AzTehsil.com


Xəbərlər
22 dekabr 2017
3 252


Türkiyə universiteti LDU ilə birgə işləyəcək



LDU-da "Müasir dünyada inteqrasiya və elmin aktual problemləri” geniş müzakirə edilib.


Aztəhsil.com xəbər verir ki, Lənkəran Dövlət Universitetində (LDU) "Müasir dünyada inteqrasiya və elmin aktual problemləri” mövzusunda Respublika Elmi Konfransı keçirilib.

 

Elmi konfransda respublikamızda fəaliyyət göstərən 25 ali təhsil müəssisəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının İnstitutlarının və qardaş Türkiyə Cumhuriyyətinin 2 universitetinin nümayəndə heyətləri iştirak edib. Konfrans iştirakçıları ilk öncə Lənkəran şəhərinin mərkəzindəki Heydər Əliyev xatirə parkına gedərək ulu öndərin abidəsini ziyarət ediblər. Umummilli liderə ehtiram əlaməti olaraq abidəsinin önünə təzə-tər çiçəklər düzülüb. Konfransa dövlət himnimizin ifası ilə start verilib.


Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov respublika elmi konfransına qatılan iştirakçıları salamlayıb və müasir dünyamızda inteqrasiya məsələsinin uğurlu həllinin vacibliyini qeyd edərək mövzunun elmi müzakirəsində hamıya uğurlar arzu edib.


LDU-da son illərdə elm və təhsilin inkişafı istiqamətində aparılan çoxşaxəli fəaliyyətdən, qazanılan uğurlardan söz açan professor Natiq İbrahimov buna ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısı sayəsində nail olduqlarını bildirib. Prezident İlham Əliyevin elm və təhsilin inkişafı ilə bağlı imzaladığı son sərəncam və qərarların ölkədə uğurla həyata keçirildiyini deyən Natiq İbrahimov LDU-da təhsilin səviyyəsini yüksəltmək məqsədilə təhsillə təcrübənin paralel inkişafına böyük önəm verdiklərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.


Lənkəran Dövlət Universitetinin tədqiqat işləri və innovasiyalar üzrə prorektoru vəzifəsini icra edən professor Yədulla Ağazadə "Müasir dünyada inteqrasiya və elmin inkişaf istiqamətləri " mövzusunda məruzə edib. Məruzədə ölkədə və o cümlədən LDU-da bu sahədə görülən işlər və qarşıda duran problemlər ətraflı təhlil olunub.


Türkiyə Cumhuriyyətinin Qarabük Universitetinin təmsilçisi Hamdi Qızıler elmi konfransın işində iştirakdan qurur duyduğunu dilə gətirərək LDU ilə elm və təhsilin inkişafı istiqamətində əməkdaşlığın uğurla davam etdiriləcəyini, birgə layihələrin işlənəcəyini deyib.


Azərbaycan Dövlət İqtisad Universitetinin professorları Zahid Məmmədov, Abbas Seyidov, Cəmilə Namazova, Azərbaycan Dövlət Aqrar Universitetinin professoru Zaur Hümbətov, elm şöbəsinin müdiri Abbas İsmayılov məruzə ətrafında çıxış edərək Azərbaycan elminin dünya elminə inteqrasiyasının vacibliyindən, məsələnin həlli yollarından bəhs ediblər. İki gün davam edəcək konfransda ”Riyaziyyat, informatika və fizika”,”kimya və biologiya”,”coğrafiya və ekologiya”,”tarix,fəlsəfə və beynəlxalq münasibətlər”,”dilçilk və ədəbiyyatşünaslıq ",”xarici dillər”,”iqtisadiyyat və idarəetmə”,”texnologiya texnika və aqrar”,”pedaqoqika, psixologiya və kulturologiya” bölmələrində 358 məruzə dinləniləcək.


Konfransın sonunda iştirakçılar tərəfindən ölkə başçısı prezident İlham Əliyevə müraciət ünvanlanacaq.




Загрузка...
Həmçinin oxuyun:
LDU-da gənc tədqiqatçıların respublika elmi konfransı keçirilib

LDU-da gənc tədqiqatçıların respublika elmi konfransı keçirilib

Sənin adınla bağlı xalqımın hər zəfəri - LDU-da tədbir

Sənin adınla bağlı xalqımın hər zəfəri - LDU-da tədbir

LDU-da “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilib

LDU-da “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilib

LDU Çukorova universiteti ilə əlaqələrini genişləndirir

LDU Çukorova universiteti ilə əlaqələrini genişləndirir

“Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda konfrans keçirilir

“Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda konfrans keçirilir

Meksika səfiri Lənkəran Dövlət Universitetində olub

Meksika səfiri Lənkəran Dövlət Universitetində olub

ADPU-də Respublika Elmi Konfransı keçirilib

ADPU-də Respublika Elmi Konfransı keçirilib

Qərb Universitetində beynəlxalq elmi konfrans keçiriləcək

Qərb Universitetində beynəlxalq elmi konfrans keçiriləcək

Lənkəran Dövlət Universiteti ilə Astara və Yardımlı məktəbləri arasında pilot layihə həyata keçirilir

Lənkəran Dövlət Universiteti ilə Astara və Yardımlı məktəbləri arasında pilot layihə həyata keçirilir

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

Lənkəran Dövlət Universitetində Məzun günü keçirilib

Lənkəran Dövlət Universitetində Məzun günü keçirilib

Lənkəran Dövlət Universitetində  professor-müəllim heyəti üçün hazırlanmış xidməti mənzillərin açarları bu  gün təntənəli şəkildə sahiblərinə təqdim olunub.

Lənkəran Dövlət Universitetində professor-müəllim heyəti üçün hazırlanmış xidməti mənzillərin açarları bu gün təntənəli şəkildə sahiblərinə təqdim olunub.

BDU-nun son Elmi Şurası Qubanın II Nügədi kəndində keçirildi

BDU-nun son Elmi Şurası Qubanın II Nügədi kəndində keçirildi

ADNSU-nun professoru Türkdilli ölkələrin Riyaziyyat Cəmiyyətinin VI konqresində iştirak edib

ADNSU-nun professoru Türkdilli ölkələrin Riyaziyyat Cəmiyyətinin VI konqresində iştirak edib

Lənkəran Dövlət Universiteti Türkiyə Cumhuriyyətinin universitetləri ilə ikitərəfli əlaqələrini genişləndirir

Lənkəran Dövlət Universiteti Türkiyə Cumhuriyyətinin universitetləri ilə ikitərəfli əlaqələrini genişləndirir

Gəncədə təhsil işçilərinin konfransı keçirilib

Gəncədə təhsil işçilərinin konfransı keçirilib

ADPU-da “Qloballaşma və insan inkişafı” mövzusunda elmi seminar keçirilib

ADPU-da “Qloballaşma və insan inkişafı” mövzusunda elmi seminar keçirilib

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

BDU-da “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib

BDU-da “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib

“Fənlərin tədrisi problemləri: reallıqlar və perspektivlər” Respublika elmi-praktik konfransı keçirildi

“Fənlərin tədrisi problemləri: reallıqlar və perspektivlər” Respublika elmi-praktik konfransı keçirildi

Ötən il ölkədə 2723 nəfər doktorantura təhsili alıb

Ötən il ölkədə 2723 nəfər doktorantura təhsili alıb

Xəzər Universitetində təkrarlanan mədəniyyətlərdə prototiplər və ya mədəniyyət genomları" adlı VII Elmi beynəlxalq konfrans keçirilib.

Xəzər Universitetində təkrarlanan mədəniyyətlərdə prototiplər və ya mədəniyyət genomları" adlı VII Elmi beynəlxalq konfrans keçirilib.

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet,  reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet, reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

UNEC-də “Elm aylığı” - elmi tədqiqata maraq artıb

UNEC-də “Elm aylığı” - elmi tədqiqata maraq artıb