AzTehsil.com


Xəbərlər
13 iyun 2017
3 564


AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub



AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

 

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin universitetin həyətində qoyulmuş büstünün önünə əklil qoyub ulu öndərin xatirəsini yad ediblər. 
 
Dövlət himninin səslənməsi ilə başlanan tədbiri giriş sözü ilə açan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova bütün Azərbaycan xalqını bayram münasibəti ilə təbrik edib, bu günü xalqın tarixinə yazan ümummilli liderin dövlət müstəqilliyimizin qorunub saxlanmasında misilsiz xidmətlərindən danışıb. Rektor qeyd edib ki, 24 il bundan öncə xalqın tələbi ilə ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini yox olmaq təhlükəsindən qurtarıb.
 
"Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Həmin gün ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev Ali Sovetin sədri seçildi. O, Milli Azərbaycan dövlətçiliyi konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Bununla da uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas oldu. Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti və xarizması siyasi böhrana son qoydu və Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı. Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi”. Dahi lider Heydər Əliyevin əsasını qoyduğu müdrik və uzaqgörən siyasət nəticəsində bu gün Azərbaycanın regionda müstəqil, güclü dövlətə çevrildiyini söyləyən G.Məmmədova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ulu öndərin ideyalarının uğurlu davamçısı olduğunu bildirib.
 

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

 

Tədbirdə iştirak edən millət vəkili, Milli Məclisin regional məsələlər komitəsinin sədr müavini, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov 90-cı illərin əvvəllərinə tarixi ekskurs edərək Azərbaycanda ulu öndərin hakimiyyətə gətirilməsini zəruri edən hadisələrdən danışıb. O qeyd edib ki, müstəqilliyini yenicə elan edən Azərbaycanda vətəndaş müharibəsi, ağır sosial iqtisadi vəziyyət ölkədə gərgin durumun yaranmasına gətirib çıxarmışdı. "Belə bir vəziyyətdə xalq problemlərdən çıxış yolunu Heydər Əliyevdə gördu. Baxmayaraq ki, Azərbaycanda müəyyən qüvvələr Heydər Əliyevin hakimiyyətə gəlməsini istəmirdi, xalqın təkidli tələbi həmin qüvvələri bununla razılaşmağa vadar etdi. Azərbaycan xalqı dərin ictimai-siyasi və iqtisadi böhrandan zəngin idarəçilik təcrübəsinə malik, nüfuzlu dövlət xadimi Heydər Əliyevin yorulmaz fəaliyyəti, müdrik və uzaqgörən siyasəti nəticəsində xilas oldu”.  F.Heydərov həmçinin qeyd edib ki, ümummilli lider Heydər Əliyevin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi və ölkəni gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevirdi.
 

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

 

"İnşaat sektorunun inkişafında yeni mərhələ” adlı məruzə ilə çıxış edən  AzMİU-nun Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması kafedrasının müdiri Sahib Fərzəliyev də öz çıxışında ulu öndərin hakimiyyətdə olduğu illərdə Azərbaycanda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərindən danışıb, Heydər Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan süöz açıb. 
 
AzMİU-nun Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekanı Zakir Musayev respublikada meliorasiya və su təsərrüfatının inkişafında ulu öndər Heydər Əliyevin böyük və misilsiz xidmətlərindən danışıb. Çıxışında müstəqillik dövründə meliorasiya və su təsərrüfatı sahəsində həyata keçirilən böyük infrastruktur layihələrə toxunan dekan geniş quruculuq işlərinin aparıldığını, iri su anbarları, hidroqovşaqlar, nasos stansiyaları, texniki cəhətdən müasir meliorasiya və irriqasiya sistemlərinin tikilib istifadəyə verildiyini bildirib. Bunun nəticəsində respublikada kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının və ümumi məhsul istehsalının bir neçə dəfə artdığını konfrans iştirakçılarının diqqətinə çatdırıb. 
 

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

 

"Heydər Əliyevin gənclər siyasəti etibarlı əllərdədir” adlı məruzə ilə çıxış edən AzMİU-nun İnşaat-texnologiya fakültəsinin II kurs tələbəsi Fidan Məmmədova bünövrəsi ulu öndər tərəfindən qoyulan dövlət siyasətinin bu gün ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Öz çıxışında ölkənin inkişafı, dövlətçiliyin yeksəldilməsində Heydər Əliyev dəsti-xəttinin olduğunu, ümummilli liderin hakimuiyytədə olduğu dövrlərdə gənclərə göstərdiyi diqqət və qayğıdan söz açıb, onun milli kadrların yetişməsindəki müstəsna rolunu qeyd edib.   
 

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

 

Nəcibə Mirzəyeva(AzMİU-nun mətbuat xidmətinin rəhbəri)



Загрузка...
Həmçinin oxuyun:
ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

BDU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

BDU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində  “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

181 saylı məktəbdə Ümummilli Lider Heydər Əliyevin 93-cu ildönümü qeyd edilib...

181 saylı məktəbdə Ümummilli Lider Heydər Əliyevin 93-cu ildönümü qeyd edilib...

Şabranda Ümummilli lider Heydər Əliyevin 94 illiyi münasibətilə müsabiqə keçirilib

Şabranda Ümummilli lider Heydər Əliyevin 94 illiyi münasibətilə müsabiqə keçirilib

Xocalı faciəsinin qurbanları AzMİU-da anılıb

Xocalı faciəsinin qurbanları AzMİU-da anılıb

AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub

AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub

AzMİU-da 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

AzMİU-da 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

ADU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş müsabiqə keçirildi

ADU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş müsabiqə keçirildi

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

ADPU-da 20 yanvarla bağlı anım tədbiri keçirilib

ADPU-da 20 yanvarla bağlı anım tədbiri keçirilib

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

AzMİU-da “Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf  konsepsiyası” layihəsi təqdim olunub

AzMİU-da “Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf konsepsiyası” layihəsi təqdim olunub

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ADPU-də Heydər Əliyevin 94 illiyinə həsr olunan tədbir keçirilib

ADPU-də Heydər Əliyevin 94 illiyinə həsr olunan tədbir keçirilib

İnşaat Kollecinin şəhid məzunu AzMİU-da anılıb

İnşaat Kollecinin şəhid məzunu AzMİU-da anılıb

BSU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub

BSU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub

ADPU-da hesabat-seçki iclası keçirilib

ADPU-da hesabat-seçki iclası keçirilib

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib

"İşıqlı gələcəyə inamla aparan yol"

"İşıqlı gələcəyə inamla aparan yol"