AzTehsil.com


Xəbərlər
06 yanvar 2018
3 174


“Tədqiqat Universiteti” statusu ali təhsil müəssisələrinə əlavə nə verəcək?



"Bunun sayəsində tələbələr həm oxuyur, həm də elmi-tədqiqat işləri ilə məşğul olurlar”.

 

Məhərrəm Zülfüqarlı: "Sözügedən sistemin tətbiq olunması təhsilin keyfiyyətinə müsbət təsir göstərə bilər”

 

"Ali təhsil müəssisələrinə "Tədqiqat universiteti” statusu verilməsi üçün tələblər” təsdiqlənib. Sözügedən məsələ ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilən tələblərdə "Tədqiqat universiteti” statusu veriləcək ali məktəblərlə bağlı tələblər də müəyyən edilib.


Tələbələrə əsasən, bu ali təhsil müəssisələrində fundamental, tətbiqi və eksperimental elmi tədqiqatların aparılması üçün müvafiq infrastruktur, elektron kitabxana, müasir maddi-texniki baza və elmtutumlu avadanlıqdan kollektiv (digər ali təhsil müəssisələri) istifadə mərkəzi olmalıdır.


Həmçinin, son bir təqvim ili ərzində beynəlxalq elmmetrik bazalara daxil olan jurnallarda (Web of Science, SCOPUS) respublika üzrə nəşr olunan məqalə sayının azı 10 faizi ali təhsil müəssisəsinin əməkdaşları tərəfindən nəşr edilməlidir. Həmçinin, doktorantura səviyyəsində kadr hazırlığı aparılan hər ixtisas üzrə doktorluq dissertasiyalarına rəhbərlik edə bilən ən azı 5 professor və ya dosent olmalı, dissertasiya şuraları (ən azı 1 şura) fəaliyyət göstərməlidir. Magistratura səviyyəsində ixtisaslaşmaların beynəlxalq akkreditasiyası olmalı, ali təhsil müəssisələri tərəfindən antiplagiat sistemindən istifadə edilməli, yerli və beynəlxalq donorlardan son 5 il ərzində elm sahəsində ən azı 20 qrant alınmalıdır.


Ümumilikdə, ali məktəblərə belə bir statusun verilməsi nə kimi əhəmiyyət kəsb edir? Ekspertlər buna necə yanaşır?


Məsələyə münasibət bildirən tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı buna bir neçə prizmadan yanaşdı:

 

"Məsələ ondadır ki, əksər inkişaf etmiş ölkələrdə universitetlər həm tədris yeri, həm də elmi-tədqiqat mərkəzləridir. Çünki bir sıra ölkələrdə Elmlər Akademiyası yoxdur. Həmin institutların funksiyası ali məktəblərə verilib. Bizdə isə bunların hər ikisi var. Ancaq ali məktəblərdə elmi tədqiqatın aparılması normal haldır. O üzdən, "Ali təhsil müəssisələrinə "Tədqiqat universiteti” statusu verilməsi üçün tələblər”in təsdiqlənməsi müsbət haldır. Bundan sonra sözügedən məsələyə fikir verilsə yaxşı olar. Deməyim odur ki, bundan sonra buna real şərait yaradılsa, əlbəttə ki, bu müsbət haldır. Bunun sayəsində tələbələr həm oxuyur, həm də elmi-tədqiqat işləri ilə məşğul olurlar. Nəticədə eyni ali məktəbdə nəzəriyə ilə təcrübə birləşir. Bundan dövlətə böyük xeyir gələ bilər. Eyni zamanda, sözügedən sistemin tətbiq olunması təhsilin keyfiyyətinə müsbət təsir göstərə bilər.

 

Bu o deməkdir ki, ali məktəbdə təhsil alan tələbə gələcəyin tədqiqatçısı kimi yetişir. Bu da əlbəttə ki, elmin inkişafında böyük nailiyyətdir. Hesab edirəm ki, sözügedən sahəyə doğrudan da diqqət ayrılsa, yaxın illərdə bunun müsbət nəticələrini görmək mümkün olacaq. Fikrimcə, dünyada elmin inkişafına xidmət edən bu kimi vasitələrdən faydalanmaq lazımdır. Maksimum dərəcədə çalışmaq lazımdır ki, bu kimi vasitələr Azərbaycanda elmin inkişafına xidmət etsin. Düşünürəm ki, bu istiqamətdə səyləri daha da artırmaq, imkanları genişləndirmək lazımdır. Yəni bu yöndə kompleks tədbirlərin görülməsi zamanla öz bəhrəsini verə bilər”.




Загрузка...
Həmçinin oxuyun:
Ali təhsil müəssisələri ilə bağlı tələblər müəyyənləşdi - QƏRAR

Ali təhsil müəssisələri ilə bağlı tələblər müəyyənləşdi - QƏRAR

“Təhsillə elmi birləşdirmək lazımdır” - Deputatlar AMEA institutlarının ləğvini istədilər

“Təhsillə elmi birləşdirmək lazımdır” - Deputatlar AMEA institutlarının ləğvini istədilər

Lənkəran Dövlət Universiteti Türkiyə Cumhuriyyətinin universitetləri ilə ikitərəfli əlaqələrini genişləndirir

Lənkəran Dövlət Universiteti Türkiyə Cumhuriyyətinin universitetləri ilə ikitərəfli əlaqələrini genişləndirir

Ali məktəblərdə elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi qrantlar, ianələr hesabına həyata keçiriləcək

Ali məktəblərdə elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi qrantlar, ianələr hesabına həyata keçiriləcək

Təhsilə dövlət qayğısı büdcədə də öz əksini tapdı- Bu da...

Təhsilə dövlət qayğısı büdcədə də öz əksini tapdı- Bu da...

Ali məktəblər Bakının mərkəzindən köçürüləcək - SƏBƏB

Ali məktəblər Bakının mərkəzindən köçürüləcək - SƏBƏB

AMEA-nın direktorlarından deputatlara sərt CAVAB: “Onlar məsuliyyətsiz danışırlar”

AMEA-nın direktorlarından deputatlara sərt CAVAB: “Onlar məsuliyyətsiz danışırlar”

Azərbaycanda bəzi tədris müəssisələrinin və onların müəllimlərinin səlahiyyətləri azaldıldı

Azərbaycanda bəzi tədris müəssisələrinin və onların müəllimlərinin səlahiyyətləri azaldıldı

Təhsillə bağlı qanunlarda dəyişiklik gözlənilir

Təhsillə bağlı qanunlarda dəyişiklik gözlənilir

ADAU-da quşçuluqla bağlı müştərək elmi-tədqiqat işləri müzakirə edilib

ADAU-da quşçuluqla bağlı müştərək elmi-tədqiqat işləri müzakirə edilib

Professor-müəllimlərin vəzifələrə seçilməsi üçün yeni şərt nəzərə alınacaq

Professor-müəllimlərin vəzifələrə seçilməsi üçün yeni şərt nəzərə alınacaq

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

UNEC-də “Elm aylığı” - elmi tədqiqata maraq artıb

UNEC-də “Elm aylığı” - elmi tədqiqata maraq artıb

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

Bəzi universitetlərdə qəbul balların diferensiallaşmasına TN-in mövqeyi...MÜSAHİBƏ

Bəzi universitetlərdə qəbul balların diferensiallaşmasına TN-in mövqeyi...MÜSAHİBƏ

AMEA prezidenti: “Bütün magistrantlar işlə təmin olunur”

AMEA prezidenti: “Bütün magistrantlar işlə təmin olunur”

2017-ci ilin ən yaxşı universiteti hansıdır... - Təhsil mütəxəssislərindən maraqlı CAVABLAR

2017-ci ilin ən yaxşı universiteti hansıdır... - Təhsil mütəxəssislərindən maraqlı CAVABLAR

Gələcək elm- Bacaracağıqmı?

Gələcək elm- Bacaracağıqmı?

Magistraturaay qəbul olan oğlanların sayı artıb-Nazirin çıxışı

Magistraturaay qəbul olan oğlanların sayı artıb-Nazirin çıxışı

"Heç də hər bir elmi araşdırma uğurla nəticələnmir"

"Heç də hər bir elmi araşdırma uğurla nəticələnmir"

UNEC-də doktorantura və dissertanturaya qəbul başlanıb

UNEC-də doktorantura və dissertanturaya qəbul başlanıb

“Twinning” layihəsi çərçivəsində ADPU-nun akkreditasiyası keçirilir

“Twinning” layihəsi çərçivəsində ADPU-nun akkreditasiyası keçirilir

ADPU-da Thomson Reuters təşkilatının elmi bazasından istifadə qaydaları ilə bağlı təlim keçirilib

ADPU-da Thomson Reuters təşkilatının elmi bazasından istifadə qaydaları ilə bağlı təlim keçirilib

35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir

35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir