına və sənədləşmənin düzgün aparılmasına nəzarət edir. ADPU-da fəaliyyət göstərən 8 fakültənin - Filologiya, Tarix və coğrafiya, Riyaziyyat və informatika, Kimya və biologiya, Fizika və texnologiya, Məktəbəqədər təhsil, Psixoloji xidmət və Korreksiyaedici təlim, Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq, İbtidai təhsil fakültələrinin dekanları, dekan müavinləri və əməkdaşları, eləcə də Tələbə Gənclər Təşkilatının üzvləri tələbələrin qeydiyyata alınmasında yaxından iştirak edirlər. Qeydiyyat zamanı universitetlə tələbələr arasında imzalanan ikitərəfli müqavilədə nəzərdə tutulmuş öhdəliklər onlara aydın izah edilir. Gənclər və onların valideynləri qeydiyyatın çevik, mütəşəkkil və şəffaf təşkilinə görə universitetin rəhbərliyindən razılıq edirlər. Həmçinin filiallarda yaradılmış Sənəd Qəbulu Komissiyaları da öz işlərinin öhdəsindən layiqincə gəliblər. 
Xatırladaq ki, bu il ADPU-ya qəbul olmuş I kurs tələbələrinin kollokvium və semester imtahanları yazılı qaydada aparılmışdır. Kollokvium və imtahanların yazılı formada keçirilməsində məqsəd tədrisin keyfiyyətini yaxşılaşdırmaq, şəffaflığı və obyektvliyi təmin etmək, eyni zamanda tələbə-gənclərin elmi dünyagörüşünün, məntiqi təfəkkürünün, yaradıcı təxəyyülünün inkişaf etdirilməsinə, həmçinin onların yazı mədəniyyətinin və bütövlükdə ümumi mədəni səviyyələrinin yüksəlməsinə kömək etməkdir.
ADPU-nun rəhbərliyi və kollektivi bir daha universitetə qəbul olan tələbə-gəncləri ürəkdən təbrik edir, onlara həyatda və təhsildə yeni-yeni uğurlar arzulayır.
Mənbə : ADPU-nun İctimayyətlə Əlaqələr Şöbəsi
ADPU-da tələbələrin qeydiyyatı prosesinin I mərhələsi başa çatıb
ADPU-da tələbələrin qeydiyyatı prosesinin I mərhələsi başa çatıb
ADPU-da tələbələrin qeydiyyatı prosesinin I mərhələsi başa çatıb




Загрузка...
Həmçinin oxuyun:
Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

ADPU-nun baza məktəbi yeni tədris ilinə hazırlaşır

ADPU-nun baza məktəbi yeni tədris ilinə hazırlaşır

Onlar hamımız üçün layiqli nümunədir

Onlar hamımız üçün layiqli nümunədir

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

ADPU-nun yeni rektoru  Cəfər Cəfərov təyin olundu

ADPU-nun yeni rektoru Cəfər Cəfərov təyin olundu

Buraxılış imtahanında iştirakı nəzərdə tutulan 31256 şagirddən 318 nəfəri imtahana gəlməyib

Buraxılış imtahanında iştirakı nəzərdə tutulan 31256 şagirddən 318 nəfəri imtahana gəlməyib

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsi–test imtahanı başa çatıb.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsi–test imtahanı başa çatıb.

Cəbhə bölgəsində yerləşən bəzi məktəblərin şagirdləri buraxılış imtahanından azad edilib.

Cəbhə bölgəsində yerləşən bəzi məktəblərin şagirdləri buraxılış imtahanından azad edilib.

.Akademik Zərifə Əliyeva adına lisey 2016/2017-ci tədris ili üçün 9-cu sinfə şagird qəbulu elan edir:

.Akademik Zərifə Əliyeva adına lisey 2016/2017-ci tədris ili üçün 9-cu sinfə şagird qəbulu elan edir:

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

İş  yerini dəyişmək istəyən 2107 müəllimdən yalnız 345 nəfəri növbəti mərhələyə keçə bilib

İş yerini dəyişmək istəyən 2107 müəllimdən yalnız 345 nəfəri növbəti mərhələyə keçə bilib

Bu gün Bakı şəhərində neçə məzun buraxılış imtahanında iştirak etdi - ?

Bu gün Bakı şəhərində neçə məzun buraxılış imtahanında iştirak etdi - ?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

İldən-ilə ali məktəbə sənəd verənlərin sayı  azalır

İldən-ilə ali məktəbə sənəd verənlərin sayı azalır

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

İslamda şagird və tələbələr haqqında

İslamda şagird və tələbələr haqqında

Təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblər dəqiqləşdi .Nazirin əmri - SİYAHI

Təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblər dəqiqləşdi .Nazirin əmri - SİYAHI

Tədrisin təmayüllər üzrə  təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Tədrisin təmayüllər üzrə təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Mikayıl Cabbarov Lənkəranda vətəndaşları qəbul edib

Mikayıl Cabbarov Lənkəranda vətəndaşları qəbul edib

Magistr və doktorantlara möhlət hüququ verildi

Magistr və doktorantlara möhlət hüququ verildi

Təmayül siniflər həftəlik 30 saat dərs keçəcəklər ?

Təmayül siniflər həftəlik 30 saat dərs keçəcəklər ?