Sənin adınla bağlı xalqımın hər zəfəri - LDU-da tədbir
Müasir Azərbaycan tarixinin parlaq siması,xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü Lənkəran Dövlət Universitetində silsilə tədbirlərlə yad edilib.
Aztəhsil.com xəbər verir ki, LDU-nun rəsmiləri, professor-müəllim-tələbə heyəti səhər saatlarında Lənkəran şəhərində dahi öndərin adını daşıyan mərkəzi meydana gələrək, əbədiyaşar liderin xatirəsini ehtiramla yad ediblər. Anım mərasiminin iştirakçıları H.Əliyevin abidəsi önünə ziyarə təzə-tər çiçəklər düzüblər.
Anım mərasimi universitetin böyük akt zalında elmi konfransla davam etdirilib. ”Əbədiyaşar ümummilli liderimiz”adlı konfransı giriş sözü ilə LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb.Ulu öndərin xatirəsi konfrans iştirakçıları tərəfindən 1 dəqiqəlik sukutla yad edilib.Konfrans işinə dövlət himnimizin ifası ilə start verib.
Sonra H.Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov H.Əliyevin Azərbaycan dövlətinin tərəqqisi naminə gördüyü çoxşaxəli yorulmaz fəaliyyətindən söz açıb, bu müdrik şəxsiyyətin ölkədə təhsilin inkişafına böyük önəm verdiyindən faktlar əsasında ətraflı bəhs edib. ”Lənkəran Dövlət Universiteti təhsil və elm ocağı olmaqla, həm də bölgənin böyük mədəniyyət mərkəzidir" deyən ulu öndərin bu ali təhsil ocağında daim hörmətlə anıldığını deyib,ölkədə təhsil islahatlarının prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Konfransda LDU-nun baş müəllimi, humanitar fakültənin dekanı vəzifəsini icra edən, tarix üzrə fəlsəfə doktoru kamal Mahmudovun "H.Əliyev Azərbaycanın əbədiyaşar lideridir”, Xarici dillər kafedrasının müdiri,dosent Kamran Kazımovun ”Sənin adınla bağlı xalqımın hər zəfəri” mövzularında məruzələri dinlənilib. Məruzələrdə bu dahi şəxsiyyətin Azərbaycan və dünya tarixində oynadığı roldan,xalqımızın rifahı,ölkəmizin çiçəklənməsi naminə gördüyü işlərdən, Lənkəran rayonuna etdiyi çoxsaylı səfərlərindən, rəhbərə olan xalq sevgisindən,prezident İlham Əliyev tərəfindən H.əLiyev ideyalarının uğurla davam etdirilməsindən ətraflı bəhs edilib.
Konfrans H.Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.
Qeyd edək ki, bu gün universitetlərdə keçirilən ilk dərslər "H.Əliyev və Azərbaycan” mövzusuna həsr edilib.