AzTehsil.com


Xəbərlər
30 oktyabr 2016
3 612


İtaliyada təhsil alan azərbaycanlı tələbə: “Özümü başqa ixtisasda təsəvvür edə bilmirəm” - Uğur formulu



İtaliyada təhsil alan azərbaycanlı tələbə: “Özümü başqa ixtisasda təsəvvür edə bilmirəm” - Uğur formulu

 


Təhsil Nazirliyi və " 1news.az” İnformasiya Agentliyinin "Uğur formulu” layihəsi davam edir.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan "Uğur formulu” layihəsinin budəfəki qonağı Selcan Qurbanovadır.

Selcan Qurbanova 1994-cü ildə Bakı şəhərində anadan olub. İlk təhsilini A.Ələkbərov adına İncəsənət Gimnaziyasında alıb. Uşaqlıqdan incəsənətə olan marağı Selcanı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil almağa gətirir. Seçdiyi ixtisas üzrə peşəkar olmağı qarşısına məqsəd qoyan Selcan hazırda İtaliyanın Milan şəhərində "Scuola Politecnica di Design” Universitetində qrafik dizayn üzrə magistratura təhsilini davam etdirir.

-Xaricdə  təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu?
- Sözün düzü, İtaliyada təhsil almaq mənim uşaqlıq arzum idi. Bura gəlməzdən əvvəl gözləntilərim çox böyük idi, çox şanslıyam ki, ümidlərim özünü doğrultdu. Xaricdə təhsil mənim həyatımda çox müsbət dəyişikliklər edib. Ən birincisi ixtisasımla bağlıdır. Burada öyrəndiyim biliklərin "niyə”sini anladım, çərçivədən kənar düşünmə qabiliyyəti, işi necə təkmilləşdirməli, təqdim etməli, dizaynda materialların önəmi və bir çox bilgilər.
Bundan əlavə olaraq, kommunikasiya qabiliyyətim çox inkişaf etdi. Burada bir çox millətin nümayəndəsini tanıyıram, onların mədəniyyətlərini, dillərini, adətlərini daha yaxından öyrənirəm, bu da dünya görüşümün formalaşmasına çox böyük töhfə verir.

-Niyə məhz bu ixtisası seçdiniz?
- Mən 7 ilə yaxın fotoqraf kimi fəaliyyət göstərmişəm, amma həmişə beynimdə bir ideya olub ki, dizayner olacağam. Bu istək məndə o qədər güclüdür ki, özümü başqa ixtisasda təsəvvür edə bilmirəm. Qrafik dizayn heç vaxt mənə yorucu, məcburi iş kimi görünmür, işləyən zaman zövq alıram, istədiyim nəticəni almaq hissi isə əvəzedilməzdir.

- Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız?
- Dizayn innovasiyalar və yeniliklərlə dolu bir sahədir. Çox istərdim ki, bütün tələbələr daha yaradıcı düşünüb, şablondan bir az kənara çıxıb daha yenilikçi olsunlar və ən əsası universitetlə heç vaxt kifayətlənməsinlər. Daima xarici saytları izləyib, yeniliklərdən, trendlərdən xəbərdar olub, öz üzərlərində işləsinlər.

- Təhsil aldığınız ölkədə Azərbaycanla bağlı nələri tanıtmısınız ?
- Burada Azərbaycan deyəndə hər kəs tanıyır, amma fürsət düşdükcə dilimiz, adətlərimiz, milli yeməklərimiz haqqında məlumat verirəm. Bundan əlavə, "Milan dizayn həftəsi- 2016”da sərgilənən işimdə də Azərbaycanın adı qeyd edilib.
-  Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir?
- Müəllimlərimiz hamısı çox məşhur dizaynerlərdir. Buna baxmayaraq münasibətimiz dost münasibətindən fərqlənmir. Müəllimlər bizə tam rahatlıq verdiyi üçün bu işimizə də təsir edir. Heç nəyi soruşmaqdan çəkinmirik, onlar da bizə düzgün yolu göstərirlər.

- Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı?
- Çox razıyam, özümü heç vaxt başqa ölkədən gəlmiş kimi hiss etməmişəm. İtalyanlara da, bizə də eyni cür davranış sərgiləyirlər.
- Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz?
- Bakıda ancaq dizayn təhsili almışam. Ona görə də digər sahələr haqqında çox məlumatlı deyiləm. Dərslərin daha interaktiv keçilrilməsini, təqdimatların, imtahanların rəqəmsal olmasını çox istəyərdim. Bakıya qayıdanda kiçik seminarlar təşkil etmək planlarımdan biridir.

- Çətinlikləriniz varmı?
- Milli yeməklərdən uzaq qalmağı saymasaq, elə də çətinliyim yoxdur.
- Asudə vaxtınızda nə ilə məşğul olursunuz?
- Milanda dizaynla bağlı çox yaxşı muzeylər var. Vaxt tapdıqca sərgilərə gedirəm, bəzən yaxın şəhərlərə səyahət edirəm. Hər şəhərdən başqa ilham alıram, özümə daim stimul verirəm.
-Təhsilinizi başa vurduqdan sonra harada çalışmaq istəyərdiniz? Gələcək planlarınız necədir ?
- Planlarim çox yüksəkdir. Artıq Bakıda çox bəyəndiyim şirkətlərdən iş təklifi almışam. Gələcəyim üçün çox böyük töhfəsi olacağına əminəm.

-Ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz?
- Azərbaycan gənclərini daha çox motivasiyalı görmək istəyirəm. Qarşınıza məqsəd qoyub onun arxasınca getməlisiniz. Mən İtaliya arzumu kiminləsə paylaşanda hamı alınmaz deyirdi, həvəsdən salırdılar. Amma qarşıma məqsəd qoyaraq hər şeyin öhdəsindən gəldim. Kimsə tərəfindən həvəsləndirilməyinizi gözləməyin, sizi ruhlandıracaq kimsə varsa, o da sizin özünüzsünüz. Uğurlar hər bir məqsədinizdə!

İtaliyada təhsil alan azərbaycanlı tələbə: “Özümü başqa ixtisasda təsəvvür edə bilmirəm” - Uğur formulu

 


 



Загрузка...
Həmçinin oxuyun:
Ucqar kənd məktəbinə işə qəbul olunanda  fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

Ucqar kənd məktəbinə işə qəbul olunanda fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

"Mən bilirəm ki müəllim olmaq o qədər də asan iş deyil."

"Mən bilirəm ki müəllim olmaq o qədər də asan iş deyil."

Mən nəyi isə uşaqlara öyrədəndə bundan zövq alıram- Gənc müəllim Araz Qurbanov.

Mən nəyi isə uşaqlara öyrədəndə bundan zövq alıram- Gənc müəllim Araz Qurbanov.

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

ADPU-nun yeni rektoru  Cəfər Cəfərov təyin olundu

ADPU-nun yeni rektoru Cəfər Cəfərov təyin olundu

Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim - Kənd məktəbini seçən Samirə Məmmədli

Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim - Kənd məktəbini seçən Samirə Məmmədli

Xınalığı seçən  gənc müəllim: “Hələ qış qarşıdadır, görək başımıza nə gəlir”

Xınalığı seçən gənc müəllim: “Hələ qış qarşıdadır, görək başımıza nə gəlir”

Müəllim olan yerdə nə lazım günəş, Onsuzda günəşdir, özü müəllimin....

Müəllim olan yerdə nə lazım günəş, Onsuzda günəşdir, özü müəllimin....

İldən-ilə ali məktəbə sənəd verənlərin sayı  azalır

İldən-ilə ali məktəbə sənəd verənlərin sayı azalır

Yüksək balla kənd məktəbini seçən gənc müəllim

Yüksək balla kənd məktəbini seçən gənc müəllim

BİLİRSİNİZMİ ? Kitab oxumaq üzü gözəlləşdirir.

BİLİRSİNİZMİ ? Kitab oxumaq üzü gözəlləşdirir.

Direktor olmaq istəyənlər .......Liderlik nədir  ?

Direktor olmaq istəyənlər .......Liderlik nədir ?

AXİRƏTDƏN GƏLƏN PUL...-Şəhriyyə Qəzənfərqızı

AXİRƏTDƏN GƏLƏN PUL...-Şəhriyyə Qəzənfərqızı

Cəmiyyəti bu günə müəllim qoyub ? - Şəmil Sadıq

Cəmiyyəti bu günə müəllim qoyub ? - Şəmil Sadıq

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Şəmil Sadıq - İçi boş, cibi dolu adamlar kostyum geyinib qalstuk bağlamaqla özlərini müəllim kimi göstərməyə çalışırlar…

Şəmil Sadıq - İçi boş, cibi dolu adamlar kostyum geyinib qalstuk bağlamaqla özlərini müəllim kimi göstərməyə çalışırlar…

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub

SEVİLƏN MÜƏLLİM OLMAĞIN 11 QAYDASI

SEVİLƏN MÜƏLLİM OLMAĞIN 11 QAYDASI

Repititorluğun tamahı və 10-cu sinif şagirdinin intiharı...FACİƏ

Repititorluğun tamahı və 10-cu sinif şagirdinin intiharı...FACİƏ

Azərbaycanın Levitanı - Şəmistan Əlizamanlı

Azərbaycanın Levitanı - Şəmistan Əlizamanlı

Bu layihəyə məktibimi qoşarkən də bu məqsəd daşımışam ki.....Ramin Mahmudov

Bu layihəyə məktibimi qoşarkən də bu məqsəd daşımışam ki.....Ramin Mahmudov

Ucqar kənd məktəbində işləyən gənc müəllim ölkə müəllimlərinə çağırış etdi

Ucqar kənd məktəbində işləyən gənc müəllim ölkə müəllimlərinə çağırış etdi

Uşaq huquqları və vəzifələri

Uşaq huquqları və vəzifələri

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində